Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-98/2025 23.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Hakim köməkçisi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətin müdafiəsi – zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması və dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” tələbinə dair işə 23 aprel 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətin müdafiəsi – zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması və dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonunun Qaramanlı kəndində yerləşən 1.94 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması və tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən torpaq sahəsi çıxarış əsasında ona məxsudur. Cavabdehlər həmin torpağı zəbt etmişlər və qanunsuz olaraq istifadə edirlər. Bununla bağlı mütəxəssis rəyi vardır. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Belə ki, həmin torpağı iddiaçının qardaşından 9500 manat pul müqabilində almışlar və sözügedən pulu iddiaçının qardaşına verəndə, məhz iddiaçının özü də orda olmuşdur. Cavabdeh2 qardaşı Cavabdeh1 göstərdiyi xüsusatları təsdiq edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 qardaşı Cavabdeh1 göstərdiyi xüsusatları təsdiq edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili X3 iddianın əsassız olduğunu qeyd edərək rədd edilməsini xahiş etdi. Belə ki, iddiaçı həmin torpağı pul müqabilində cavabdehlərə satmışdır. Bununla bağlı şahidləri də vardır. Həmçinin iddiaçı ilə cavabdehlər arasında torpaq mübahisəsi hətta Yevlax rayon polis şöbəsində də araşdırılmışdır. Hansı ki, polis şöbəsində olan material alındığı təqdirdə, hər şey ortaya çıxar. Yevlax RPŞ-də araşdırma aparılan zaman iddiaçı torpaq sahəsini pul müqabilində satdığını öz ərizəsində etiraf etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsəklələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 18 sentyabr 2023-cü il tarixli çıxarışdan məlum olur ki, İddiaçı Yevlax rayonunun Qaramanlı kəndi ərazisində xüsusi mülkiyyətində 1.94 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 oktyabr 2024-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(039)-2627/2024 nömrəli qərardadından görünür ki, mütəxəssis rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 yanvar 2025-ci il tarixli 3-21-3-35/2-220/2025 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu, Qaramanlı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 1.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, Yevlax rayonu, Qaramanlı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 1.94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmiş, qeyd edilən torpaq sahəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilir, iddiaçıya məxsus olan və naturada cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi rəyə əlavə edilmiş sxemdə göstərilmiş, tərəflərin mülkiyyətlərində olan torpaq sahələri sənəd üzrəvə naturada ölçüləri üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********72 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.94 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini cavabdehlər faktiki olaraq qanuni əsas olmadan istifadə edirlər və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab edir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********72 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.94 ha torpaq sahəsindən cavabdeh çıxarılmalıdılar. İddiaçıya torpaqdan istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 18 sentyabr 2023-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Yevlax rayonunun Qaramanlı kəndində yerləşən 1.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə xərci olan cəmi 100 manat müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az 12 iyun 2024-cü il İş № 2(039)-27/2024 İddiaçı Yevlax rayonu, Qaramanlı kəndi Surəti: X13 Yevlax rayonu, Qaramanlı kəndi X9 Yevlax rayonu, Qaramanlı kəndi Cavabdeh1 Yevlax rayonu, Qaramanlı kəndi Yevlax rayon Qaramanlı Bələdiyyəsinə Yevlax rayonu Qaramanlı kəndi Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(039)-27/2024 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Məhkəmənin Hakimi: Ruslan Əlizadə İş № 2(039)-27/2024 İCRAVƏRƏQƏSİ 12 iyun 2024-cü il Yevlax Rayon Məhkəməsi İddiaçı cavabdehlər X13, X9, Cavabdeh1 və maraqlı şəxs Yevlax rayon Qaramanlı Bələdiyyəsinə qarşı «cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında aşıq məhkəmə iclasında baxaraq qət etdi: İddia qismən təmin edilsin. 18 sentyabr 2023-cü il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Qaramanlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Qaramanlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər X16, X14 və Cavabdeh1 çıxarılsınlar. 18 sentyabr 2023-cü il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Qaramanlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Qaramanlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı istifadə etməyinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılsın. Cavabdehlər X7, X5 və Cavabdeh1 məhkəmə xərci olan cəmi 880 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh1 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamə 12 iyul 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununu 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borcluların adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: X16 - Yevlax rayonu, Qaramanlı kəndi X14 - Yevlax rayonu, Qaramanlı kəndi Cavabdeh1 - Yevlax rayonu, Qaramanlı kəndi Tələbkarın adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: İddiaçı – Yevlax rayonu, Qaramanlı kəndi İcra vərəqəsi 12 iyul 2024-cü il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri: HAKİM: AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az 12 iyul 2024-cü il İş № 2(039)-27/2024 Yevlax rayon İcra və Probasiya Şöbəsinə İddiaçı cavabdehlər X13, X9, Cavabdeh1 və maraqlı şəxs Yevlax rayon Qaramanlı Bələdiyyəsinə qarşı «cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair 2(039)-27/2024 saylı mülki iş üzrə məhkəmənin 12 iyun 2024-cü il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkəməyə rəsmi məlumat verməniz xahiş olunur. Qoşma: İcra vərəqəsi, qətnamənin və şəxsiyyət vəsiqələrinin surəti. Məhkəmənin hakimi: Ruslan Əlizadə. İş № 2(039)-27/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Hakim köməkçisi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər X13, X9, Cavabdeh1 və maraqlı şəxs Yevlax rayon Qaramanlı Bələdiyyəsinə qarşı «cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair işə 12 iyun 2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15.00-da açıldı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclasının katibi Azərbaycan Respublikası MPM-nin 179.1-ci maddəsinə əsasən məruzə edərək bildirir ki, İddiaçı nümayəndəsi və vəkili X10 və Cavabdeh1 nümayəndəsi və vəkili X6 məhkəmə iclasına gəlmişlər. Cavabdehlər X13, X9 və maraqlı şəxs Yevlax rayon Qaramanlı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Sədrlik edən işə cavabdehlər X11, X8 və maraqlı şəxs Yevlax rayon Qaramanlı Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına tərəflərin fikrini soruşur. Etiraz daxil olmur. Məhkəmə yerində müşavirə edərək Qərara alır. Məhkəmə iclası cavabdehlər X11, X8 və maraqlı şəxs Yevlax rayon Qaramanlı Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan keçirilsin. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 179.2-ci maddəsinə əsasən tərəflərin şəxsiyyətini müəyyənləşdirir, nümayəndələrin səlahiyyətlərini yoxlayır. İddiaçının Nümayəndəsi: X10 – 20 oktyabr 1986-cı il tarixdə Ağdam rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatda olan. Cavabdehin Nümayəndəsi: X6 – 20 avqust 1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Kəlbəcər rayonu, Dəlidağ küçəsi 1-də qeydiyyatda olan. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 182-ci maddəsinə əsasən məhkəmə tərkibini elan edir. Hakim R.Ə.Əlizadə, məhkəmə iclas katibi R.E.Cəlilov. Trəflərin hakimə və məhkəmə iclas katibinə etirazlarının olub-olmamasını soruşur. Hakimə və məhkəmə iclas katibinə etiraz daxil olmadı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 183-cü maddəsinə əsasən tərəflərə Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsi ilə müəyyən olunmuş hüquq və vəzifələrini izah edir. İddiaçının nümayəndəsi - Hüquq və vəzifələrim mənə aydındır. Cavabdehin nümayəndəsi - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 184-ci maddəsinə əsasən tərəflərdən vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı: Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 190-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının başlandığını bildirir və irəli sürülmüş tələb barədə tərəflərin mülahizəsini aydınlaşdırır. İddiaçının nümayəndəsi – iddianı müdafiə edirəm. Cavabdehin nümayəndəsi – iddianı qəbul etmirəm. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 192-ci maddəsinə əsasən tərəflərin izahatını alır. İddiaçı nümayəndəsi və vəkili X4 izahatı: -Möhtərəm Hakim! Yevlax rayonu, Qaramanlı kəndində yerləşən torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya məxsudur. Cavabdehlər həmin torpağı zəbrt etmişlər və qanunsuz olaraq istifadə edirlər. Bununla bağlı mütəxəssis və ekspert rəyi vardır. Həmçinin iddiaçı ödənilmiş məhkəmə xərcələrinin də cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Sədrlik edənin s/c: Bəli torpaqdan çıxmasını istəyirik. Sədrlik edən əlavə sualların olub-olmamasını soruşur. Əlavə suallar daxil olmadı. Cavabdeh1 nümayəndəsi və vəkili X2 izahatı: -Möhtərəm Hakim! məhkəmədən iddianın rədd edilməsini xahiş edirəm. Sədrlik edənin s/c: Bəli rəylə razıyam. Sədrlik edən əlavə sualların olub-olmamasını soruşur. Əlavə suallar daxil olmadı. Sədrlik edən tərəflərdən əlavə vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmur. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 209-cu maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığını elan edir. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını bildirir və tərəflərə çıxış üçün söz verir. İddiaçı nümayəndəsi və vəkili X4 çıxışı: Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirəm. Cavabdeh1 nümayəndəsi və vəkili X2 çıxışı: Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirəm. Sədrlik edən tərəflərə replika hüququna malik olmalarını izah edir. Replika daxil olmadı. Sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edir. Sədrlik edən qətnamənə çıxarılması üçün müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır və qətnaməni elan edir. Sədrlik edən qətnamənin məzmununu, ondan şikayət vermə qaydasını və müddətini izah edir. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №2(039)-98/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-98/2025
23.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver