Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-950/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, gəlini X3 xx.xx.2018-ci ildə Suriya Ərəb Respublikasında bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X5 X6 ilə faktiki nikah münasibətlərindən xx.xx.2018-ci il tarixdə X11 adlı uşaqları anadan olmuşdur. Nəvəsixx.xx.2018-ci il təvəllüdlü X2 Ərəb Respublikasında ev şəraitində anadan olduğundan, eyni zamanda gəlini və oğlunun talehi barədə heç bir məlumat olmadığından hal-hazırkı tarixədək onun adına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Nəvəsi X2 Ərəb Respublikasından dövlətimizin onlara qayğısı və köməyi nəticəsində dövlət xətti ilə ölkəmizə gətirilmişdir. Oğlunun və gəlinin talehi barədə isə bu günədək heç bir məlumat əldə edə bilməmişlər. Yevlax şəhər İcra Hakimiyyət Başçısının xx xxxx 2020-ci il tarixli Sərəncamı ilə xx.xx.2018-ci il təvəllüdlü X7 üzərinə qəyyum təyin edilmişdir. Nəvəsinin doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyət təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olunmasına maneçilik törədəcəkdir. xx.xx.2018-ci il təvəllüdlü nəvəsi Əlinin doğum faktının tanınması zərurəti yaranmışdır. Ərizəçi həmin sənədin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən sənədlərin verilməsindən imtina edildiyinə görə, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X6 Azərbaycan Respublikası vətəndaşıdır, xx xxxxxx 1997-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 15415556) Maraqlı şəxs ərizəçiyə ünvanladığı 05/Q-772/1 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamələrin təqdim edilməməsi əsası ilə şöbə tərəfindən xx.xx.2018-ci ildə anadan olmuş oğlan uşağına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhəri İcra Hakimiyyəti Başçının tərəfindən verilmiş 31 №-li, xx xxxx 2020-ci il sərəncamdan görünür ki, Ərizəçi valideyn himayəsindən məhrum olmuş azyaşlı nəvəsi xx.xx.2018-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. Qəyyum təyin olunmuş Ərizəçi izah edilmişdir ki, azyaşlı nəvəsi Əli Bəkirovla birgə yaşamaqla, onun saxlanılması, tərbiyə olunması, təhsil alması, hüquq və mənafelərinin qorunması və müdafiə olunması üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ərizəçinin bibisi qızıdır. Ərizəçinin oğlu Kamran və gəlini Anas Suriya Respublikasına işləməyə getmişlər. Onların uşağı X1 doğulmuşdur. Onlarda olan məlumata əsasən ərizəçinin oğlu və gələni Suriyada həbs olunublar və hazırda həbsxanada cəza çəkirlər. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, X3 X8 ilə rəsmi nikah münasibətlərindən Suriya Ərəb Respublikasında xx.xx.2018-ci il tarixdə bir oğlan övladı anadan olmuşdur. Lakin, uşağın doğulması ilə bağlı tibbi şəhadətnamə olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. xx.xx.2018-ci il təvəllüdlü oğlan uşağının Suriya Ərəb Respublikasında doğulması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən Məhkəmə hesab edir ki, ərizəçinin tələbi, yəni X3 xx xxxxxx 2018-ci il tarixdə oğlan uşağını Suriya Ərəb Respublikasında doğması faktının müəyyən edilməsi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx xxxxxx 2018-ci il tarixdə bir oğlan uşağını Suriya Ərəb Respublikasında doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-950/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-950/2020
13.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver