Məhkəmə qərarları › İş №2(039)-904/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-904/2025

15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-904/2025 15.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X2, xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 doğulması faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bəhruz Bukavadze oğlu ilə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X20, xx.xx.2012-ci il təvəllüdlü X28, xx.xx.2017-ci il təvəllüdlü X18, xx.xx.2021-ci il təvəllüdlü X12, xx.xx.2023-cü il təvəllüdlü X21 və xx.xx.2024-cü il təvəllüdlü X22 adlarında övladları dünyaya gəlmişdir. Övladları evdə dünyaya gəldiyindən heç bir sənədlərini qeydiyyat şöbəsindən ala bilmirlər. Övladlarının doğum şəhadətnaməsinin olmaması, doğum faktının müəyyən olmamasına görə övladları ilə bağlı bəzi mülki hüquqlarını həyata keçirə bilmir, bu işlərdə ona maneələr yaranmışdır. Odur ki, mübahisənin həll edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməli olmuşlar Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2746 №-li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X23, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X5, xx.xx.2023-cü il təvəllüdlü X14 və xx.xx.2024-cü il təvəllüdlü X15 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5444 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X19, X24, X16, X26 və X27 iştirakları ilə akt tərtib edilərək X22 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5443 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X19, X24, X16, X26 və X27 iştirakları ilə akt tərtib edilərək X25 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5442 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X19, X24, X16, X26 və X27 iştirakları ilə akt tərtib edilərək X12 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5441 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X19, X24, X16, X26 və X27 iştirakları ilə akt tərtib edilərək X18 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5440 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X19, X24, X16, X26 və X27 iştirakları ilə akt tərtib edilərək X28 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5438 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X19, X24, X16, X26 və X27 iştirakları ilə akt tərtib edilərək X11 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5439 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X19, X24, X16, X26 və X27 iştirakları ilə akt tərtib edilərək X20 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X22 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X25 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X12 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X18 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X28 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X20 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X11 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 82/2-449/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi övladları X11, X20, X28, X18, X12, X21 və X22 xx.xx.2024-cü il tarixdə “tibbi sənədlərin alınması” ilə bağlı Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli arayışlar Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmişdir. Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-9-1/2-216/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi verilmiş 16 dekabr 2024-cü il tarixli 5443, 5442, 5440, 5441, 5438, 5444 saylı aktlar sonuncunun qonşularının iştirakı ilə tərtib edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X16 və X34 ifadələrində bildirmişdir ki, ərizəçi onların qonşusu olduğunu bildirmişdirlər. Ərizəçinin yeddi uşağı olduğunu və həmin uşaqların, yəni İsmayıl, Ramis, İsa, Məryəm, Ramazan, Eyvaz və Əhməd adlı uşaqları ev şəraitində doğmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, Ərizəçi qeyri rəsmi olaraq ailə qurmuşdur. Birgə yaşayışlarından olmuş uşaqları ev şəraitində olmuşlar. Müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2008-ci il təvəllüdlü bir oğlan, xx.xx.2010-cu il təvəllüdlü bir oğlan, xx.xx.2012-ci il təvəllüdlü bir oğlan, xx.xx.2017-ci il təvəllüdlü bir qız, xx.xx.2021-ci il təvəllüdlü bir oğlan, xx.xx.2023-cü il təvəllüdlü bir oğlan və xx.xx.2024-cü il təvəllüdlü bir oğlan uşağının doğması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2008-ci il təvəllüdlü bir oğlan, xx.xx.2010-cu il təvəllüdlü bir oğlan, xx.xx.2012-ci il təvəllüdlü bir oğlan, xx.xx.2017-ci il təvəllüdlü bir qız, xx.xx.2021-ci il təvəllüdlü bir oğlan, xx.xx.2023-cü il təvəllüdlü bir oğlan və xx.xx.2024-cü il təvəllüdlü bir oğlan uşağının doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar