Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1050/2024 27.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə2, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun 1970-1993-cü illərdə Başlıbel kəndində klub müdiri, kənd mədəniyyət evi işə başladıqdan sonra isə orada xadimə kimi 1993-cü ilin aprel ayının 2-nə kimi işləməsi faktının müəyyən edilməsi barədə məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxış iclası 27 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin nümayəndəsi Nümayəndə3 ərizənin baxılmamış saxlanmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi nəzərə alınmalı, Ərizəçi “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1050/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1050/2024
27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver