Məhkəmə qərarları › İş №2(040)-1027/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1027/2024

10.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1027/2024 10.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin (bundan sonra-X1 Xidməti) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 (VÖEN: **********) və X1 Xidmətinə qarşı “cavabdeh (işəgötürən) Cavabdeh2 ilə aralarında bağlanmış 14 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi vəzifəsinin X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh- sahibkarlıqla məşğul olan fiziki şəxs (VÖEN: **********) Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh (işəgötürən) Cavabdeh2 ilə aralarında bağlanmış 14 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməklə, əmək müqaviləsinə xitam verilməsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi vəzifəsinin X1 Xidmətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, işə düzələrkən məlumat almışdır ki, X1 Xidmətinə aid “Əmək və Məşğulluq” altsistemində işçi kimi qeyd edilmişdir. Əslində onun faktiki olaraq iş yeri yoxdur və yeni işə düzəlməsində problemlər yaranır. Belə ki, işçi olaraq onunla işəgötürən fiziki şəxs Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2020-ci iltarixli əmək müqaviləsinə əsasən fiziki şəxs Cavabdeh2 tərəfindən fəhlə vəzifəsinə işə qəbul olunmuş, lakin həmin cavabdeh barəsində heç bir məlumat ala bilməmişdir (cavabdeh nə qeydiyyatda olduğu, nə də ki hər hansı digər ünvanda fəaliyyət göstərir). Ona görə də “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsi ləğv edilməmiş qalmışdır. Bununla bağlı müraciət etdiyi X1 Xidmətinin məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əəgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə məhkəməyə müraciət olunmalı, X1 Xidməti işə cəlb edilməli, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi vəzifəsi X1 Xidmətinə həvalə edilməlidir. İddiada eyni zamanda X1 Xidmətinə də tələb yönəldiyindən, məhkəmə icraatı zamanı X1 Xidməti əlavə cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı və cavabdeh- sahibkarlıqla məşğul olan fiziki şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər (İddiaçı məhkəmənin hazırlıq iclasında iştirak etmiş və məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir; cavabdeh- sahibkarlıqla məşğul olan fiziki şəxs Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir və məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmışdır). Məhkəmə İddiaçı və cavabdeh- sahibkarlıqla məşğul olan fiziki şəxs Cavabdeh2 iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh- X1 Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddianı qəbul edərək, iddianın təmin edilməsinə razı olduğunu bildirmişdir. İddiaçı iştirak etmiş olduğu məhkəmənin hazırlıq iclasında iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -İddiaçı şəxsiyyətini təsdiq edən sənədlərdən görünür ki, o, xx xxxxx 1981-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır, Ağdam rayonunun Mərzili kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. -İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid elektron informasiya sistemindən əldə olunmuş “**********588” ştrix-kodlu “Sosial arayış”dan görünür ki, işçi İddiaçı işəgötürən Cavabdeh2 ilə bağladığı 14 dekabr 2020-ci il tarixli “xxxxxxx000400” nömrəli əmək müqaviləsi hal-hazırda qüvvədədir. -X1 Xidmətinin Bakı şəhər idarəsindən İddiaçı ünvanlanmış məktubun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı X1 Xidmətinə olan 05 fevral 2024-cü il tarixli 3-17-5/1-Q- 4515/2024 nömrəli müraciətinə baxılmış və müraciətinin predmeti üzrə hüquqları ona izah edilmişdir: göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon məhkəməyə müraciət edilməlidir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, cavabdeh işəgötürənsahibkarlıqla məşğul olan fiziki şəxs Cavabdeh2 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi): -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. -49-cu maddəsinin 4-cü hissəsinə əsasən, bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. -49-cu maddəsinin 5-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. -69-cu maddəsinin: 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 2-ci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. -74-cü maddəsinin 1-1-ci hissəsinin birinci abzası və 1-1.2-ci bəndindən görünür ki, fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə, bu hal fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, iddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən fiziki şəxs) Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli “xxxxxxx000400” nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən- işçi İddiaçı ərizəsinə əsasən xitam verilməli, iddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən fiziki şəxs) Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi bildirişinin Dövlət Məşğulluq Xidmətinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi vəzifəsi X1 Xidmətinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən fiziki şəxs) Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən- işçi İddiaçı ərizəsinə əsasən xitam verilsin. İddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən fiziki şəxs) Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi bildirişinin Dövlət Məşğulluq Xidmətinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi vəzifəsi X1 Xidmətinə həvalə edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar