Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-947/2020 27.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon X2 xx xxxxx 2001-ci il tarixli 57 saylı qərarı, torpağın mülkiyyət hüququna dair JN-138, kod 90100016 saylı Dövlət aktı ilə Yevlax rayon, Aran qəsəbəsində yerləşən iddiaçıların kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpağı olaraq mülkiyyətlərinə verilmiş 6.62 ha torpaq sahəsini zəbt etmiş hazırkı cavabdehin Ağdam rayon məcburi köçkünləri X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə və zəbtlə bağlı etmiş olduqları cinayət əməli barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 iddia tələbini onunla əsaslandırmışdılar ki, Yevlax rayon X2 xx xxxxx 2001-cı ıl tarixli 57 saylı qərarı, torpağın mülkiyyət hüququna dair JN-01xx xxx 90100016 saylı dövlət aktı ilə 6,62 ha pay torpaq sahəsi onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün ümumi birgə mülkiyyətlərinə verilmişdir. Qeyd olunan dövlət aktı ilə İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 6.02 ha torpaq sahəsinin mülkiyyətçiləri olmaqla bərabər, həm də bu torpağı idarə edidilər. Hazırkı cavabdehlər məcburi köçkün düşəndən sonra Aran qəsəbəsində ayrı-ayrı insanların torpaqlarını zəbt edərək torpaq üzərində qanuni hüquqlarını idarə etməklərinə maneə yaratmağa başladılar. Bu səbəbdən də qəsəbədə olan 27 ailənin torpaqlarını mütamadi olaraq zəbt edib özlərinin əmlakı kimi idarə etməyə başlamışlar. 27 ailədən 6 ailə bu özbaşınalığa və qanunsuzluğa son qoyulması üyün Yevlax rayon Məhkəməsinə, Şəki Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər müraciətlər edərək öz qanuni haqqlarını müdafiə edərək, bu cavabdehləri onlara aid olan torpaq sahələrindən məhkəmə qaydasında çıxarmışlar. Onlar da iddia qaldırmağa başlayan an hazırkı Pandemiya dövrü ortaya çıxdığından, bu işləri vaxtında verə bilməmişlər. Əsil həqiqət odur ki, bu insanlar öz mal-qaralarını, iri və xırda buynuzlu heyvanlarını, itlərini, atlarını onlara məxsus olan torpaqlarda saxlayaraq məcburi köçkün olmalarından sui-istifadə edərək mülkiyyət üzərində olan hüquqlarını məcburi qaydada zəbt edərək əllərindən almışlar. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, Ağdam rayonundan məcburi köçkündür və Yevlax rayonu, Aran qəsəbəsində məskunlşmışdır. İddiaçıların torpaqlarından istifadə edirlər. Hazırda torpaqları işğaldan azad edilmişdir və yaxın vaxtda öz torpaqlarına qayıdacaqlar. İddiaçılatın torpaqlarından çıxacaqdır. İddianı etiraf edir. Cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yevlax şəhər üzrə şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X7, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yevlax şəhər üzrə şöbəsinin nümayəndəsi, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabehlər X5, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yevlax şəhər üzrə şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0138 (kod 90100016) saylı dövlət aktının təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı1, İddiaçı2, X3, İddiaçı3, X1 və İddiaçı6 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində mülkiyyətində 6.62 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Ağdam rayon məcbui köçkünləri X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda müvəqqəti olaraq Yevlax rayonu, Aran qəsəbəsi Su-23-ün yardımçı təsərrüfat binasında yaşayırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2020-ci il tarixli **********72 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, iddiaçılara məxsus “Torpağın mülkiyyət hüququna dair” JN-138 nömrəli Dövlət Aktında göstərilən 6.62 ha torpaq sahəsinin 6.01 hektarı cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MM-nın 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reystrində qeydə alındığı tarixdən əmələ gəlir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında xx xxx 1999-cu il tarixli Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Ağdam rayonundan məcburi köçkün olmaqla Yevlax rayonu Aran qəsəbəsi ərzisində yerləşən Su-23-ün yardımçı təsərrüfat binasında yaşayırlar. İddiaçılara Yevlax rayon X2 xx xxxxx 2001-ci il tarixli 57 saylı qərarı Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 6.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırda həmin 6.62 ha torpaq sahəsinin 6.01 ha hissəsi cavabdehlər tərəfindən istifdə olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 məxsus olan Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 6.62 ha torpaq sahəsinin 6.01 ha hissəsindən cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmalıdır. İddianın xüsusi qərardadın çıxarılmasını hissəsi qərarın çıxarılması üçün əsaslar olmadığından təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 107.12 manat cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb, KapitalBank ASC-nin 1 saylı Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AİİB******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X8rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 məxsus olan Yevlax rayonu, Aran qəəəsində yerləşən 6.62 ha torpaq sahəsinin 6.01 ha hissəsindən cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 107.12 manat cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb, KapitalBank ASC-nin 1 saylı Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AİİB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-947/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-947/2020
27.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver