Məhkəmə qərarları › İş №2(039)-838/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-838/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-838/2022 08.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh vəkili X2, İlkin idda üzrə cavabdeh və qarşlıqlı iddia üzrə iddaçı X3 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanına dair cavabdehin istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları X4 və X1 daimi qeydiyyatda olduğu ünvan 1 köçürülməsinə və həmin mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X7 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanına dair cavabdehin istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-838/2022 saylı mülki iş üzrə cavabdeh-iddiaçı Məmmədova (Misirova) İradə Bəhmən qızının iki övladı X9 və X6 ilə birlikdə Yevlax şəhəri C.Mustafayev 106 saylı evin 23 saylı mənzilinə dair istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi-vəkili X8 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsivəkili isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanına dair cavabdehin istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanına dair cavabdehin istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilkin iddia üzrə İddiaçı qaytarılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi-vəkili X5 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar