Məhkəmə qərarları › İş №2(039)-987/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-987/2023

02.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-987/2023 02.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X6 Cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən X3 Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə və maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə qarşı «işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqı» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə və maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə qarşı «işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Rüstəmli kənd tam orta məktəbin direktorunun 20 dekabr 2022-ci il tarixli 16 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsinə, işə bərpa olunmağına, məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi üzrə 21 saylı, 25 dekabr 2020-ci il tarixli əmri ilə həmin məktəbə təsərrüfat müdiri təyin edilmişdir. Onunla məktəbin direktoru arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddətdə üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbir görülməmişdir. Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktorunun əmri ilə 03, 04 və 05 oktyabr 2022-ci il tarixdə üç gün üzrsüz səbəb olmadan işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Həmin əmrdən çıxarışı 21 dekabr 2022-ci il tarixdə almışdır. 21 dekabr 2022-ci il tarixdə poçt vasitəsi ilə Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə işə bərpa olunmağı ilə bağlı təklif göndərmişdir. Təklifi Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə 23 dekabr 2022-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Lakin təklif qəbul olunmadığı üçün çatdırılma barədə poçtun xəbərnaməsini 02 yanvar 2023-cü il tarixdə alaraq Mediasiya şurasına müraciət etmişdir. Mediasiya şurasına cavabdehin nümayəndəsi gəlmədiyindən 30 yanvar 2023-cü il tarixdə iddiaçıya müvafiq arayış verilmişdir. İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktorunun əmri ilə razı deyil. Belə ki, 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə iddiaçı xəstə olmuşdur. Yataq rejimində müalicə olmuşdır. Bu üzrlü səbəbə görə də məcburi işə gəlməmişdir. Bu barədə məktəb direktoruna telefon vasitəsi ilə xəbər vermişdir. Xəstə olaraq yataq rejimində müalicə almağıma dair müvafiq arayış almışdır. Həmin üç gün üçün sənədlərdə səhv olduğu üçün işdə olmağı qeyd olunaraq ona əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçı işdən azad olunması barədə həmkarlar ittifaqı iclas keçirməmişdir. Belə ki, məktəbin direktoru da məhkəmə iclasında özü izahat verərəkən həmkarlar ittifaqına yazılı müraciət etmədiyini bildirmişdir. Həmkarlar ittifaqının sədri şifahi müraciət əsasında iclas keçirilməsindən imtina etsə də, məktəb rəhbərliyi digər məktəbin və ya rayon üzrə, yəni Rüstəmli kənd məktəbinin həmkarlar ittifaqından yuxarı həmkarlar ittifaqına müraciət etməli idi. İddiaçı nümayəndəsi və vəkili X10 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən X8 məhkəmə iclasında izah etdi ki, o, 01 dekabr 2022-ci il tarixdən Rüstəmli kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi üzrə təsərrüfat müdiri təyin edilmişdir. İddiaçı əxlaqsızlıq etdiyi üçün və üç gün işə gəlmədiyi üçün işdən azad edilmişdir. Həmkarlar ittifaqına rəsmi olaraq, yəni yazılı şəkildə müraciət etməmişdir. Şifahi olaraq həmkarlara müraciət etsə də, həmin vaxt həmkarların sədri olan Natavan müəllimə İddiaçı qohumu olduğundan iclas keçirməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Hətta Natavan xanım həmkarların üzvülüyündən çıxmışdır. Regional həmkarlar ittifaqına müraciət etməmişdir. Cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən X8 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı əxlaqsız hərəkətləri ilə məktəbin adına xələl gətirmişdir. Həmçinin üç gün əsassız olaraq işə gəlməmişdir. Belə bir şəxs təhsil sektorunda işləyə bilməz. Maraqlı şəxs Azərbaycan Respublikası Yevlax rayon Təhsil Şöbəsinin nümayəndəsi X7 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanasını publik hüquqi şəxsin Qaramanlı ASM-nin 04 oktyabr 2022-ci il tarixli arayışından məlum olur ki, İddiaçı l4-l5 fəqərənin disk yırtığından əziyyət çəkir. Halhazırda xəstə yataq rejimində müalicə olunur. Xəstə hərəkət etməkdə çətinlik çəkir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin 20 dekabr 2022-ci il tarixli 16 saylı əmrdən çıxarışdan məlum olur ki, Yevlax rayon Rüstəmli kənd tam orta məktəbin təsərrüfat müdiri İddiaçı vəzifə səlahiyyətlərindən sui istifadə edərək 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə 3 gün üzürsüz səbəbdən işə gəlmədiyi halda özünə əmək haqqının hesablanması barədə tabelindən çıxarış rəhbərliyə təqdim etməsi və Rüstəmli kənd sakini Zeynəb Muradzadəyə qarşı əxlaqsız hərəkətlərə yol verilməsi ilə bağlı Yevlax rayon Polis şöbəsindən daxil olmuş 23 noyabr 2022-ci il tarixli 95-26142-1222 nömrəli məktubun tələbləri nəzərə alınaraq olunla bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç“ bəndinə əsasən 20 dekabr 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq 30 yanvar 2023-cü il tarixli MŞM/MT031/2023-00024 saylı arayışdan məlum olur ki, İddiaçı işə bərpa edilməsi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 dekabr 2020-ci il tarixli ******* saylı əmək kitabçasından məlum olur ki, İddiaçı 25 dekabr 2020-ci il tarixdən Yevlax rayon Rüstəmli kənd tam orta məktəbin təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. 20 dekabr 2022-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç“ bəndinə əsasən 20 dekabr 2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 dekabr 2022-ci il tarixli aktın surətindən məlum olur ki, Yevlax rayon Rüstəmli kənd tam orta məktəbin təsərrüfat müdiri İddiaçı işdə qalıb qalmaması ilə bağlı məsələni Rüstəmli kənd tam orta məktəbin həmkarlar təşkilatının sədri X4 həmkarların iclasında müzakirə edərək qərar qəbul etməsi bildirilsə də, iclas keçirib qərar qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Təhsil İşçiləri X11 Yevlax şəhər komitəsinin 26 aprel 2023-cü il tarixli məktubundan məlum olur ki, Yevlax rayon Rüstəmli kənd tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı 25 fevral 2020-ci il tarixdən 20 dekabr 2022-ci il tarixədək Təhsil İşçiləri X11nın üzvü olub. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin 26 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən məlum olur ki, Yevlax rayon Qaraməmmədli kəndində yaşayan X1 həmkəndlisi İddiaçı Rəfael oğlunun gəlini Zeynəbə mesaj yazması onu öldürəcəyi ilə hədələməsi barədə 16 oktyabr 2022-ci il tarixdə DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə ünvanlanmış və Yevlax RPŞ-nə daxil olmuş müraciəti “törədilmiş və ya hazırlanın cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 2529 nömrəsi ilə qeydə alınıb təhqiqat araşdırması aparılmışdır. X1 müraciəti əsasənda toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin pedoqoji şurasının 19 dekabr 2022-ci il tarixli qərarının surətindən məlum olur ki, Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin pedoqoji şurası İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç“ bəndinə əsasən 20 dekabr 2022-ci il tarixdən xitam verilmisini qərara almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərarının surətindən məlum olur ki, İddiaçı İXMnin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi üzrə 21 saylı, 25 dekabr 2020-ci il tarixli əmri ilə həmin məktəbə təsərrüfat müdiri təyin edilmişdir. Yevlax rayon Qaraməmmədli kəndində yaşayan X1 həmkəndlisi İddiaçı Rəfael oğlunun gəlini Zeynəbə mesaj yazması onu öldürəcəyi ilə hədələməsi barədə 16 oktyabr 2022-ci il tarixdə DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə ünvanlanmış və Yevlax RPŞ-nə daxil olmuş müraciəti “törədilmiş və ya hazırlanın cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 2529 nömrəsi ilə qeydə alınıb təhqiqat araşdırması aparılmışdır. X1 müraciəti əsasənda toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 19 dekabr 2022-ci il tarixdə Rüstəmli kənd tam orta məktəbinin pedoqoji şura iclası keçirilmiş və İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç“ bəndinə əsasən 20 dekabr 2022-ci il tarixdən xitam verilmisini qərara almışdır. Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin 20 dekabr 2022-ci il tarixli 16 saylı əmr ilə Yevlax rayon Rüstəmli kənd tam orta məktəbin təsərrüfat müdiri İddiaçı vəzifə səlahiyyətlərindən sui istifadə edərək 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə 3 gün üzürsüz səbəbdən işə gəlmədiyi halda özünə əmək haqqının hesablanması barədə tabelindən çıxarış rəhbərliyə təqdim etməsi və Rüstəmli kənd sakini Zeynəb Muradzadəyə qarşı əxlaqsız hərəkətlərə yol verilməsi ilə bağlı Yevlax rayon Polis şöbəsindən daxil olmuş 23 noyabr 2022-ci il tarixli 95-26142-1222 nömrəli məktubun tələbləri nəzərə alınaraq olunla bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç“ bəndinə əsasən 20 dekabr 2022-ci il tarixdən xitam verilmşdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarların ləğv edilməsini, işə və müavin vəzifəsinə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı işdən azad edilməsinə dair Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin 20 dekabr 2022-ci il tarixli 16 saylı əmri ləğv edilməli; İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbində təsərrfat müdiri vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları pozulmuşdur. Belə ki, həmkarlar ittifaqının iclası keçirilməmişdir. Həmkarlar ittifaqına məktəb direktoru təqdimatla müraciət etməli olduğu halda etməmişdir. Yəni ƏM-nin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçnin məhkəmə qeyd edir ki, iddiaçının işdən çıxarılmasına səbəb onun 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə işə gəlməməsi və 16 oktyabr 2022-ci il tarixdə törətdiyi əxlaqsız hərəkətləri olması qeyd edilmişdir. Bununla bağlı iddiaçnın izahatı alınmamışdır. İddiaçı üç gün işə gəlməməsinin üzrlü səbəbi barədə müvafiq tibbi arayış təqdim etmiş, yəni həmin günlərdə yataq rejimində müalicə alması olmuşdur. Cavabdeh tərəfindən həmçinin ƏM-nin 187-ci maddəsində göstərilən müddətlər də pozulmuşdur. Belə ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İddiaçı tərəfindən bir ay müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.2-ci görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı işdən azad edilməsinə dair Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin 20 dekabr 2022-ci il tarixli 16 saylı əmri ləğv edilsin. İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbində təsərrfat müdiri vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar