Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-941/2024 15.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları 23 mart 2018-ci il təvəllüdlü X5, 13 aprel 2020-ci il təvəllüdlü X4 və 17 may 2021-ci il təvəllüdlü X3 Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, X10 ilə birgə nikahdan xx.xx.2018-ci il tarixdə X11, xx.xx.2020-ci il tarixdə X8 və xx.xx.2021-ci il tarixdə X6 ev şəraitində anadan olmuşdur. Buna gorə də, hazırki tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğum haqqında şəhadətnamələrinin olmaması onların gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcək. Göründüyü kimi övladları X5, X4 və X3 doğum faktının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Lakin o, Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona tibbi arayışların olmadığı üçün doğum şəhadətnamələrinin verilməsindən imtina edərək övladlarının doğum haqqında şəhadətnamələrinin verilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Övladlarının ev şəraitində doğulmasını şahidlər də, təsdiq edə bilər Tərəflərin izahatları: Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X2 bildirmişdir ki, Ərizəçi və Ələkbər Qasımov onun qonşusudur. Onlar birgə yaşadıqları müddətdə Ərizəçi ev şəraitində 23 mart 2018-ci il tarixdə Əslini, 13 aprel 2020ci il tarixdə Zöhrəni və 17 may 2021-ci il tarixdə Şahnaz adlı uşaqları doğmuşdur. Uşaqlar sağlamdır, valideynləri ilə birlikdə yaşayırlar. X1 bildirmişdir ki, Ərizəçi və Ələkbər Qasımov onun qonşusudur. Onları uzun müddətdir tanıyır. Onlar birgə yaşadıqları müddətdə Ərizəçi ev şəraitində Əsli, Zöhrə və Şahnaz adlı uşaqları doğmuşdur. Uşaqlar sağlamdır, valideynləri ilə birlikdə yaşayırlar. Yevlax Şəhər İcra Hakimiyyətini Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 7987 nömrəli, 27 dekabr 2023-cü il tarixli aktda aşağıda adları göstərilən Yevlax şəhər sakinləri X13, X17, X9, X18 və X12 təsdiq edirlər ki, X11 həqiqətən ünvan 1 ünvanında yaşayır və təqdim edilmiş fotəşəkil həmin şəxsə aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan 23 mart 2018-ci il təvəllüdlü X11 müayinədən keçmişlər, sağlamdırlar. Yevlax Şəhər İcra Hakimiyyətini Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 7988 nömrəli, 27 dekabr 2023-cü il tarixli aktda aşağıda adları göstərilən Yevlax şəhər sakinləri X13, X17, X9, X18 və X12 təsdiq edirlər ki, X8 həqiqətən ünvan 1 ünvanında yaşayır və təqdim edilmiş fotəşəkil həmin şəxsə aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan 13 aprel 2020-ci il təvəllüdlü X8 müayinədən keçmişlər, sağlamdırlar. Yevlax Şəhər İcra Hakimiyyətini Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 7989 nömrəli, 27 dekabr 2023-cü il tarixli aktda aşağıda adları göstərilən Yevlax şəhər sakinləri X13, X17, X9, X18 və X12 təsdiq edirlər ki, X6 həqiqətən ünvan 1 ünvanında yaşayır və təqdim edilmiş fotəşəkil həmin şəxsə aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan 17 may 2021-ci il təvəllüdlü X6 müayinədən keçmişlər, sağlamdırlar. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. AZ-İV №215339 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 24 mart 2019-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, atası X15,anası Ərizəçidır. AA0583883 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 24 mart 2019-cu il tarixdə anadan olmuşdur. AZ-İV № 741016 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 19 may 2022-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, atası X15,anası Ərizəçidır. AA3483091 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 19 may 2022-ci il tarixdə anadan olmuşdur. AZ-İİİ№ 967890 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 aprel 2017-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, atası X15,anası Ərizəçidır. AA5084418 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 24 aprel 2017-ci il tarixdə anadan olmuşdur. AA2878991 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 11 mart 1987-ci il tarixdə anadan olmuşdur. AA5361160 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki X17 23 fevral 2003-cü il tarixdə anadan olmuşdur. AA2128535 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki X13 24 iyul 2007-ci il tarixdə anadan olmuşdur. AA3133895 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki X18 10 mart 1996-cı il tarixdə anadan olmuşdur. AA1943705 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki X9 02 yanvar 1986-cı il tarixdə anadan olmuşdur. Maraqlı şəxs 24№-li, 25 yanvar 2024-cü il tarixli Yevlax şəhəri, Neftkəməri ünvanında yaşayan Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nm 2.5.3-cü bəndinə əsasən doğumun qeydiyyatı doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd ilə, həmin Qaydanın 2.6-cı bəndinə əsasən isə nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğumu faktı məhkəmə qətnaməsi əsasında qeydə alma bilər. Ərizənizdə qeyd etdiyiniz xx.xx.2018-ci ildə anadan olmuş X5, xx.xx.2020-ci ildə anadan olmuş X4, xx.xx.2021-ci ildə anadan olmuş X3 doğumunu təsdiq edən sənədlərinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyil. Odur ki, doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadələrini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin sübutlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin 23 mart 2018-ci il tarixdə bir qız uşağının, 13 aprel 2020-ci il tarixdə bir qız uşağının və 17 may 2021-ci il tarixdə bir qız uşağının Yevlax şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaqlar üçün doğum haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 23 mart 2018-ci il tarixdə bir qız uşağının, 13 aprel 2020-ci il tarixdə bir qız uşağının və 17 may 2021-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-941/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-941/2024
15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver