Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1014/2024 24.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “mərhum ərindən miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X1 miras qalan əmlakın - “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ilə 19 aprel 2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2001-ci ildə Maraqlı şəxs2, xx xxxxxx 2002-ci ildə Maraqlı şəxs3, xx xxxxxxx 2004-cü ildə Maraqlı şəxs4 və 05 yanvar 2016-cı ildə X4 adlı dörd uşaqları doğulmuşdur. Həyat yoldaşı X3 29 avqust 2018-ci il tarixdə vəfat etmişdir. X2 adına “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra başı qarışıq olduğundan və ailə başçısını itirdiyinə görə həmin vaxt fikirli olduğundan həmin avtomobilin mülkiyyətinə keçirilməsi üçün notariat ofisinə vaxtında müraciət edə bilməmişdir. Daha sonra avtomobilin sənədlərini qaydasına salmaq üçün notariat ofisinə müraciət edən zaman oradan bildirdilər ki, qanunla mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də miras əmlakın mülkiyyətinə keçirilməsindən imtina edilmişdir və ona mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra avtomobilə faktiki olaraq o, sahiblik etmişdir və miras əmlakı faktiki qəbul etmişdir. Bu faktın müəyyən edilməsi mərhum əri X1 miras qalmış əmlakın qəbulu üçün çox vacibdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu Nidayət Rzayev 21 oktyabr 2024-cü il tarixdə məhkəməyə məktub göndərərək, məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı qərara heç bir etirazının olmadığını, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, əri X3 29 avqust 2018-ci ildə vəfat etdikdən sonra ona məxsus “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Əri vəfat edəndən sonra avtomobilə faktiki olaraq o sahiblik etmişdir. Bununla da miras mülkü faktiki olaraq qəbul etmişdir. Mirası faktiki qəbul edən vərəsə kimi hazırda miras mülkə görə qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə almaq istəsə də, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu mirasın qəbulu faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum əri X1 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısının əridir. Ərizəçinin əri X3 29 avqust 2018-ci il tarixdə vəfat etmişdir. X1 miras qalmış “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili Ərizəçi qəbul etmiş və həmin əmlaka sahiblik etmişdir. Şahid olaraq, Ərizəçi əri X1 miras qalmış “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etməsini təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Şahid olaraq, Ərizəçi əri X1 miras qalmış “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etməsini təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 iyul 2024-cü il tarixli 1757 nömrəli məktubdan görünür ki, Ərizəçi mirasın qəbul müddətini ötürdüyünə görə mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: X6 İmtahan və X10 tərəfindən 04 aprel 2017-ci il tarixdə verilmiş AC N 911124 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq olunmuşdur-hakimin qeydi) görünür ki, “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 1994; ban № WDB2020181A182949; mühərrik № **********8731) avtomobil X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 sentyabr 2018-ci ildə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq olunmuşdur-hakimin qeydi) görünür ki, X3 29 avqust 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 sentyabr 2018-ci il tarixdə 117 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Goranboy rayon VVAQ Şöbəsi tərəfindən 19 aprel 2001-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X7 arasında nikah 19 aprel 2001-ci il tarixdə 4 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Mamedov”, arvada “Mamedova” soyadları verilmişdir. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş 10 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Maraqlı şəxs2 29 avqust 2018-ci il tarixdə vəfat etmiş atası – X1 miras qalmış “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin ona çatası hissəsindən miras payını rəsmi və faktiki olaraq qəbul etməmişdir, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İş materiallarında olan: Maraqlı şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş 10 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Maraqlı şəxs4 29 avqust 2018-ci il tarixdə vəfat etmiş atası – X1 miras qalmış “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin ona çatası hissəsindən miras payını rəsmi və faktiki olaraq qəbul etməmişdir, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İş materiallarında olan: 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 10 iyul 2024-cü il tarixli etibarnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq olunmuşdur-hakimin qeydi) görünür ki, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 həmin etibarnamə ilə “...., mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bunlara dair ərizələr yazmağı, vərəsəlik haqqında şəhadətnaməni almağı, miras payları üzərində sərəncam verməyi, miras payı satmağı, bağışlamağı və s. hərəkətləri etməyi Ərizəçi etibar etmişlər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 29 avqust 2018-ci ildə vəfat etmiş X1 miras qalmış “Mercedes Benz C180 minik” markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomobili mirasqoyanın arvadı Ərizəçi tərəfindən miras olaraq tam şəkildə faktiki qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 29 avqust 2018-ci ildə vəfat etmiş X1 miras qalmış “Mercedes Benz C180 (minik)” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 1994; ban № WDB2020181A182949; mühərrik № **********8731) avtomobilin ərizəçi - mirasqoyanın arvadı, xx xxxxxx 1983-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kəndində doğulmuş Ərizəçi tərəfindən miras olaraq tam şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 29 avqust 2018-ci ildə vəfat etmiş X1 miras qalmış “Mercedes Benz C180 (minik)” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 1994; ban № WDB2020181A182949; mühərrik № **********8731) avtomobilin ərizəçi - mirasqoyanın arvadı, xx xxxxxx 1983-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kəndində doğulmuş Ərizəçi tərəfindən miras olaraq tam şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1014/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1014/2024
24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver