Məhkəmə qərarları › İş №2(039)-917/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-917/2020

10.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-917/2020 10.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X7, Cavabdeh X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı torpaqdan çıxarılma və dəymiş ziyan tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayon Nəmərli kəndində yerləşən ümumi birgə mülkiyyətə verilmiş 1.50 hektar torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və torpaq sahənin zəbt etməsi nəticəsində dəymiş ziyana görə 30,000 manat pulun cavabdehdən alınıb verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdehin soyadı Salahov deyil, İbrahimovdur. Bu səbəbdən X5 əsl cavabdeh kimi işə cəlb edilmişdir. İddia belə əsaslandırılmışdır ki, Yevlax rayon X6 xx xxxx 1998-ci il tarixli, 32 nömrəli qərarı ilə Yevlax rayonu Nəmərli kəndində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir (JN-00xx xxx 90107028) Mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli çıxarışla da təsdiq edilmişdir. Cavabdeh 2000-ci ildən etibarən mülkiyyətə verilmiş torpaq sahəsini zəbt edib istifadə etməklə onlara maddi ziyan vurmaqdadır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək zəbt etdiyi torpaq sahəsini tərk etməmişdir. Bu barədə aidiyyəti dövlət orqanlarına müraciətlər etsələr də heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalıb mülkiyyətlərinə verilmiş torpaq sahəsindən çıxarılma və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. İddiaçıların nümayəndəsi Əli Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Firdovsi İbrahimov iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ünvanda hər hansı torpaq sahəsini, o cümlədən iddiaçılara məxsus torpaq sahəsini zəbt edilməmişdir. Belə ki, Yevlax rayonu Qaramanlı Bələdiyyəsinə məxsus 1 ha torpaq sahəsini icarəyə götürmüş və hazırda həmin torpaq sahəsindən istifadə edir. İddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-00xx xxx 90107028 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu X6 xx xxxx 1998-ciı il tarixli 32 nömrəli qərarı ilə 1,50 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Nəmərli kənd sakini X4 və X9 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********77 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Nəmərli kəndində yerləşən 1.50 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. Çıxarışa Torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. X11 verilməsi haqqında xx xxxxxx 2004-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Köyük kənd sakini X3 1.0 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi 15 il müddətinə istifadəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilir ki, Yevlax rayonu Nəmərli kəndində yerləşən, iddiaçıların birgə mülkiyyət hüququ qeydiyyata alınmış 1.50 ha torpaq sahəsinin koordinatları, mütəxəssisə təqdim olunan sənədlərə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmişdir. Mütəxəssisin, iddiaçının və cavabdehin iştirakı ilə Yevlax rayonu Qaramanlı bələdiyyəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirildi. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********77 reyestr nömrəli çıxarışla, İddiaçı1 Saleh oğlunun mülkiyyət hüququ qeydiyyata alınmış, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1,50 ha torpaq sahəsindən cavabdeh X1 istifadə etmədiyi müəyyən edildi. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeyd əsasında Yevlax rayonu Nəmərli kəndində yerləşən 1.50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. İddiaçılar həmin torpaq sahəsinin cavabdeh Firdovsi İbrahimov tərəfindən zəbt edildiyini bildirsələr də, buna dair mötəbər sübut təqdim etməmişlər. Mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə görə, qeyd edilən torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilməsini sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. Lakin, mütəxəssis rəyi ilə də təsdiq olunur ki, iddiaçıların ümumi birgə mülkiyyətində olan 1.50 ha torpaq sahəsindən cavabdeh Firdovsi İbrahimov istifadə etmir. Bununla cavabdeh tərəfindən iddiaçılara maddi ziyanın vurulması da müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddia təmin edilmədiyindən mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərc iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı Yevlax rayon Nəmərli kəndində yerləşən ümumi birgə mülkiyyətlərinə verilmiş 1.50 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahələrini zəbt etməsi nəticəsində dəymiş ziyana görə 30,000 manat pulun tutulması tələbinə dair iddiaları təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərc 60 (altmış) manat 36 (otuz altı) qəpik iddiaçılar İddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar