Məhkəmə qərarları › İş №2(039)-926/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-926/2022

18.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-926/2022 18.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X4 Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0.05 hektar hissəsindən çıxarılması və həmin sahədə aparılmış qanunsuz tikilinin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş 100 manat dövlət rüsumunun və 250 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçılara ödənilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçıların Yevlax rayonu, Salahlı kəndində 0.10 torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin təxminən 0.05 ha hissəsindən hal-hazırda Cavabdeh qanunsuz olaraq istifadə edir. Dəfələrlə torpaqdan çıxmasını tələb etsə də, Cavabdeh torpaqdan çıxmaqdan imtina edir. Həmçinin həmin torpaq sahəsində tikililər tikmişdir. Həmin tikililərin də sökülməsini xahiş edir. İddiaçıların nümayəndəsi X7 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək izah etdi ki, mütəxəssis rəyi ilə torpağın 132 kv.m hissəsi zəbt olunması qeyd edilmişdir. Həmin hissədən çıxmağa etiraz etmirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 19 avqust 2020ci il tarixli **********23 reyestr nömrəli çıxarışından məlum olur ki, İddiaçı1 və İddiaçı2 Yevlax rayonu, Salahlı kəndi ərazisində mülkiyyətində 0.10 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 mart 2022-ci il tarixli 85 saylı arayışından məlum olur ki, İddiaçı1 Yevlax rayonu, Salahlı kəndində yaşayır amma Mingəçevir şəhərində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 mart 2022-ci il tarixli 98 saylı arayışından məlum olur ki, İsabəyli X6 şəhərində qeydiyyatdadər, lakin hal-hzırda Yevlax rayonu, Salahlı kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 mart 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 iyun 2022-ci il tarixli 17335 saylı qəbzindən məlum olur ki, İddiaçı1 250 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 16 iyun 2022-ci il tarixli M/25 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş **********23 reyestr nömrəli çıxarışa əlavə edilmiş AA№530741 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək naturada istifadə edilir. İddiaçıların xüsusi mülkiyyətində olan **********23 reyestr nömrəli çıxarışa əlavə edilmiş AA№530741 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 132 kv.m hissəsi Cavabdeh tərəfindən zəbt edilərək naturada istifadə edilir. Mübahisəli torpaq sahəsində hasarlanma işləri aparılmşdır və həmin hasarlama işləri iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 19 avqust 2020-ci il tarixli **********23 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Salahlı kəndi ərazisində mülkiyyətində 0.10 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 132 kv.m hissəsini Cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Həmçinin cavabdeh tərəfindən həmin torpaq sahəsinin üzərində hasalama işləri aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 132 kv.m hissəsindən Cavabdeh çıxarılmalıdır. Cavabdeh tərətindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasar cavabdehin hesabına sökülməlidir. Cavabdehdən 100 manat ödənilmiş dövlət rüsumu və 250 manat xidmət haqqı tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 132 kv.m hissəsindən Cavabdeh çıxarılsın. Cavabdeh tərətindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasar cavabdehin hesabına sökülsün. Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumu və 250 manat xidmət haqqı tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar