Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-880/2020 11.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı, 3-cü şəxs Maraqlı şəxs qeyd etməklə cavabdehlərin evdən istifadə hüquqlarının olmaması faktının müəyyən edilməsi və evdən qeydiyyatda çıxarılmaları tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə, yaşamaq hüquqlarının olmaması faktının və həmin evdən qeydiyyatdan çıxarılmaları baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyesti tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 1381001№-li çıxarışda göstərmişdir. Onun mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehlər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin evdə yaşamırlar və onların qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 çatdırılması üçün Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi göndərilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı məktubunda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yaşadıqları evi sataraq Bakı şəhərinə köçdükləri, qeyd olunan ünvanda yaşamadıqları və hansı ünvanda yaşamaları barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış 3-cü şəxsin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mülkiyyətində olan yaşayış evini cavabdehlər Niyazi Cumayevdən və Cavabdeh4 alğısatqı müqaviləsi əsasında almışdır. Digər Cavabdeh2 isə tanımır. Cavabdehlərin onun yaşayış evində qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Maraqlı şəxs iddiaçıyaünvanlanmış xx.xx.2020-ci il tarixli, 195-944H-3220 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 195-14951-1220 saylı məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2005-ci il tarixdən, Cavabdeh3 xx.xx.2003-cü il tarixdən, Cavabdeh4 isə xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X2 xx xxxx 2020-ci il tarixli, **********81 saylı məktubdan görünür ki, ünvan 1 ünvanda 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı Yevlax şəhəri İ.Bayramov küçəsində yerləşən 4 saylı evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. İş materiallarında olan X1, Cavabdeh3 və Cavabdeh4 ilə (satıcılar) İddiaçı (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcılar Yevlax şəhəri İ.Bayramov küçəsində yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 4 saylı evi alıcıya satmışdır və müqavilənin 8.bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Yevlax şəhəri İ.Bayramov küçəsi 4 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə göstərilən yaşayış evinin alqı-satqı müqaviləsi bağlanmışdır, satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan yaşayış evinə xx.xx.2018-ci il tarixədək, yəni yaşayış evi iddiaçının mülkiyyətinə keçənədək qeydiyyata düşmüşdür. Yaşayış evinə mülkiyyət hüququ iddiaçıya keçmiş və cavabdehlər həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onların arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır. Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Lakin cavabdehlər göstərilən qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan yaşayış evində formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdehlər arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evindən cavabdehlərin istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış evində formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehlərin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Yevlax şəhəri İ.Bayramov küçəsində yerləşən 4 saylı yaşayış evində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadə hüququnun olmaması müəyyən edilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Yevlax şəhəri İ.Bayramov küçəsində yerləşən 4 saylı yaşayış evində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı mülkiyyətində olan Yevlax şəhəri İ.Bayramov küçəsində yerləşən 4 saylı yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-880/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-880/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver