Məhkəmə qərarları › İş №2(040)-1015/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1015/2024

07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1015/2024 07.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “mərhum atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X2 miras qalmış Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən 299 nömrəli mülkə görə onu vərəsə tanıyaraq mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 26 oktyabr 2023-cü ildə vəfat etdikdən sonra ona məxsus Göygöl rayonunun Qızılqaya qəsəbəsi, 299 nömrəli ünvanda yerləşən mülk miras qalmışdır. “Torpaq sahəsinin planı və ölçüsü” və çıxarışa əsasən həyətyanı torpaq sahəsi 0,23 hektardır. X4 birinci növbə vərəsələri – həyat yoldaşı Maraqlı şəxs2 və övladları Maraqlı şəxs3, Maraqlı şəxs4dır. Atası vəfat edəndə o, bacısı Məryəmlə birlikdə göstərilən ünvanda yaşamışdır. Bununla da miras mülki faktiki olaraq qəbul etmişlər. Anası və bacısı Türkan Bakı şəhərində yaşamışlar, miras mülki nə rəsmi nə də faktiki olaraq qəbul etməmişlər. Mirası faktiki qəbul edən vərəsə kimi hazırda miras mülkə görə qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə almaq istəyir, lakin 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu mirasın qəbulu faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Onun miras mülkü faktiki qəbul edərək idarə etdiyini məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu Nidayət Rzayev 02 oktyabr 2024-cü il tarixdə məhkəməyə məktub göndərərək, məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı qərara heç bir etirazının olmadığını, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, atası X7 26 oktyabr 2023-cü ildə vəfat etdikdən sonra ona məxsus Göygöl rayonunun Qızılqaya qəsəbəsi, 299 nömrəli ünvanda yerləşən mülk miras qalmışdır. Atası vəfat edəndə o, bacısı Məryəmlə birlikdə göstərilən ünvanda yaşamışdır. Bununla da miras mülkü faktiki olaraq qəbul etmişdir. Mirası faktiki qəbul edən vərəsə kimi hazırda miras mülkə görə qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə almaq istəsə də, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu mirasın qəbulu faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum atası X2 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin yaxın dostudur. Ərizəçinin atası X1 tanıyırdı. X7 26 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. X2 miras qalmış Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən miras mülkü Ərizəçi qəbul etmiş və həmin əmlaka sahiblik etmişdir. Şahid olaraq, X4 atası X2 miras qalmış Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0,23 hektar torpaq sahəsini qəbul etməsini təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin yaxın dostudur. Şahid olaraq, X4 atası X2 miras qalmış Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0,23 hektar torpaq sahəsini qəbul etməsini təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 24 iyun 2024-cü il tarixli 1468 nömrəli məktubdan görünür ki, Ərizəçi mirasın qəbul müddətini ötürdüyünə görə mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarinda olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, X4 Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 68 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində 25 sentyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2023-cü ildə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 oktyabr 2023cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 noyabr 2023-cü il tarixdə 939 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Kəlbəcər rayon VVADQ Şöbəsi tərəfindən 16 yanvar 2003-cü ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Maraqlı şəxs2 arasında nikah 25 dekabr 1984-cü il tarixdə 142 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Əsgərov”, arvada “Cəfərova” soyadları verilmişdir. İş materiallarında olan: Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş Maraqlı şəxs2 03 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Maraqlı şəxs2 26 oktyabr 2023-cü il tarixdə vəfat etmiş əri – X3 miras qalmış Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvanında yerləşən 0,23 ha torpaq sahəsinin ona çatası hissəsindən miras payını rəsmi və faktiki olaraq qəbul etməmişdir, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İş materiallarında olan: Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş Maraqlı şəxs3 03 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Maraqlı şəxs3 26 oktyabr 2023-cü il tarixdə vəfat etmiş atası – X3 miras qalmış Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvanında yerləşən 0,23 ha torpaq sahəsinin ona çatası hissəsindən miras payını rəsmi və faktiki olaraq qəbul etməmişdir, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 02 noyabr 2023-cü ildə ölmüş X2 miras qalmış və Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0,23 hektar torpaq sahəsi mirasqoyanın övladı Ərizəçi tərəfindən miras olaraq tam şəkildə faktiki qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 02 noyabr 2023-cü ildə ölmüş X2 miras qalmış və Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış (qeydiyyat tarixixx.xx.2014; qeydiyyat nömrəsi- **********) 0,23 hektar torpaq sahəsinin mirasqoyanın övladı-xx xxxxx 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kəlbəcər şəhərində doğulmuş Ərizəçi tərəfindən miras olaraq tam şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 noyabr 2023-cü ildə ölmüş X2 miras qalmış və Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış (qeydiyyat tarixixx.xx.2014; qeydiyyat nömrəsi- **********) 0,23 hektar torpaq sahəsinin mirasqoyanın övladı-xx xxxxx 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kəlbəcər şəhərində doğulmuş Ərizəçi tərəfindən miras olaraq tam şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar