Məhkəmə qərarları › İş №2(039)-953/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-953/2020

24.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-953/2020 24.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, gəlini X3 xx.xx.2017-ci ildə Suriya Ərəb Respublikasında bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X4 X8 ilə faktiki nikah münasibətlərindən xx.xx.2006-ci il tarixdə Gülşən, xx.xx.2010-cu il tarixdə Vəli və xx.xx.2017-ci il tarixdə isə Məhəmməd-Sadiq anadan olmuşdur. Nəvəsi xx.xx.2017-ci il təvəllüdlü Məhəmməd–X14 Respublikasında ev şəraitində anadan olduğundan, eyni zamanda gəlini və oğlunun talehi barədə heç bir məlumat olmadığından nəvəsinin adına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Nəvəsi Məhəmməd–X14 Respublikasından dövlətimizin onlara qayğısı və köməyi nəticəsində dövlət xətti ilə ölkəmizə gətirilmişdir. Oğlunun və gəlinin talehi barədə isə bu günədək heç bir məlumat əldə edə bilməmişlər. Yevlax şəhər İcra Hakimiyyət Başçısının xx xxxx 2020-ci il tarixli Sərəncamı ilə xx.xx.2017-ci il təvəllüdlü Əzizov Məhəmməd-Sadiq Pərviz oğlunun üzərinə qəyyum təyin edilmişdir. Nəvəsinin doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyət təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olunmasına maneçilik törədəcəkdir. xx.xx.2017-ci il təvəllüdlü nəvəsi Məhəmməd – Sadiqin doğum faktının tanınması zərurəti yaranmışdır. Ərizəçi həmin sənədin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən sənədlərin verilməsindən imtina edildiyinə görə, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X9 Azərbaycan Respublikası vətəndaşıdır, xx xxxx 1982-ci ildə Yevlax şəhərində anadan olmuşdur. (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 7868076) Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X8 Azərbaycan Respublikası vətəndaşıdır, xx xxxxxx 1983-ci ildə Yevlax rayonu, Nemətabad kəndində anadan olmuşdur.(şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE 7868063) İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İ 570531 №li nikah haqqında çıxarışdan görünür ki, X9 ilə X8 arasında bağlanmış nikah 2010-cu ilin may ayının 08-ci günündə Maraqlı şəxsndəakt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əzizov, arvada isə Əzizova soyadı verilmişdir. Yevlax rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10636 №-li, xx xxxx 2020-cu il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Əzizov Məhəmməd-Sadiq Pərviz oğlu həmin xəstəxanada müayinədən keçmişdir və ensefalopatiya əqli geriliyi vardır. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 738 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamələrin təqdim edilməməsi əsası ilə şöbə tərəfindən xx.xx.2017-ci ildə anadan olmuş oğlan uşağına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhəri İcra Hakimiyyəti Başçının tərəfindən verilmiş 27 №-li, xx xxxx 2020-ci il sərəncamdan görünür ki, Ərizəçi valideyn himayəsindən məhrum olmuş azyaşlı nəvəsi xx.xx.2006-vi il təvəllüdlü X1 üzərində himayəçi, digər azyaşlı nəvələri xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü Əzizov Məhəmməd-Sadiq Pərviz oğlunun üzərində isə qəyyum təyin edilmişdir. Humayəçi və qəyyum təyin olunmuş Ərizəçi izah edilmişdir ki, azyaşlı nəvələri Gülşən Əzizova, Vəli Əzizov və Məhəmməd-Sadiq Əzizovla birgə yaşamaqla, onların saxlanılması, tərbiyə olunması, təhsil alması, hüquq və mənafelərinin qorunması və müdafiə olunması üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ərizəçinin qohumudur. Ərizəçinin oğlu Pərviz və gəlini Sitarə Suriya Respublikasına işləməyə getmişlər. Onların üçüncü uşaqları X7 ev şəraitində doğulmuşdur. Onlarda olan məlumata əsasən ərizəçinin oğlu və gələni Suriyada həbs olunublar və hazırda həbsxanada cəza çəkirlər. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, X3 X9 ilə rəsmi nikah münasibətlərindən Suriya Ərəb Respublikasında xx.xx.2017-ci il tarixdə bir oğlan övladı anadan olmuşdur. Lakin, uşağın doğulması ilə bağlı tibbi şəhadətnamə olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. xx.xx.2017-ci il təvəllüdlü oğlan uşağının Suriya Ərəb Respublikasında doğulması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən Məhkəmə hesab edir ki, ərizəçinin tələbi, yəni X3 xx xxxx 2017-ci il tarixdə oğlan uşağını Suriya Ərəb Respublikasında doğması faktının müəyyən edilməsi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx xxxx 2017-ci il tarixdə bir oğlan uşağını Suriya Ərəb Respublikasında doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar