Məhkəmə qərarları › İş №2(039)-950/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-950/2024

05.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-950/2024 05.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qeyd etməklə “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə işin məhkəmə baxışı iclası 05 aprel 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onun ИЖ seriyalı 268153 №-li doğum haqqında şəhadətnaməsi olmuş, sonradan isə yararsız vəziyyətə düşdüyündən istifadə edə bilmir, hazırki ərizə ilə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mabahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2015-ci il tarixli, 04 nömrəli Qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 №-li Qərarı 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 13-cü bəndində göstərilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bənd: İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2014-cü il tarixli, 459 № li məktubdan görünür ki, xx.xx.1938-ci il tarixdə Xankəndi şəhərində doğulmuş Ərizəçi doğum akt qeydi şöbənin arxivində eləcə vətəndaşlıq vəziyyəti aktlarının “X1 sistemində aşkar edilməmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsi mövcuddur, ərizəçi “İtmiş yazının bərpası” ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, o, “Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbi ilə rayon məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi xitam verdikdə xx.xx.2024-cü il tarixli ********************60849930 saylı və xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlərlə ödənilmiş 100 dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçinin hazırkı tələbinə məhkəmədə baxıla bilməz. Eyni zamanda ərizəçiyə izah olunur ki, hazırkı tələbi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ var. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2024-cü il tarixli ********************60849930 saylı və xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlərlə ödənilmiş 100 dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar