Məhkəmə qərarları › İş №2(039)-878/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-878/2025

16.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-878/2025 16.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi - cavabdehin əşyalarının evdən çıxarılması” tələbinə dair mülki işə 16 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonunun Yuxarı Bucaq kəndində, yebi qaydalarla ünvan 1 ünvanında onun xüsusi mülkiyyətinə daxil olan 0.25 ha ölçüdə yaşayış məntəqələrinin torpaqlarında yerləşən ümumi sahəsi 0.25 ha ölçüdə yaşayış məntəqələrinin torpaqlarında yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evinin (mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tatixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əasasən təsbit edilmişdir) 3 otağının cavabdehin zəbtindən azad edilməklə, həmin otaqların Cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun sabiq gəlinidir. Belə ki, Cavabdeh oğlu X5 ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ər-arvad olmuşlar. Tərəflər arasında olan rəsmi nikah (Cavabdeh və Xasıyev Hüseyn) Yevlax Rayon Məhkəməsinin (hakim Cavadova Günay İsmayıl qızının sədrliyi ilə) xx.xx.2020-ci il tarixli 2(039)-1965/2020 saylı qətnaməsi pozulmuş və tərəflərin birgə nikahlarından olan övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 analarının yanında qalmaları müəyyən edilmiş, habelə Hüseyn Xasıyevin aliment öhdəlikləri yaranmışdır. Daha sonra Cavabdeh ilə oğlu Hüseyn Xasıyev barışmış və onların bir oğlu 18 yanvar 2024-cü il təvəllüdlü Pənah anadan olmuşdur. O və ailəsi tərəfindən oğlu X3 Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən iki mərtəbəli yaşayış binalarında (ünvan 3 bina 3, mənzil 16) mənzil almışlar ki, ailəsi ilə (cavabdeh və övladları nəzərdə tutulur) birlikdə yaşasın. Hazırda ünvan 3 bina 3, mənzil 16-da yerləşən yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir və hesab edir ki, oğlu Xasıyev Hüseyn həmin yaşayış sahəsini cavabdehin adından özgəninkiləşdirmişdir. Yevlax rayonu Yuxarı Bucaq kəndində, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 3 otağının qapısını bağlamış öz əşyalarını orada yerləşdirmişdir. Cavabdeh bildirir ki, ona məxsus fərdi yaşayış evinin qeyd edilən hissəsi ona məxsusdur. Halbuki, Cavabdeh Həşimova Gülabatına məxsus fərdi yaşayış evindən istifadə, yaşamaq hüququ yoxdur. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xuxusi mülkiyyətinə daxil olan Yevlax rayonu Yuxarı Bucaq kəndində, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin əşyalarının çıxarılması ilə bağlıdır. 3 otağı zəbt etsin deyə, harada köhnə lazımsız əşyalar var, gətirib həmin otaqlara yığmışdır. Bağlı otaqda ona məlum olan əşyalar: 1 ədəd yataq dəsti mebeli, 1 ədəd divan, 1 ədəd tubbuçkalar, 1 ədəd mətbəxt servantı, 1 paltar şkafı, 1 ədəd televizorun və televizor altının, 1 ədəd uşaqlar üçün çarpayı adlı əşyalardan ibarətdir. Ona məxsus fərdi yaşayış evində 3 otaq ( 2 otaq və 1 zal) cavabdeh tərəfindən bağlanaraq zəbt edildiyindən, həmin yaşayış sahəsində cavabdehin digər əşyalarının dəqiq olmasını bilmir. Əgər otaqların qapısını açıb həmin otaqlardan istifadəsinə dair məhdudiyyətlərə son qoysa, cavabdeh orada olan əşyalarla bağlı üzərinə böhtan ata bilər. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri bir daha təsdiq etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, ev onun tam xüsusi mülkiyyətindədir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı qıznın vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, ünvan 2i ünvanında yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin əşyaları hazırda həmin mənzildədir. Cavabdehə əşyaların çıxarılması bildirilsə də, cavabdeh əşyalarını çıxarmaqdan imtina etmişdir. Birgə nikah dövründə ərarvad ev almışlar. İddiaçı vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izah etdi ki, iddia ərizəsində göstərilənləri qəbul etmir. Belə ki, 2017-ci il tarixdə mübahisələndirilən evə gəlin köçmüşdür. Hazırda dörd övladı var və otağın birini iddiaçının öz istəyi əsasında onlara verilmişdir. Onlar bir neçə müddətdir ki, müvəqqəti olaraq ayrı ünvanda yaşayırlar. İddiaçının onları sözügedən evdən çıxarması üçün heç bir əsas yoxdur. Belə ki, evdən çıxarılacaqları təqdirdə övladları ilə birlikdə küçədə qalacaqlar. Maddi durumları aşağı səviyyədədir və hətta bu vəziyyətdə 372 manat kredit ödəyirlər. Verilmiş suala cavab olaraq bildirdi ki, 15 yanvar 2025-ci il tarixdə mübahisəli evdən çıxmışlar. Hazırda atasına məxsus evdə yaşayırlar. Onun və yaxud da ərinin adına məxsus xüsusi mülkiyyətləri yoxdur. İddiaçı tərəfindən qeyd edilən Yevlax şəhəri, C.Cabbarlı küçəsində yerləşən iki mərtəbəli yaşayış binalarında (ünvan 3 bina 3, mənzil 16) mənzil ehtiyacları üçün satmışlar. Həmin evin satılması 2025-ci ilin aprel-may aylarına təsadüf edir. İddiaçının oğlu ilə nikahları pozulsa da daha sonra yenidən nikaha daxil olaraq evlənmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 24 noyabr 2025-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 2indəki yaşayış evi pay tam olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 05 fevral 2025-ci il tarixli, 3-21-3-35/2-353/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsi, 3 nömrəli binanın 16 saylı mənzili üzərində mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(039)-1965/2020 nömrəli qətnaməsindən görünür ki, Xasıyeva (Əliyeva) Turanə Yaqub qızı ilə X5 arasında olan 2017-ci ilin aprel ayının 24-cü günündə Yevlax şəhəri İcra Hakimiyyəti Başçının Aşağı Bucaq kənd nümyəndəliyinin akt qeydləri kitabında 13 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən AZ-İİ № 502477 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında 30 avqust 2022-ci il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X5 ilə Cavabdeh evlənmişlər. Evləndikdən sonra Cavabdeh özünə məxsus cehiz əşyalarını iddiaçıya məxsus ünvan 2indəki həyət evinə yerləşdirmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddiaçının oğlu ilə cavabdeh birgə nikah dövründə ünvan 3 ünvanında ev almışlar, 2020-ci ildə boşanmışlar, cavabdeh bu müddət ərzində atası evində yaşamış, bundan sonra yenidən keçmiş əri ilə barışmış və 30 avqust 2022-ci il tarixdə yenidən nikaha daxil olmuşdur. Daha sonra cavabdeh qayınanasına (İddiaçı) məxsus evə köçmüş, yenidən 15 yanvar 2025-ci il tarixdən etibarən atasına məxsus evdə yaşayır. Həmin evdə onun istifadə hüququ yoxdur, ev qayınanası İddiaçı məxsusdur. Göstərilənlərə əsasən iddia təmin edilməli, İddiaçı məxsus və ünvan 2ində (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən evdən cavabdehə məxsus 1 ədəd yataq dəsti mebeli, 1 ədəd divan, 1 ədəd tubbuçkalar, 1ədəd mətbəxt servantı, 1 paltar şkafı, 1 ədəd televizorun və televizor altının, 1 ədəd uşaqlar üçün çarpayı adlı əşyaları çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus və ünvan 2ində (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən evdən Cavabdeh məxsus məxsus 1 ədəd yataq dəsti mebeli, 1 ədəd divan, 1 ədəd tubbuçkalar, 1ədəd mətbəxt servantı, 1 paltar şkafı, 1 ədəd televizorun və televizor altının, 1 ədəd uşaqlar üçün çarpayı adlı əşyaları çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar