Məhkəmə qərarları › İş №2(039)-945/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-945/2023

17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-945/2023 17.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X10 xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X10 xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1963-cü il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində anadan olması, atasının X4 və anası mərhum X6 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o xx xxxxxx 1963-cü il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində anadan olmuşdur. 1988-ci ildən ailə quraraq Yevlax rayonu, Havarlı kəndində yaşayır. Doğum haqqında şəhadətnaməsi olsa da, itirmişdir. Bu barədə X10 xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, onun doğum akt qeydi aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs X10 xidmət mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək göstərdi ki, ərizəçi onun həyat yoldaşıdır. Mətanət xx xxxxxx 1963-cü il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində anadan olmuşdur. 1988-ci il tarixdə ailə qurmuşlar. Həmin vaxtdan Yevlax rayonu, Havarlı kəndinə köçmüşdür. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X10 xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2023-cü il tarixli 3-16-/5/8-15-263/2023 saylı məktubdan məlum olur ki, Ərizəçi doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və X10 xidmət mərkəzində Qeydiyyat şöbəsinin arxiv kitablarında yoxlama aparılmış və doğum haqında akt aşkar edilməmişdir. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 05 dekabr 1988-ci il tarixli lV- JQ 474686 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 ilə Ərizəçi arasında 05 dekabr 1988-ci il tarixdə nikah bağlanmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 16 oktyabr 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində anadan olmuş, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Havarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 fevral 2023-cü il 92 saylı arayışdan məlum olur ki, Ərizəçi Yevlax rayonu, Havarlı kəndində 1988-ci il tarixdən qeydiyyatdadır və yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Beyləqan RPŞ-si tərəfindən 01 yanvar 2006-cı il tarixdə verilmiş AZE seriyalı 05166091 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 10 avqust 1935-ci il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 17 dekabr 2022-ci il tarixli AZ-ll 300463 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 23 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 23 mart 1961-ci il tarixli l-İE 870285 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X8 08 mart 1961-ci il tarixdə Martuni rayonunun Muğanlı kəndində anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 20 fevral 1975-ci il tarixli ll-JQ 498213 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X1 04 fevral 1975-ci il tarixdə Martuni rayonunun Muğanlı kəndində anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 16 noyabr 1967-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X9 10 noyabr 1967-ci il tarixdə Martuni rayonunun Muğanlı kəndində anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 13 yanvar 1966-cı il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X2 12 dekabr 1965-ci il tarixdə Martuni rayonunun Muğanlı kəndində anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 02 noyabr 1958-ci il tarixli l-İE 575479 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X3 17 oktyabr 1958-ci il tarixdə Martuni rayonunun Muğanlı kəndində anadan olmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin xx xxxxxx 1963cü il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ərizəçinin doğum haqqında şəhadətnaməsi əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və “vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi yeni “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq edilən sübutlarin məcmusu təsdiq edir ki, ərizəçinin atasının X4 və anası mərhum X6 olmaqla xx xxxxxx 1963-cü il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atasının X4 və anası mərhum X6 olmaqla xx xxxxxx 1963-cü il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Bu qətnamə yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar