Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1080/2025 10.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh1 və nümayəndəsi (vəkil) Vəkil2 (eyni zamanda digər Cavabdeh2 nümayəndəsi-vəkili), Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs- X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mübahisəli evdən çıxarılması və iddiaçının özünün həmin evə köçürülməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun 2 (iki) yataq otağı, 1 (bir) qonaq otağı, mətbəx və sanitar qovşaqdan ibarət Gəncə şəhəri Gülüstan qəsəbəsi “ADAU-6 ətrafında” yerləşən evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1- onun qaynatası, Cavabdeh2- qaynanasıdır. O, cavabdehlərin qızı X3 ilə 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Özlərinə ev tikmək məqsədilə 2009-cu ildə Gəncə şəhəri Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında 2 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində əvvəlcə mağaza, daha sonra ev tikdirmişdir. 2009-cu ilin sentyabr ayında ev tam hazır olmuş va ailəsi ilə birlikdə həmin evə köçərək hazırki vaxtadək orada yaşamışdır. X4 ilə aralarında yaranan narazılığa görə Kəlbəcər Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli 2(040)-561/2015 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin sonra onlar yenidən barışıb bir yerdə yaşamışlar. İşi ilə əlaqədar, o, ailəsi ilə birlikdə Rusiya Federasiyasına gedib-gəlir. Rusiyada olarkən onlar yenidən Aynurə ilə rəsmi nikaha daxil olmuşlar. Son vaxtlar aralarında yaranan narazılıqlara görə münasibətləri yenidən korlanmışdır; onlar hazırda faktiki olaraq ayrı yaşayırlar. Cavabdehlər olan qayınatası ilə qayınanası uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Rusiyada olarkən cavabdehler ona bir həftəlik Azərbaycana gedəcəklərini və işlərini görmələrinə görə onların evində qalmaq istədiklərini bildirmiş və evin açarlarını onlara verməsini xahiş etmişlər. O da qohum olduqlarından buna etiraz edə bilməmiş və fikirləşmişdir ki, cavabdehlər Azərbaycanda işlərini bir həftəyə görüb gələcəklər. Özü də işi ilə əlaqədar cavabdehlərdən bir müddət sonra Azərbaycana gəlmiş və evinə gələndə görmüşdür ki, cavabdehlər yaşadığı evin qapı kilidini dəyişdirmişlər. O, cavabdehlərə bu barədə bildirəndə cavabdehlər ona bildirmişlər ki, bu ev onların evidir, onlar bu evdən çıxmayacaqlar ve onu da evə buraxmayacaqlar. Halbuki, cavbdehlərin onun evi ilə heç bir əlaqəsi olmamışdır. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yerləşən 2 otag, 1 zal, mətbəx və sanitar qovşaqdan ibarət evi o, özü tikdirmişdir. Lakin evin rəsmi sənədi yoxdur. Buna baxmayaraq, həmin ev onun faktiki mülkiyyətində olmuşdur. Qeyd edir ki, Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən evlərin əksəriyyətinin sənədi yoxdur. 2009-cu ildə həmin evə su və işıq, 2010-cu ildə qaz xətti çəkdirmişdir. Həmin evə dair qaz, su və işıq xətlərinin hamısı öz adınadır, bununla bağlı müvafiq sənədləri də məhkəməyə təqdim edir. 2009-cu ildən də faktiki mülkiyyətçi kimi həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Cavabdehlərin həmin evlə ümumiyyətlə heç bir əlaqələri olmamışdır. Cavabdehlər hazırda sadəcə olaraq onların qızı ilə aralarında yaranan narazılığa görə onu təhdid etmək məqsədilə onun evinə girib çıxmırlar. O, hazırda evindən istifadə edə bilmir; Evinə daxil ola bilmir. Cavabdehlər onun evinə hansı müdaxilələri edir, onlardan da xəbəri yoxdur. O, hazırda hər gün bir qohumunun evində qalır. Bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinə də şikayət ərizəsi ilə müaciət etmiş, polis şöbəsindən şifahi olaraq ona məhkəməyə müraciət etməsini tövsiyə etmiş, lakin hələ də rəsmi cavab verməmişlər. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə 01 sentyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək , cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 2 yataq otağı, 1 qonaq otağı, mətbəx və sanitar qovşaqdan ibarət Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafında yerləşən və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentə verilən şərti ünvan olaraq “ünvan 1ahəsindən çıxarılmaları və İddiaçı həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 01 sentyabr 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 05 sentyabr 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 26 sentyabr 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 01 oktyabr və 07 oktyabr 2025-ci il tarixlərə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, nümayəndəsi (vəkil) Vəkil2 vasitəsilə təmsil olunmuşdur. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlərdən Cavabdeh1- onun qaynatası, Cavabdeh2- qaynanasıdır. O, cavabdehlərin qızı X3 ilə 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onun arvadı Aynurə ilə özlərinə ev tikməsi üçün qaynatası- Cavabdeh1 ona 2009-cu ildə Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafında yerləşən 2 (iki) sot torpaq sahəsini qeyrirəsmi olaraq bağışlamışdır; həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, qaynatası- Cavabdeh1 qeyri-rəsmi olaraq ona bağışladığı və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olan həmin torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi tikdirmişdir. 2009-cu ilin sentyabr ayında ev tam hazır olmuş və o, ailəsi ilə birlikdə həmin evə köçərək hazırki vaxtadək orada yaşamışdır. X1 ilə aralarında yaranan narazılığa görə, o, nikahın pozulması üçün Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş və Kəlbəcər Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli 2(040)-561/2015 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin sonra onlar yenidən barışıb bir yerdə yaşamışlar. İşi ilə əlaqədar, o, ailəsi ilə birlikdə Rusiya Federasiyasına gedib-gəlir. Rusiyada olarkən onlar yenidən Aynurə ilə rəsmi nikaha daxil olmuşlar. Son vaxtlar aralarında yaranan narazılıqlara görə münasibətləri yenidən korlanmışdır; onlar hazırda faktiki olaraq ayrı yaşayırlar. Cavabdehlər olan qayınatası ilə qayınanası uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Rusiyada olarkən cavabdehler ona bir həftəlik Azərbaycana gedəcəklərini və işlərini görmələrinə görə onların evində qalmaq istədiklərini bildirmiş və evin açarlarını onlara verməsini xahiş etmişlər. O da qohum olduqlarından buna etiraz edə bilməmiş və fikirləşmişdir ki, cavabdehlər Azərbaycanda işlərini bir həftəyə görüb gələcəklər. Özü də işi ilə əlaqədar cavabdehlərdən bir müddət sonra Azərbaycana gəlmiş və evinə gələndə görmüşdür ki, cavabdehlər yaşadığı evin qapı kilidini dəyişdirmişlər. O, cavabdehlərə bu barədə bildirəndə cavabdehlər ona bildirmişlər ki, bu ev onların evidir, onlar bu evdən çıxmayacaqlar ve onu da evə buraxmayacaqlar. Halbuki, cavbdehlərin onun evi ilə heç bir əlaqəsi olmamışdır. Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafında yerləşən 2 otaq, 1 zal, mətbəx və sanitar qovşaqdan ibarət evi, o, öz vəsaiti ilə tikdirmişdir- belə ki, o, qaynatası olan Cavabdeh1 mağazasənda işləmiş və bütün qazancını Şakirə vermiş, Şakir də onun qazancından toplanmış vəsaitlə həmin mübahisəli fərdi yaşayış evini o və ailəsi üçün inşa etdirmişdir. Lakin evin rəsmi sənədi yoxdur. Buna baxmayaraq, həmin ev onun faktiki mülkiyyətində olmuşdur. Gəncə şəhərinin Gülüstan qəsəbəsi ADAU- yerləşən evlərin əksəriyyətinin sənədi yoxdur. 2009-cu ildə həmin evə su və işıq, 2010-cu ildə qaz xətti çəkdirmişdir. Həmin evə dair qaz, su və işıq xətlərinin hamısı öz adınadır, bununla bağlı müvafiq sənədləri də məhkəməyə təqdim edir. 2009-cu ildən də faktiki mülkiyyətçi kimi həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Cavabdehlərin həmin evlə ümumiyyətlə heç bir əlaqələri olmamışdır. O, Rusiyada olduğu müddətdə evi 2021-ci ildən 2025-ci ilədək. Yadigar adlı şəxsə kirayəyə vermiş, Yadigar evdə dörd il kirayədə qalmışdır. O, Azərbaycana gəldikdən bir ay sonra kirayəşinlər evdən çıxmışlar. Yadigar kirayədə qaldığı müddətdə mağazalara da o nəzarət edirdi. Həmin ərazidəki torpaqların və evlərin heç birinin sənədi yoxdur. Kommunal xidmətlərin sənədləri onun adınadır. Sayğacı aidiyyəti qurum özü dəyişdirmişdir. Cavabdehlər hazırda sadəcə olaraq onların qızı ilə aralarında yaranan narazılığa görə onu təhdid etmək məqsədilə onun evinə girib çıxmırlar. O, hazırda evindən istifadə edə bilmir; evinə daxil ola bilmir. Cavabdehlər onun evinə hansı müdaxilələri edir, onlardan da xəbəri yoxdur. O, hazırda hər gün bir qohumunun evində qalır. Bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə də şikayət ərizəsi ilə müaciət etmiş, polis idarəsindən şifahi olaraq ona məhkəməyə müraciət etməsini tövsiyə etmiş, lakin hələ də rəsmi cavab verməmişlər. İddianın təmin olunmasını xahiş edir İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli evi, o, 2008-ci ildə özünün qeyri-rəsmi olaraq aldığı torpaq sahəsində öz vəsaiti hesabına inşa etdirmişdir ki, qızı Aynurə ailəsi ilə birlikdə yaşasın. 2010-cu ildə evə qurlaşdırılmış elektrik sayğacı onun adına olmuş və həmin sayğac mağazanın yanında quraşdırılmışdır. İddiaçı 2013-cü ildə həmin elektrik sayğacını dəyişdirərək öz adına yeni sayğac quraşdırmışdır. Evə 2010-cu ildə quraşdırılmış qaz sayğacı da onun adına olmuş, Elmir sonradan onun xəbəri olmadan qaz sayğacını da çıxartdırıb öz adına sayğac qoydurmuşdur. Elmir evin tikintisində az müddət işləmiş, sonra Elmir səhhətində yaranan problemlərlə bağlı işləməmiş, Elmiri hərbi hospitalda o özü müalicə etdirmişdir. Elmir mübahisəli evin tikintisinə heç bir xərc çəkməmiş, Elmirin buna maddi imkanı da olmamışdır. 2021-ci ildən 2025-ci ilin yayınadək olan müddət ərzində Elmir həmin evi başqa şəxslərə kirayə vermişdir. İddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh1 ilə eyni məzmunda izahat vermiş, iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 izahatında bildirmişdir ki, mübahisəli ev onun atası Cavabdeh1 tərəfindən onun üçün inşa etdirilmiş, evdəki əşyalar isə onun öz əşyalarıdır. 2021-ci ildən 2025-ci ilin yayınadək olan müddət ərzində Elmir həmin evi başqa şəxslərə kirayə vermişdir. Elmirin həmin evə heç bir hüququ yoxdur. İddianın rədd edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid4 (iddiaçının şahidi) ifadəsində bildirmişdir ki, Elmirin qonşusudur. Şakirin ikimərtəbəli evi var idi, satdı Rusiyaya getdi. Mübahisəli ev Elmirə məxsusdur. Evi Elmir tikib, köməkçisi anası olub. Usta xərclərini onun oğlu Rövşənin yanında Elmir özü verib. Şakiri həmin evdə görməmişdir; Şakir Rusiyada yaşamışdır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid5 (iddiaçının şahidi) ifadəsində bildirmişdir ki, Elmir Gəncə şəhərində onun oxuduğu məktəbdə mühafizədə işləyirdi, həmin vaxtdan Elmiri tanıyır. Şakirin öz evini satdığını bilir. Hazırki mübahisəli evin suvağını o vurmuşdur. Ev Elmirə məxsusdur. İşlərini bitirdikdən sonra evi Elmirə təhvil vermiş, zəhməthaqqı pulunu da Elmirdən almışdır. Şakiri tikintiyə baxmağa gələndə yalnız bir dəfə görmüşdür. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid6 (iddiaçının şahidi) ifadəsində bildirmişdir ki, Elmirin uzaq qohumudur, onun evi “Al marketin” yanındadır. Evin təməli qoyularkən orada olmuşdur. Elmirdən soruşub, o özü üçün tikdirdiyini söyləmişdir. Evdə Elmir yaşadığı üçün evi Elmirin evi kimi tanıyır. Evin kimin vəsaiti hesabına tikildiyini bilmir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid7 (iddiaçının şahidi) ifadəsində bildirmişdir ki, Elmirin qardaşıdır, evin tikintisində iştirak edib. Qanunsuz tikinti olduğu üçün polis gələndə qaçıb. Şakiri orada görməyib, torpağı Şakir və Elmir alıb, lakin torpağınkimdən alındığını bilmir. Evin tikintisində digər qardaşı Zamin də iştirak edib. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (cavabdehin şahidi) ifadəsində bildirmişdir ki, Elmiri tanıyır, Gəncədə qonşusudur. Mübahisəli evin yerləşdiyi torpağı onun mərhum əri Şakirə qeyri-rəsmi olaraq satmışdır. Satış zamanı heç bir sənədləşmə olmamışdır. Həmin torpaqda evi tikən ustaları tanımır, lakin həmin ustaların yanında nəzarətçi kimi Şakiri görmüşdür. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (cavabdehin şahidi) ifadəsində bildirmişdir ki, mübahisəli evin yerləşdiyi torpağı onun mərhum qaynatası Şakirə satmışdır. Evi Şakir tikdirsə də, Elmir də tikintidə işləmişdir. Evi və evin yaxınlığındakı kiçik obyektlərin sahibi kimi Şakiri tanıyır, lakin evdə Elmir yaşamışdır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid3 (cavabdehin şahidi) ifadəsində bildirmişdir ki, yaşadığı evin yaxınlığında yerləşən mağazanı Şakirdən qeyrirəsmiolaraq satın almışdır. Mübahisəli evdə heç kim yaşamırdı, ev sahibləri Rusiyada yaşayırdılar. Evi kimin tikdiyini və kimə məxsus olduğunu bilmir. Evdə kirayəçi yaşadığını görüb. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid8 (cavabdehin şahidi) ifadəsində bildirmişdir ki, hər iki tərəflə uzaq qohumdur. Elmir evin tikintisində işləsə də, tikintiyə pul xərcləməmişdir. Evin tikintisi zamanı bir dəfə ora getmiş, orada Şakiri görmüşdür. Həmin vaxt evin dam örütüyü vurulmamışdı. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid9 (cavabdehin şahidi) ifadəsində bildirmişdir ki, hər iki tərəfin uzaq qohumudur. Evin təməlini Şakir qoyub, evin işığı, qazı Şakirin adına olub, lakin sonradan Elmir planlı şəkildə evin kommunal xidmətlərini öz adına keçirib. Şakir qızının şəraiti yaxşı olmadığı üçün evi Elmirlə qızına yaşaması üçün vermişdir. Elmir evin tikintisində fəhlə kimi işləyib. O, mübahisəli evi həmişə Şakirin evi kimi tanıyıb. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid10 (cavabdehin şahidi) ifadəsində bildirmişdir ki, evin fasad-hörgü işini o görmüşdür. Ödənişi Şakir etmişdir. Elmir bəzən fəhlə kimi işləmiş, o, Elmirdən heç bir ödəniş almamışdır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid11 (cavabdehin şahidi) ifadəsində bildirmişdir ki, mübahisəli evi Şakirin qızına tikdirdiyini, evin xərclərini Şakirin ödədiyini eşitmişdir. Həmin evdə Şakirin qızı ailəvi yaşayırdı. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Təkəqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı Gəncə Şəhər Məhkəməsinə təqdim edilməsi üçün verilmiş 15 iyul 2025-ci il tarixli 137 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri ADAU-6 ərtafında müvəqqəti yaşayır. İş materiallarında olan: “İri Şəhərlərin X15 Xidməti” Publik-Hüquqi Şəxsinin tabeliyində olan Gəncə şəhər sukanal idarəsinin rəisi X9 Rusdamov arasında bağlanmış 30 may 2025-ci il tarixli 47287274 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupun aid olan fiziki şəxslərlə bağlanan müqavilə”dən görünür ki, müəssisə “Gülüstan Qızılqaya qəsəbəsi 11-ci küçə ev 7/A”nı içməli su ilə təchiz edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. İstehlakçı İri Şəhərlərin X15 Xidməti Publik-Hüquqi Şəxs tərəfindən verilmiş texniki şərtə əsasən su təchizatı və kanalizasiya sistemlərinə qoşularaq, tələbatına görə, keyfiyyət standartlarına uyğun içməli su ilə təmin olunmaq və tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasını (qəbulunu) müəssisədən tələb etmək hüququna malikdir. İş materiallarında olan: 04 iyul 2025-ci il tarixli “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 2010-2016, 2024 və 2025 illər üzrə “abonentin saldosu”ndan görünür ki, “ünvan 2 ünvanı üzrə abonent “**********04330 X17”, ailə tərkibi “4”, qaçqın sayı “4” qeyd edilib. İş materiallarında olan: Azərbaycan Respublikası Qaçqın və X10 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonları üzrə sektor müdiri Rafiq Həsənov tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli 802 nömrəli arayışdan görünür ki, Rusdamov X7 rayonundan məcburi köçkün olmaqla “Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafı” ünvanında məskunlaşmışdır; ailə tərkibi: arvadı- X4, qızı- X5 və oğlu- X6r. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19”nin 3 saylı Gəncə ərazi idarəsinin Kəlbəcər Rayon Məhkəməsinə göndərdiyi 17 sentyabr 2025-ci il tarixli 3-21-3-33/2-9668/2025 nömrəli məktubdan görünür ki, sorğu edilən şəxslər- İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 adlarına Gəncə şəhəri üzrə daşınmaz əmlak qeydə alınmamışdır. Mübahisə predmeti olan yaşayış sahəsinə yerində baxış (sübutların yerində müayinəsi): 24 sentyabr 2025-ci il tarixdə iddianın predmeti olan, Gəncə şəhəri Gülüstan qəsəbəsi “ADAU-6 ətrafı” adlanan ərazidə yerləşən, divarları mişar daşından hörülmüş, birmərtəbəli, kürsülü, ümumi sahəsi 88,56 kvadratmetr olan, o cümlədən üç yaşayış otağı, bir mətbəx və bir sanitar qovşağından ibarət, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinə məhkəmə tərəfindən yerində baxış keçirilmişdir. Yerində baxış İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Aynurə Rusdamovanın iştirakları ilə keçirilmişdir (Fərdi yaşayış evi Gəncə şəhərinin Gülüstan qəsəbəsində “arkanın girişindən” 900 metr şərq istiqamətində yolun sağ kənarında- “Al market”in qərb ətrafında yerləşir). Baxış zamanı müəyyən edilmişdir ki, ev elektrik enerjisi, təbii qaz və içməli su ilə təchiz edilmişdir, kommunal xidmətlər iddiaçının adınadır. Müəyyən edilmişdir ki, həmin evə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “ünvan 4 ünvanı verilmişdir. Məhkəmə araşdırması nəticəsində sübutlarla təsdiq edilmişdir ki, iddiaçı- xx xxxx 1985-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonundan məcburi köçkün, Kəlbəcər rayonunun Təkəqaya kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı 1993cü ildə daimi yaşadığı Kəlbəcər rayonunu məcburən tərk edərək Samux rayonunda məskunlaşmışdır. İddianın predmeti olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, “AKTA-6 ətrafında” (Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən, daşınmaz əmlakın ünvan reyestrində qeydə alınmamış, əsasən Kəlbəcər rayonundan məcburi köçkünlərin məskunlaşdıqları, şərti olaraq “AKTA-6” adlanan yaşayış massivi bəzi sənədlərdə “ADAU- 6” kimi də ifadə edilir-hakimin qeydi) yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evi 2009-2010-cu illərdə İddiaçı və X1nın yaşaması üçün özəl vəsaitlə (vəsaitin kimə məxsus olması sübut olunmur) inşa etdirilmişdir. Ev elektrik enerjisi, təbii qaz və içməli su xətti ilə təchiz edilmişdir- evə dair kommunal xidmətlər abonent olaraq İddiaçı adınadır. “Azəriqaz” tərəfindən həmin evin abonent ünvanı şərti olaraq “ünvan 7dir. Azərbaycan Respublikası Konstitusiyasının: -43-cü maddəsinin birinci (İ) hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; -60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar; -158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin müddəalarından görünür ki, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın, belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur, belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir, müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Məhkəmə hesab edir ki, iddiaçı Rusdamov X8 rayonundan məcburi köçkün olaraq özünün və ailəsinin yaşayış sahəsinə olan zəruri tələbatını ödəmək məqsədi ilə Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki “AKTA-6 ətrafı” adlanan yaşayış massivində heç bir etiraz olmadan özbaşına inşa etdirdiyi birmərtəbəli, ümumi sahəsi 88,56 kvadratmetr, o cümlədən 3 (üç) yaşayış otağı, 1 (bir) mətbəx və 1 (bir) sanitar qovşağından ibarət yaşayış evinin faktik mülkiyyətçisi olmaqla həmin əmlak üzərində qanuni gözləntiyə malikdir. İnsan Haqları üzrə Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən, hər kəs öz əmlakından sərbəst və maneəsiz istifadə etmək hüququna malikdir. “Normativ hüquqi aktlar haqqlnda” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələrinin müddəalarından görünür ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər, əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə olan hüquqları İnsan Hüquqları haqqında Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinin müdafiəsi altına düşür. Cavabdehlərin mübahisəli olan hüquqi gözləntiləri məhkəmə icraatında mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddiası qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və iddiaçının faktik mülkiyyətçi qismində sahiblik etdiyi, Gəncə şəhərinin Gülüstan qəsəbəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “ünvan 8 ünvanda yerləşən birmərtəbəli, ümumi sahəsi 88,56 kvadratmetr, o cümlədən 3 (üç) yaşayış otağı, 1 (bir) mətbəx və 1 (bir) sanitar qovşağından ibarət mübahisəli fərdi yaşayış evindən çıxarılmalı, İddiaçı həmin mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə araşdırması nəticəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evə hər hansı hüquqlarının olduğu sübutlarla öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və iddiaçının faktik mülkiyyətçi qismində sahiblik etdiyi, Gəncə şəhərinin Gülüstan qəsəbəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “ünvan 8 ünvanda yerləşən birmərtəbəli, ümumi sahəsi 88,56 kvadratmetr, o cümlədən 3 (üç) yaşayış otağı, 1 (bir) mətbəx və 1 (bir) sanitar qovşağından ibarət mübahisəli fərdi yaşayış evindən çıxarılsınlar; İddiaçı həmin mübahisəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1080/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1080/2025
10.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver