Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1007/2023 27.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh kirayə müqaviləsi əsasında ona verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 14, mənzil 11-də ikiotaqlı yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və mənzilə ailə üzvləri ilə birlikdə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə hazırlıq iclası 27 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 27 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, başqa məhkəmə prosesində olmasını nəzərə alaraq, məhkəmə hazırlıq iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək işin məhkəmə baxış iclasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında mülki işin aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti olan yaşayış sahəsinin Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 14, mənzil 11-də yerləşməsi müəyyən edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 39.1-ci maddəsinə əsasən, iddia ərizəsinin aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 31.1-ci, 32.3-cü, 44.2.2-ci, 45.4cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1007/2023
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1007/2023
27.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver