Məhkəmə qərarları › İş №2(039)-914/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-914/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-914/2025 28.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı məhkəmə qətnamələrindən gələn gəlirlərin yarısına münasibətdə üzərində olan borcun götürülməsinə dair tədbirlərin görülməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmə qətnamələrindən gələn gəlirlərin yarısına münasibətdə üzərində olan borcun götürülməsinə dair tədbirlərin görülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun (iddiaçının) İcra və Probasiya Şöbəsinə məhkəmə qətnamələrindən daxil olan borc məbləğlərinin gəlirinin yarısına münasibətdə məhdudiyyət qoyulmasına, digər yarısının isə ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun (iddiaçının) İcra və Probasiya Şöbəsinə məhkəmə qətnamələrindən daxil olan borc məbləğlərinin gəlirinin yarısına münasibətdə məhdudiyyət qoyulmasına, digər yarısının isə ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Lakin müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən məsələ icra qaydasında həll olunmalı məsələdir. Buna görə də, iddiaçı iddia icraatı qaydasında məhkəməyə deyil, həmin məsələnin icra qaydasında həll edilməsi üçün Cavabdehnə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddia ərizəsini vermiş şəxsə izah edilməlidir ki, o iddia ərizəsində qeyd edilən məsələ ilə əlaqədar ilk növbədə Cavabdehnə müraciət etməli, həmin orqan tərəfindən imtina edildikdə isə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.3, 152.4, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı məhkəmə qətnamələrindən gələn gəlirlərin yarısına münasibətdə üzərində olan borcun götürülməsinə dair tədbirlərin görülməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, o, iddia ərizəsində qeyd edilən məsələ ilə əlaqədar Cavabdehnə müraciət etməli, həmin orqan tərəfindən imtina edildikdə isə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etməlidir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar