Məhkəmə qərarları › İş №2(039)-823/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-823/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-823/2023 28.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2016-cı il tarixdə anadan olmuş X2, xx.xx.2017-ci il tarixdə anadan olmuş X5, xx.xx.2018-ci il tarixdə anadan olmuş X6, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X7 Yevlax şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Məhəmməd Əliyev ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X9, xx.xx.2017-ci il tarixdə anadan olmuş X12, xx.xx.2018-ci il tarixdə anadan olmuş X13, xx.xx.2019-cu il tarixdə anadan olmuş X10 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X14 ev şəraitində anadan olmuşdur. Buna görə də, hazırkı tarixdək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğumunu təsdiq etmək üçün Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşaqların anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1, X5, X6, X3 və X7 ev şəraitində anadan olmuşdur. Övladlarının ev şəraitində doğulmasını şahidlər də, təstiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 19 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə anadan olmuş qız, xx.xx.2017-ci il tarixdə anadan olmuş qız, xx.xx.2018-ci il tarixdə anadan olmuş qız, xx.xx.2019-cu il tarixdə anadan olmuş qız və xx.xx.2021-ci il tarixdə anadan olmuş qız övladlarına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir İstismar sahəsi tərəfindən verilmiş 020 saylı xx.xx.2023-cü il tarirxli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi ev 157-da yaşayır və qızı xx.xx.2016-cı il tarixdə X9, qızı xx.xx.2017ci il tarixdə X12, qızı xx.xx.2018-ci il tarixdə X13, qızı xx.xx.2019-cu il tarixdə X10 və qızı xx.xx.2021-ci il tarixdə X14 adlı ailə üzvləri vardır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Bəsmi Alıyeva, Lyuba Kərimova, Zoya Dərvişova, Gülüstan Əliyeva və İlahə Dəvrişinin iştirakları ilə akt tərtib edilərək X4 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X8 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X11 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Bəsmi Alıyeva, Lyuba Kərimova, Zoya Dərvişova, Gülüstan Əliyeva və İlahə Dəvrişinin iştirakları ilə akt tərtib edilərək X5 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X8 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X12 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Bəsmi Alıyeva, Lyuba Kərimova, Zoya Dərvişova, Gülüstan Əliyeva və İlahə Dəvrişinin iştirakları ilə akt tərtib edilərək X6 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X8 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X13 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Bəsmi Alıyeva, Lyuba Kərimova, Zoya Dərvişova, Gülüstan Əliyeva və İlahə Dəvrişinin iştirakları ilə akt tərtib edilərək X3 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X8 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X10 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Bəsmi Alıyeva, Lyuba Kərimova, Zoya Dərvişova, Gülüstan Əliyeva və İlahə Dəvrişinin iştirakları ilə akt tərtib edilərək X7 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X8 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X14 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X15 və X16 ifadələrində bildirmişdir ki, ərizəçinin anası və qonşusudur; Ərizəçinin xx.xx.2016-cı il tarixdə qız, xx.xx.2017-ci il tarixdə qız, xx.xx.2018-ci il tarixdə qız, xx.xx.2019-cu il tarixdə qız və xx.xx.2021-ci il tarixdə qız uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2016-cı il tarixdə anadan olmuş qız uşağı, xx.xx.2017-ci il tarixdə anadan olmuş qız uşağı, xx.xx.2018-ci il tarixdə anadan olmuş qız uşağı, xx.xx.2019-cu il tarixdə anadan olmuş qız uşağı və xx.xx.2021-ci il tarixdə anadan olmuş qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-cı il tarixdə anadan olmuş qız uşağını, xx.xx.2017-ci il tarixdə anadan olmuş qız uşağını, xx.xx.2018-ci il tarixdə anadan olmuş qız uşağını, xx.xx.2019cu il tarixdə anadan olmuş qız uşağını və xx.xx.2021-ci il tarixdə anadan olmuş qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar