Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-848/2025 29.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4, anası X5 olmaqla xx xxxxxx 1965-ci ildə Yevlax şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclsında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 1965-ci ildə Yevlax şəhərində doğulmuşdur. X4, anası X5 olmuş və valideynləri vəfat etmişlər. Doğulduğu zaman doğum haqqında şəhadətnamə alınsa da sonradan həmin şəhadətnamə itmişdir. Təkrar doğum haqqında şahədətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin əriizə ilə məhkəməyə müraciət edərək işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun arvadının bacısıdır. Ərizəçi 1965-ci ildə Yevlax şəhərində doğulmuşdur. Ərizəçinin valideynləri Tahir Hüseynov və Tamella Hüseynova olmuşdur. Ərizəçinin valideynlərinin hər ikisi də vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçi 1965-ci ildə Yevlax şəhərində doğulmuşdur. Ərizəçinin X4, anası X5 olmuş və valideynləri vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçi 1965-ci ildə Yevlax şəhərində doğulmuşdur. Ərizəçinin X4, anası X5 olmuş və valideynləri vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.1999-cu ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 19 may 2017-ci ildə ölmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli, AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə Yevlax şəhərində doğulmuşdur. İşdə olan Yevlax şəhər VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 sentyabr 1961-ci ildə doğulmuşdur, X4, anası X3r. İşdə olan Yevlax şəhər VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 iyun 1969-cu ildə doğulmuşdur, X4, anası X3r. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi barəsində doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində, eləcə də Vətəndaşlıq vəziyyəti aktlarının X1 Sistemində aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi X4, anası X5 olmaqla xx xxxxxx 1965-ci ildə Yevlax şəhərində doğulmuşdur. Lakin onun doğumu barədə akt qeydi aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Məhkəmə iclasında ərizəçi doğum haqqında şəhadətnamə aldığını, lakin şəhadətnamənin itirildiyini göstərsə də, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi barəsində doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4, anası X5 olmaqla Qarayeva (Hüseynova) Əfşan Tahir qızının xx xxxxxx 1965-ci ildə Yevlax şəhərində doğulması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-848/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-848/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver