Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-820/2024 05.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 Yevlax şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X3 ilə 2016-cı il tarixdə faktiki nikaha daxil olmuş və birlikdə yaşamışlar. Nikahlarını rəsmiləşdirməmişlər. Onların xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X14 adlı üç uşaqları doğulmuşdur. Övladlarından sonuncuya, yəni xx.xx.2017-ci il təvəllüdlü X12 doğum haqqında şəhadətnamə almamışdır. Övladı xx.xx.2017-ci il təvəllüdlü X1 şəhərində ev şəraitində anadan olmuşdur. Övladının doğum faktının tanınması zərurəti yaranmışdır və ona doğum haqqında şəhadətnamə verilməlidir. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, onun övladının tibbi sənədi olmadan ona doğum haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğunu və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 292 №-li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X12 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1377 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Məkkə Abdullayeva, Pərvanə Rəşidoğlu, Gülnar Rəşidova, Zibeydə Rəşidova və Nargilə Rəşidoğlunun iştirakları ilə akt tərtib edilərək X14 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X14 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2024-cü il fevral ayının 02-ci günündə 20 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X8; anası: Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2022-ci il sentyabr ayının 06-cı günündə 5772 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası:X8; anası: Ərizəçidır. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 565 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də ünvan 2 ünvanda yaşayır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X5 və X4 ifadələrində bildirmişdir ki, ərizəçinin əmisi arvadı və nənəsi olduğunu bildirmişdirlər. Ərizəçinin üç uşağı olduğunun onlardan biri xx.xx.2017-ci il tarixdə bir oğlan uşağı ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2017-ci il tarixdə bir oğlan uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2017-ci il tarixdə bir oğlan uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-820/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-820/2024
05.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver