Məhkəmə qərarları › İş №2(039)-991/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-991/2025

05.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-991/2025 05.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehn direktoru X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X12 Aran Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, tam ştatın bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, tam ştatın bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbdə laborant vəzifəsində işləmişdir. 01 aprel 2023-cü il tarixdə məktəb tərəfindən onun razılığı və xəbəri olmadan onu 0,5 ştata keçirmişlər. İddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2005/2023 saylı qətnaməsi ilə iddiası təmin edilərək, tam ştata bərpa edilmişdir. Lakin 20 dekabr 2024-cü il tarixli, 44 saylı əmrlə yenidən 0,5 ştata keçirilmişdir. Məktəbdə 1 ştat vahidi mövcuddur, yəni 0,5 ştat yoxdur. Əmrdən çıxarışı alıb mediasiya təşkilatını müraciət etmiş, lakin cavabdeh tərəf gəlmədiyindən məsələ məhkəmədənkənar həllini tapmamışdır. Bu səbəbdən də, hesab edir ki, əmr ləğv olunmalı, o əvvəlki tam ştat vahidinə bərpa olunmalıdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 71.3, 74-cü maddələrinə istinad edərək, onun 0,5 ştata endirilmsinə dair Cavabdehn 20 dekabr 2024-cü il tarixli, 44 saylı əmrinin ləğv edilməsinə, onun tam ştata bərpa edilməsinə, məcburi 0,5 ştatda işlədiyinə görə az ödənilmiş əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzğununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehn direktoru X9 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Direktor təyin olunan zaman həmin məktəbdə 11 sinif komplekti mövcud olmuşdur. Nazirlər kabinetinin qərarına əsasən məktəbdə 9 sinif komplekti olduğu halda məktəbdə 1 vahid laborant ştatı yaranır. İki işçidən biri, yəni Səkinə Mahmudova işdən əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, xəbərdarlıq bildirişi verilmədən, onun ailə vəziyyəti nəzərə alınmadan qanunsuz olaraq işdən çıxarılmışdır. Bundan sonra X16 Müfəttişliyinə və X17 Təhsil İdarəsinə müraciət etmişdir. Bunun əsasında onlar həmin məsələni 14 oktyabr 2024-cü il tarixdə məktəbdə pedoqoji şurada müzakirəyə çıxarmışlar və hər iki şəxsin ailə vəziyyəti nəzərə alınaraq səs çoxluğu ilə hər iki şəxsin qalıb işləməsi qərara alınmışdır. Bundan sonra pedoqoji şuranın qərarı azad həmkarlar ittifaqına göndərilmiş və müvafiq rəy alındıqdan sonra 77-ci maddənin 1-ci bəndinə əsasən 9 həftə xəbərdarlıq müddəti gözlənilməklə 20 dekabr 2024cü ildə 44 saylı əmrlə 1 ştat vahidi iki işçi arasında bölünmüşdür. Səkinə Mahmudovanı qanuni şəkildə işə bərpa etmişlər. Gələcəkdə əlavə ştat olacağı təqdirdə həmin məsələyə yenidən baxılması mümkündur. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməisnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X12 Aran Regional Təhsil İdarəsinin nümayəndəsi X14 verdiyi izahatında göstərmişdir ki, Nazirlər kabinetinin qərarına əsasən hər ilin oktyabr ayının 15-də məktəbin şagird kontingenti təsdiq edilir və məktəbin ştat vahidlərinin sayı hər tədris ili üzrə dəyişir. Oktyabr ayının 15-də təsdiq edilmiş şagird kontingenti siniflərin sayına uyğun olaraq müəssisədə ştat vahidləri tətbiq edilir. İddiaçının iddia etdiyi məhkəmə qətnaməsi 2023- 2024-cü ildə verilmiş yanlış əmrə görə qəbul edilmişdir. 2024-cü ilin tədris ilinin əvvəlində fatkiki olaraq müəssisədə 1,5 ştat vahidi ilə (laborant) başlayıblar. Cari tədris ilində mövcud sinif komplektlərinin sayına uyğun olaraq ştat vahidlərinin sayı 1 ştat vahidinə düşmüşdür. Müəssisədə 1,5 ştat vahidində olan iki laborant olmuşdur. İddiaçı 1 ştat vahidində, digəri isə 0,5 ştat vahidində olmuşdur. 2024-cü ilin dekabr ayında mövcud statusa uyğun olaraq, qaydalar gözlənilməklə ştatın ixtisarı məsələsinə baxılmışdır. Qaydalara görə birinci üstünlük işçinin peşəkarlıq funksiyasna görə olmalıdır. Ştat vahidi ixtisara düşdüyünə görə hər iki şəxsin vəziyyəti nəzərə alınaraq, müəssisə tərəfindən hər iki şəxs 0,5 ştat vahidində saxlanılmışdır. Hər iki şəxsin əmək hüquqları gözlənilmiş və qanunsuzluğa yol verilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlargnı dinləyib, iє materiallargng araєdgrgb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirilyi yanında Məktəbəqədər və ümumi Təhsil Üzrə Dövlət X8 Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-40/3-1-736 K/2024 saylı əmrindən görünür ki, 02 sentyabr 2024-cü il tarixində Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbində 0,5 ştat vahidi olaraq laborant vəzifəsində çalışan X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq tələblərinə riayət olunmadan işdən azad olunması ilə əlaqədar həmin məktəbin direktoru səahiyyətlərini müvəqqəti icra edən, təsərrüfat müdiri X10 tərəfindən imzalanmış və təsdiq olunmuş 02 sentyabr 2024-cü il tarixli, 152/2 nömrəli «İşçinin əmək müqaviləsinə xitam verilməsi barədə» əmri qüvvədən düşmüş hesab edilmiş və Yevlax rayonu üzrə təhsil sektorunun müdiri X13 rayonu Qaraməmmədli kənd tam orta məktəbinin laborantı X3 Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbində 0,5 ştat vahidi olaraq laborant vəzifəsinə təyin olunması və işə qəbulun rəsmiləşdirilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdehndə Pedaqoji şuranın iclasının xx.xx.2024cü il tarixli, 03 saylı qərarından görünür ki, 1 ştat laborant vəzifəsi İddiaçı və X3 arasında 0,5 ştat olmaqla bərabər kağız daşıyıcıda göndərilmiş 9 (doqquz) iş həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra barəbər bölünməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh üzrə xx.xx.2024-cü il tarixli, 15 saylı əmrindən çıxarışdan görünür ki, məktəbin 1 vahid laborant ştatı hər biri 0,5 ştat olmaqla məktəbin laborant vəzifəsində çalışan İddiaçı ilə X11 arasında bölünməsi, İddiaçı ona bu haqda xəbərdarlıq bildirişi təqdim edildikdən 9 (doqquz) təqvim həftə sonra 0,5 ştat üzrə əmək fəaliyyətini davam etdirməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Cavabdehndə «Azərbaycan Respublikası Dövlət Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 59 nömrəli qərarının tələblərinə əsasən sinif komplektlərinin miqdarı 14-dən 13-ə endiyi üçün həmin məktəbdə sinif komplektlərinin miqdarına uyğun olaraq laborant vəzifəsində ixtisarlar yaranmış, məktəbdə laborant ştatı 1 vahidində saxlanılmış və Cavabdehndə sinif sayının azalması ilə yaranan 1 ştat vahidi laborant vəzifəsinin 2 (iki) işçi-X11 və İddiaçı arasında bölünməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1 saylı protkoldan görünür ki, həmin tarixdə Cavabdehndə X5 üzvlərinin (25 nəfər) iclası keçirilmiş və Həmkərlar Təşkilatı üzvləri səs çoxluğu ilə verdiyi qərarar əsasən 1 (bir) ştat vahidi laborant ştatının 2 (iki) işçi-İddiaçı və X11 arasında bölünməsinə etiraz edilməmişdir. İş materillarına əlavə edilmiş Cavabdehn direktoru tərəfindən İddiaçı ünvanlanmıh əmək şəraitinin dəyişidirilməsi və ştatların ixtisar edilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, həmin məktəbdə «Azərbaycan Respublikası Dövlət Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 59 nömrəli qərarının tələblərinə əsasən sinif komplektlərinin miqdarı 14-dən 13-ə endiyi üçün həmin məktəbdə sinif komplektlərinin miqdarına uyğun olaraq laborant vəzifəsində ixtisarlar yaranmış, məktəbdə laborant ştatı 1 vahidində saxlanılmışdır. Qeyd edilən normativ hüquqi sənədlərin tələblərinə əsasən həmin müəssisədə laborant vəzifəsində 2 (iki) işçinin (laborantın) olduğu nəzərə alınaraq İddiaçı əmək şərtlərinin dəyişdirilməsi və ştatların ixtisarı ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq sənədi təqdim ediləndən 9 (doqquz) təqvim həftə sonra 0,5 ştat vahidi üzrə əmək fəaliyyətini davam etdirməklə əmək haqqının əməyin ödənilməsinin qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə əsasən hesablanıb ödəniləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh üzrə xx.xx.2024-cü il tarixli, 44 saylı əmrdən çıxarışdan görünür ki, məktəbin laborantı vəzifəsində çalışan İddiaçı ştat vahidində dəyişiklik edilməsi barədə 9 (doqquz) təqvim həftə əvvəl göndərilmiş xəbərdarlıq bildirişinin müddəti 20 dekabr 2024-cü il tarixdə bitdiyi üçün və 21-22 dekabr 2024-cü il tarixləri qeyri-iş günləri olduğuna görə 1 ştat vahidi laborant vəzifəsi 0,5 ştat vahidinə dəyişilərək xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə «Əmək və Məşğulluq» Alt Sistemində gücləndirilmiş eletron imza vasitəsi ilə yeni əmək müqaviləsi bildirişinin göndərilməsi, X4 0,5 ştat vahidi üzrə laborant vəzifəsinə əmək fəaliyyətini davam etdirməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon Qaraməmmədli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Aynur və xx.xx.2021-ci il təvəllüdlü Eldar adlı uşaqları vardır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları aşağıdakılardır:

1. Gözilərin sayg azaldgqda və ya єtatlarg ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə iєəgütğrən tərəfindən əmək mğqaviləsi lərv edilməzdən əvvəl iєzi iєəgütğrən tərəfindən həmin iєəgütğrənlə barlanmgö əmək mğqaviləsinə (əmək mğqavilələrinə) uyrun olaraq mğəyyən olunan əmək stajgndan asglg olaraq aєargdakg mğddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajg olduqda – azg iki təqvim həftəsi; bir ildən beє ilədək əmək stajg olduqda – azg dürd təqvim həftəsi; beє ildən on ilədək əmək stajg olduqda – azg altg təqvim həftəsi; on ildən zox əmək stajg olduqda – azg doqquz təqvim həftəsi. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər:

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdehndə «Azərbaycan Respublikası Dövlət Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 59 nömrəli qərarının tələblərinə əsasən sinif komplektlərinin miqdarı 14-dən 13-ə endiyi üçün həmin məktəbdə sinif komplektlərinin miqdarına uyğun olaraq laborant vəzifəsində ixtisarlar yaranmış, məktəbdə laborant ştatı 1 vahidində saxlanılmış və Cavabdehndə sinif sayının azalması ilə yaranan 1 ştat vahidi laborant vəzifəsi 2 (iki) işçi-X11 və İddiaçı arasında bölünmüşdür. Cavabdeh üzrə xx.xx.2024-cü il tarixli, 44 saylı əmrə əsasən məktəbin laborantı vəzifəsində çalışan İddiaçı ştat vahidində dəyişiklik edilməsi barədə 9 (doqquz) təqvim həftə əvvəl göndərilmiş xəbərdarlıq bildirişinin müddəti 20 dekabr 2024cü il tarixdə bitdiyi üçün və 21-22 dekabr 2024-cü il tarixləri qeyri-iş günləri olduğuna görə 1 ştat vahidi laborant vəzifəsi 0,5 ştat vahidinə dəyişilərək xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə «Əmək və Məşğulluq» Alt Sistemində gücləndirilmiş eletron imza vasitəsi ilə yeni əmək müqaviləsi bildirişi göndərilmiş və X3 0,5 ştat vahidi üzrə laborant vəzifəsində əmək fəaliyyətini davam etdirməsi əmr edilmişdir. Cavabdeh tərəfindən həmin vaxt qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, tam ştatın bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər.

Hakim: Qalib Paєayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar