Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-953/2024 04.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 13 saylı X3 Mərkəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 13 saylı X3 Mərkəzi Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax şəhəri, A.Əsgərov küçəsi ev 31-da yaşayan Cavabdeh1 Qaraoğlan meşəbəyliyinin 8 saylı meşə dolayında özbaşına tutduğu (zəbt etdiyi) meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, əzazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı dövlət meşə fondu sahəsində özbaşına (qanunsuz) özlərinə məxsus çoxlu sayda xırda buyunuzlu heyvanları otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 209.80 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və onun atası Cavabdeh2 tutulub 13 saylı X3 Mərkəzinin "xxxx" ASC-nin Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 0000 ******* saylı hesabına ödənilməsinə dair və Yevlax şəhəri, A.Əsgərov küçəsi ev 31-da yaşayan Cavabdeh1 və onun atası Cavabdeh2 Qaraoğlan meşəbəyliyinin 8 saylı meşə dolayında özbaşına tutduqları (zəbt etdiyi) meşə fondu torpağının boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Qaraoğlan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatında kənar istifadə halları yoxlanılarkən Yevlax şəhəri,A.Əsgərov küçəsi ev 31-də yayaşan sakini Cavabdeh1 və Cavabdeh1 və onun atası Cavabdeh2 tərəfindən Qaraoğlan meşəbəliyinin 8 saylı meşə dolayında 1 ədəd 6*8 m ölçüdə yaşayış evi, 1 ədəd 4*4 ölşüdə yaşayış evi, 1 ədəd 4*4 ölçüdə yardımçı damı, 1 ədəd 8*12 m ölçüdə mal damı, 1 ədəd 6*8 m ölçüdə qazma 48.0 m 3 həmində torpaq qazma işlərinin aparılması faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Mərkəzin əmkdaşlarının iştirakları ilə xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazindən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, cavabdehlər Cavabdeh1 və onun atası Cavabdeh2 Dövlət meşə fondunun torpağına vurduğu 209.80 manat pulu ödəsələr də, lakin onların zəbt etdikləri ərazini tam boşaltmadıqlarını bildirmiş və müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, özünün və ailə üzvlərinin məcburi köçkün olmaqla sözügedən ərazidə heyvandarlıqla məşğul olaraq dolandıqlarını, artıq işğal dövrü bitdiyindən cari ilin may ayının 25-də həmin ərazini boşaldaraq təsərrüfatlarını Dağlıq Qarabağa köçürəcəklərini, dəymiş ziyanın əvəzini isə dövlətə ödəyəcəklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Bərdə X3 Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 007543 nömrəli aktından görünür ki, Yevlax şəhər sakini Cavabdeh1 tərəfindən Qaraoğlan meşəbəliyinin 8 saylı meşə dolayında 1 ədəd 6*8 m ölçüdə yaşayış evi, 1 ədəd 4*4 ölşüdə yaşayış evi, 1 ədəd 4*4 ölçüdə yardımçı damı, 1 ədəd 8*12 m ölçüdə mal damı, 1 ədəd 6*8 m ölçüdə qazma 48.0 m 3 həmində torpaq qazma işlərinin aparılması faktı müəyyən edilmişdir. Meşə gözətətçi Şikar Bəylərov həmin şəxsə müvəqqəti olaraq məskunlaşlaşdırğını ərazini tərk edəcəyini bildirmişdir. 13 saylı X3 Mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Yevlax şəhəri, A.Əsgərov küçəsi ev 31-da yaşayan Cavabdeh1 mal-qarasını meşə sahəsindən təcili 10 gün müddətində çıxartmaq, ərazidən olan tikililəri sökmək ərazini əvvəlki vəziyyətə gətirilməsi tələb olunur. xx.xx.2023-cü il tarixliməlumatdan görünür ki, Yevlax şəhəri, A.Əsgərov küçəsi ev 31-da yaşayan Cavabdeh1 əvvəldən mövcud olan mal damı və yaşayış üçün nəzərdə tutulmuş tikiliyə məskunlaşmışdır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq ərazini tərk etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(maddə 152.5). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər(maddə 157.4). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər(maddə 165) Sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçı, meşə fonduna məxsus torpaq sahəsində tikilmiş yaşayış evinin və mal damlarının sökülməsini, cavabdehlərə məxsus mal-qaranın meşə ərazisindən çıxarılmasını tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə xırda buyunuzlu heyvanların otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 209.80 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və onun atası Cavabdeh2 tutulması ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə iclasında sözügedən vəsaitin cavabdehlər tərəfindən ödənildiyini bildirmişdir, belə olan halda qeyd olunan məsələ ilə bağlı tərəflər arasında hər hansı biur mübahisə mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qaraoğlan meşəbəyliyinin 8 saylı meşə dolayında özbaşına tutduqları (zəbt etdiyi) meşə fondu torpağını boşaltmalı və əvvəlki vəziyyətinə qaytararaq 13 saylı X3 Mərkəzinə təhvil verməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. X6 X1 Meşəbəyliyinin 8 saylı meşə dolayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özbaşına tutduqları (zəbt etdiyi) meşə fondu torpağını boşaltsın və əvvəlki vəziyyətinə qaytararaq 13 saylı X3 Mərkəzinə təhvil versin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-953/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-953/2024
04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver