Məhkəmə qərarları › İş №2(039)-931/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-931/2021

03.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-931/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun, yetkinlik yaşına çatmayan uşaqları Nicat Cövdətli və Məlahət Cövdətli ilə birlikdə mərhum X2 məxsus Yevlax rayonu Yuxarı Bucaq kəndində yerləşən 4 otaqlı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş əridir. Cavabdeh ilə aralarında olan 09 yanvar 2007-ci il tarixli nikah qeydi Yevlax Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqları 22 fevral 2007-ci il təvəllüdlü X4 və 03 mart 2009-cu il təvəllüdlü X3 onun yanımda qalmaları qət edilmişdir. O, cavabdeh ilə 2005-ci ilin dekabr ayında faktiki ailə həyatı quraraq həmin vaxt cavabdehin atası X2 məxsus Yevlax rayonu Yuxarı Bucaq kəndində yerləşən 4 otaqlı evə gəlin köçmüşdür. X6 2010-cu ildə vəfat etmişdir. Mübahisəli evdə 2 uşağı dünyaya gəlmiş, 2017-ci ilin mart ayının axırlarına qədər həmin evdə yaşamışlar. Məcburiyyət qarşısında qalıb mübahisəli evdən uşaqları ilə birlikdə çıxmışdır. Hazırda valideynlərinə məxsus evdə çətin vəziyyətdə yaşayır, başqa yerdə yaşamağa yeri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli qərarı ilə X1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.(torpağın mülkiyyətə verilməsinə dair JN-103F saylı şəhadətnamə). Həmin torpaq sahəsinin qaiməsi-sertifikatı ilə müəyyən olunur ki, torpaq sahəsində yaşayış evi mövcud olmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Bucaq ərazi dairəsi üzrə nümayəndəliyinin 04 fevral 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 2005-ci ilin dekabr ayında Yevlax rayonu Yuxarı Bucaq kənd sakini mərhum X2 məxsus evə gəlin olaraq köçmüş və 2017-ci ilin mart ayına qədər həmin evdə yaşamışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-1256/2018 saylı, 24.08.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 09 yanvar 2007-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, Cavabdeh ilə nikaha daxil olmamışdan xeyli əvvəl mübahisəli ev cavabdehin atası Cövdət Abdullayevin qanuni sahibliyi və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun (Protokol (qeyri rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən qərarda həmçinin göstərmişdir ki, mənzilə dair şikayətçiyə orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi mənzilin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında mənzilə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi mənzili pulsuz olaraq özəlləşdirə bilərdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda qeyd olunan beynəlxalq və ölkə daxili hüquq normalarının tələblərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin qərarlarında təsbit edilmiş hüququ mövqeyinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə köçən zaman mənzil Cövdət Abdullayevin mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki həmin vaxt Cövdət Abdullayevin mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, Cövdət Abdullayevin “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər 2007cı ilin yanvar ayında, yəni 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Məcəllənin “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” adlı 228-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. (maddə 228.2.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir (maddə 228.5.). Qeyd edilən maddi hüququ normasının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı Dürdanə Abdullayeva mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan X6in mülkiyyətində olmuşdur. Lakin iddiaçı Dürdanə Abdullayeva evə köçərkən onunla Cövdət Abdullayevin arasında evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, İddiaçı mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə isə, mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı tələbi əsasızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar