Məhkəmə qərarları › İş №2(039)-924/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-924/2022

19.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-924/2022 19.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X3 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 mart 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüquqları təsbit edildiyi (onun və ailə üzvləri olan digər ümumi birgə mülkiyyətçilərin) Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 2.0307 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 2.0307 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsini cavabdehin atasına 2022-ci ilə qədər icarəyə vermişdir. Hazırda icarə vaxtı bitmişdir. Dəfələrələ tələb etmələrinə baxmayaraq Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən çıxmır. 2024-cü ilə qədər torpağı icarəyə verməmişdir. İmza və yazı ona məxsus deyil. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X8 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçının torpağı cavabdeh tərəfindən qanuni əsaslar olmadan istifadə olunur. İddiaçı cavabdehin torpaqdan çıxarılmasını tələb edir. Tərəflər arasında hər hansı bir müqavilə yoxdur. Həmin yazışmanı müqavilə hesab edilsə belə, o qanun normalarına ziddir və onun əsasında çıxarış alınmamışdır. İddiaçı nümayəndəsi X8 məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək izah etdi ki, həmin torpaq sahəsi onun mərhum atasına 2024-cü ilədək iddiaçı tərəfindən icarəyə verilmişdir. Atası ölüb, vərəsə kimi həmin torpaqdan o istifadə edir. Bunun müqabilində iddiaçıya 2500 manat məbləğində pul ödənilmişdir. Hazırda qalıq pul ödənilsə o həmin torpaqdan çıxa bilər. Pul geri qaytarılmadığı təqdirdə aralarında olan razılaşma üzrə 2024-cü ilə kimi torpaqdan istifadə edəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 15 mart 2022-ci il tarixli çıxarışın surətindən məlum olur ki, İddiaçı, X5, X6 və X7 Yevlax rayonu, Nərimanabad kəndi ərazisində 2.0307 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 sentyabr 2014-cü il tarixli müqavilədən məlum olur ki, İddiaçı Yevlax rayonu, Nərimanabad kəndi ərazisində 2.0307 hektar torpaq sahəsi X2 2024-cü ilə kimi 2500 manata icarəyə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 dekabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 23 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2022-ci il tarixli 4/904 saylı ekspert rəyindən görünür ki, mülki işin 21-ci vərəqində olan 20 sentybr 2014-cü il tarixli müqavilənin arxa tərəfindən “Mən İddiaçı...” sözləri ilə başlayıb, “... iki min beş yüz manata vermişəm imza İddiaçı Qadir oğlu” sözləri ilə bitən yazılardan və “İddiaçı” yazılarının aşağı hissəsində olan imza – İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.2-ci maddəsinə əsasən Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.3-cü maddəsinə əsasən Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.4-cü maddəsinə əsasən Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.2-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının Yevlax rayonu, Nərimanabad kəndi ərazisində 2.0307 hektar torpaq sahəsi vardır. İddiaçı cavabdehə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə müqavilə təqdim edərək, həmin torpaq sahəsinin mərhum atası tərəfindən 2500 manata, 2024-cü ilədək icarəyə götürüldüyünü bildirmişdir. Atasının hüquqi varisi kimi həmin torpaqdan istifadə etdiyini bildirmişdir. İddiaçı həmin müqavilə tərəfindən imzalanmadığını bildirmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2022-ci il tarixli 4/904 saylı ekspert rəyi ilə məlum olmuşdur ki, mülki işin 21-ci vərəqində olan 20 sentybr 2014-cü il tarixli müqavilənin arxa tərəfindən “Mən İddiaçı...” sözləri ilə başlayıb, “... iki min beş yüz manata vermişəm imza İddiaçı Qadir oğlu” sözləri ilə bitən yazılardan və “İddiaçı” yazılarının aşağı hissəsində olan imza – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı sözü gedən torpaq sahəsini cavabdehin atası X2 2500 mnat pul almaqla 2024-cü il tarixədək icarəyə vermişdir. X4 23 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh X1 vərəsəsi olaraq həmin müqavilə əsasında torpaqdan istifadə edir. Eyni zamanda iddiaçı tərəfindən torpağının cavabdeh tərəfindən qeyri qanuni istifadə olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı qızından 124 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı qızından 124 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar