Məhkəmə qərarları › İş №2(039)-939/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-939/2024

13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-939/2024 13.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçiyə və maraqlı şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən ərizə baxılmamış saxlanılmalıdır. İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.5, 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar