Məhkəmə qərarları › İş №2(039)-855/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-855/2020

13.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-855/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «faktın müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN-153 saylı (kod 90106028) torpağa mülkiyyət hüququna dair dövlət aktının 2-ci vərəqində 9-cu sırada olan “X13” “Ərizəçi” olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Yevlax rayon X10 tərəfindən tərtib edilmiş JN-1xx xxx 90106028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Nüşabə küçəsi mənzil 32-də qeydiyyatda olan və yaşayan Ərizəçi məxsusluğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon X6 xx xxxxxxx 1997-ci il tarixli 24 saylı qərarı ilə onlara Yevlax rayonu, Rüstəmli kəndində 9.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və buna dair adlarına JN-153, kod 90106028 saylı dövlət aktı işlənmişdir. Həmin dövlət aktında 9-cu sıra sayında qeyd olmuşdur. Aktda o müvafiq olaraq X9 göstərilmişdir. Torpağa mülkyyət hüququna dair dövlət aktında Ərizəçi adı səhvən Saşa kimi göstərilmişdir. Sənəddə olan səhvi başqa formada aradan qaldırmaq mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komtəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştrakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komtəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxx 1987-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Nüşabə küçəsi mənzil 32-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-1xx xxx 90106028 saylı dövlət aktının surətindən məlum olur ki, Yevlax rayon X6 xx xxxxxxx 1997-ci il tarixli 24 saylı qərarı ilə X4, X1, X2, X7,X11, X3, X5, X8, X17 və X14 9.16 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, **********52 saylı məktubdan görünür ki, Ərizəçi JN-1xx xxx 90106028 saylı dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət edmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətandaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon X6 xx xxxxxxx 1997-ci il tarixli, 24 saylı qərarı əsasında ərizəçiyə və onun ailə üzvlərinə 9.16 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-1xx xxx 90106028 saylı dövlət aktında texniki səhvə yol verilimiş ərizəçin Ərizəçi adı Saşa kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X13 və ailə üzvlərinin adına verilmiş Yevlax rayon X10 tərəfindən tərtib edilmiş JN-1xx xxx 90106028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Nüşabə küçəsi mənzil 32-də qeydiyyatda olan və yaşayan Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X13 və ailə üzvlərinin adına verilmiş Yevlax rayon X10 tərəfindən tərtib edilmiş JN- 1xx xxx 90106028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Nüşabə küçəsi mənzil 32-də qeydiyyatda olan və yaşayan Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar