Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-92/2021 28.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və X1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və tikilinin sökülməsi tələbi haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan Yevlax şəhəri Füzuli küçəsi 43 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması, həmin torpaq sahəsində onun icazəsi olmadan cavabdehlər tərəfindən tikilmiş yaşayış evinin (yarımçıq qalmış) cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı hazırda Yevlax şəhəri Füzuli küçəsi ev 43 ünvanında yaşayır. xx xxxxxx 2020-ci il tarixli çıxarışa əsasən Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi ev 43 ünvanında yerləşən fərdi yaşayış evi tam (torpaq sahəsi ümumi birgə olmaqla) mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Cavabdehlər ona məxsus olan həyətə (90 sm enində 19 metr uzunluğunda olmaqla) girərək ona məxsus olan evin arxa hissəsində yaşayış evi tikməyə başlamışlar. Cavabdehlər faktiki olaraq onun mülkiyyətinə müdaxilə etmiş və onu mülkiyyətindən məhrum etmişlər. O, dəfələrlə cavabdehlərə tikintinin dayandırılmasını və onun mülkiyyətindən çıxmalarını tələb etsə də onlar buna heç bir məhəl qoymamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmədiklərini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri Məmmədov ünvan 2 ünvanda yerləşən 0,0424 ha kənd yaşayış məntəqəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Məmmədova Aqibət Göygöz qızının, Məmmədov Göygöz Mirzalı oğlunun, X2 və Məmmədov Faiq Göygöz oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 54 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Mütəxəssis rəyinin alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, iddiaçı bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ekspertiza tədqiqatını dəyəri 160,50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıdan tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və tikilinin sökülməsi tələbi haqqında iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 160,50 manat iddiaçıdan alınaraq “Kadastr və X3 Mərkəzi” MMC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-92/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-92/2021
28.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver