Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-991/2021 07.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1, cavabdeh X2 və onun vəkili X5 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən ******* saylı çıxarışla Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evi X7 tam mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsi X9, İddiaçı2 və İddiaçı1 Məhəmmədiyə qızının ümumi birgə mülkiyyətindədir. Evin mülkiyyətçisi Nuru Zeynalov İddiaçı1 qaynatası, İddiaçı2 isə babasıdır. Nuru Zeynalov 1978-ci ildə vəfat etmişdır. Hazırkı cavabdehlə razılaşaraq evlərini 13000 manata satmaq qərarına gəlmişlər. Cavabdeh ona cəmi 4000 manat pul vermiş, yerdə qalan 9000 manatı isə ödəməkdən yayınmışdır. cavabdeh hazırda onlara məxsus evdə yaşayır və 4 aydan artıqdır ki, onlar kirayələrdə qalır. Qanunsuz olaraq evinə daxil olmuş cavabdehin Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evindən dərhal çıxarılmasını istəyirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin evin satışı üçün ona verdiyi 4000 manatın qaytarılması ilə bağlı məhkəmə qətnaməsi var. O, evini satan kimi cavabdehə olan borcunu qaytaracaqdır. Lakin hazırda yaşamağa yeri yoxdur, cavabdehin evdən çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etmədiyini, iddiaçıya evi almaq məqsədi ilə verdiyi 4000 manat pulu qaytardıqdan sonra həmin evdən çıxacağını bildirərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 10.10.2014-cü il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri C.Kərimov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evi X7, həmin evin yerləşdiyi 0.59 ha torpaq sahəsinə Yusifov Elman Nuru oğlunun, İddiaçı1, İddiaçı2 və X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, Yevlax şəhəri C.Kərimov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin miras əmlak kimi ərizəçilər İddiaçı1, X11 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən yaşayış evinin alğı-satqısı barədə tərəflər arasında şifahi razılaşma olmuş və cavabdeh razılaşma əsasında İddiaçı1 4000 manat pul vermişdir. Tərəflər arasında razılaşma pozulmuş və məhkəmə qətnaməsi ilə 4000 manatın cavabdehə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh X1 şəhəri C.Kərimov küçəsi 67 ünvanda yerləşən fərdi yaşayış sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-991/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-991/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver