Məhkəmə qərarları › İş №2(039)-866/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-866/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-866/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və maraqlı şəxs Yevlax rayon Polis şöbəsinə qarşı «cavabdehlərin evdən istifadə, yaşamaq hüququnun olmaması faktının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmaları» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və maraqlı şəxs Yevlax rayon Polis şöbəsinə qarşı «cavabdehlərin evdən istifadə, yaşamaq hüququnun olmaması faktının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7nın, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 istifadə, yaşamaq hüquqlarının olmaması faktının müəyyən edilməsi və həmin evdən qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 saylı yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evi 2012-ci ildə alqı-satqı müqaviləsi əsasında alsa da, cavabdehlər həmin evdə qeydiyyatda qalmışlar. Cavabdehlər həmin evdə yaşamasalar da və qeydiyyatları formal xarakter daşısa da onun evindən qeydiyyatdan çıxmırlar. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və maraqlı şəxs Yevlax rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və maraqlı şəxs Yevlax rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7nın, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və maraqlı şəxs Yevlax rayon Polis şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 1 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrəİddiaçı məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 195-3798M-3220 saylı məktubdan məlum olur ki, İddiaçı Yevlax RPŞ-nə cavabdehlərin qeydiyyatdan çıxarılmaları ilə bağlı müraciət etmiş və ona bu barədə məhkəmə orqanlarına müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 2325 saylı arayışdan məlum olur ki, ünvan 1 saylı ünvanda aşağda adları göstərilən vətəndaşlardan başqa adamlar yaşamır.İddiaçı, X1, X6, X5, X2, X4 və X3. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 2. şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı ünvan 1 saylı yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlərin həmin mənzilə istifadə hüququnun yaranması, yəni notariat qaydasında təsdiqlənən yazılı razılaşma əldə etməsi, yaxud mülkiyyətçinin ailə üzvü olması, məhz mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçməsi və ümumiyyətlə o ünvanda yaşaması müəyyən olunmur. Belə ki, cavabdehlərin həmin mənzildən istifadə hüququnun yaranması üçün onlar tərəfindən qanunvericiliyin yuxarıda istinad edilən normalarına əməl edilməlidir ki, hazırkı halda bu hal təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin ünvan 1 saylı yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi müəyyən edilmədiyindən onların olmayan hüququna xitam verilməsi barədə iddia təmin edilə bilməz. Bundan başqa iddianın cavabdehlərin qeydiyyatdan çıxarılması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, qeydiyyatın ləğvi barədə iddia bu cavabdehlərə aid iddia olmadığından hazırkı halda təmin edilə bilməz. Belə ki, fiziki şəxs olan bu cavabdehlərin qeydiyyatı ləğv etmək kimi səlahiyyətləri yoxdur. Lakin, müəyyən olunur ki, cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşımaqla mənzilin mülkiyyətçisinin hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməsə də, hazırkı qətnamə cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və maraqlı şəxs Yevlax rayon Polis şöbəsinə qarşı «cavabdehlərin evdən istifadə, yaşamaq hüququnun olmaması faktının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmaları» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7nın, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 ünvan 1 saylı ünvanından pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar