Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-830/2022 15.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu Ərizəçi Yahya qızının maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktın müəyyən edilməsi» haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Yahya qızı maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən ərizəsi Ərizəçi Yahya qızına qaytarılmalıdır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəsə də, qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməmişdir. Belə ki, ərizəyə əlavə olunmuş 16 noyabr 2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, Ərizəçi Yahya qızı dövlət rüsumunu Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməsi üçün ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçiyə izah edilməlidir ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Yahya qızının maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktın müəyyən edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-830/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-830/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver