Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1142/2024 05.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi - Ərizəçi, Maraqlı şəxs- Rusiya Federasiyasının vətəndaşı Derkunskaya İzauranın iştirakları ilə, Ərizəçi “onunla İzaura Derkunskaya arasındakı birgə qeyri-rəsmi nikahdan uşağın doğulması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İzaura Derkunskaya ilə birgə nikahından 27 sentyabr 2023-cü il tarixdə Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində Hüseyn adlı oğlan uşaqlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2022-ci ildə Rusiya Federasiyası vətəndaşı İzaura Derkunskaya ilə ailə həyatı qurmuş, 07 dekabr 2023-cü il tarixdə Goranboy Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. İzaura ilə birgə nikahlarından 27 sentyabr 2023-cü il tarixdə Goranboy rayon Yeni Veyisli qəsəbəsində Hüseyn adlı övladları doğulmuşdur. Oğlu Hüseyn ev şəraitində doğulmuşdur, uşaq doğulan vaxt onlar xəstəxanaya müraciət etməmişlər. Sonradan oğlu Hüseynə doğum şəhadətnaməsi almaq üçün yaşayış yeri üzrə Goranboy və Kəlbəcər rayon qeydiyyat şöbələrinə müraciət etmiş, uşaq evdə doğulduğuna görə, eyni zamanda, doğum arayışı təqdim edə bilmədiklərinə görə uşağa doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd olunan faktın məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmələri izah olunmuşdur. Hazırda övladına doğum şəhadətnaməsi ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs - Maraqlı şəxs1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmədən xahiş etməmişdir. Məhkəmə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, o, 2022-ci ildə Rusiya Federasiyası vətəndaşı İzaura Derkunskaya ilə ailə həyatı qurmuş, 07 dekabr 2023-cü il tarixdə Goranboy Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. İzaura ilə birgə nikahlarından 27 sentyabr 2023-cü il tarixdə Goranboy rayon Yeni Veyisli qəsəbəsində Hüseyn adlı övladları doğulmuşdur. Oğlu Hüseyn ev şəraitində doğulmuşdur, uşaq doğulan vaxt onlar xəstəxanaya müraciət etməmişlər. Sonradan oğlu Hüseynə doğum şəhadətnaməsi almaq üçün yaşayış yeri üzrə Goranboy və Kəlbəcər rayon qeydiyyat şöbələrinə müraciət etmiş, uşaq evdə doğulduğuna görə, eyni zamanda, doğum arayışı təqdim edə bilmədiklərinə görə uşağa doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Uşaq evdə doğulduğundan, doğum haqqında tibbi sənədi olmamışdır. Uşağın doğum şəhadətnaməsini almaq üçün qeydiyyat orqanına getmiş və orada uşağın doğum şəhadətnaməsinin verilməsi üçün tibbi arayış və ya doğum faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin olması bildirilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsi, İzaura Derkunskaya ilə birgə nikahından 27 sentyabr 2023-cü il tarixdə Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində Hüseyn adlı oğlan uşaqlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Rusiya Federasiyasının vətəndaşı Derkunskaya İzaura məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun ərizəçi ilə birgə qeyri-rəsmi nikahından 27 sentyabr 2023-cü il tarixdə Hüseyn adlı övladı doğulmuşdur. Övladı evdə doğulduğundan doğum haqqında tibbi sənədi olmamışdır. Ona görə də qeydiyyat orqanı tərəfindən uşağa doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Ərizəçi nənəsidir. Fərid İzaura ilə ailə qurmaqla qeyri-rəsmi nikahda olmuş, onların 27 sentyabr 2023-cü ildə Hüseyn adlı uşaqları doğulmuşdur. Uşaq evdə doğulmuşdur. O, şahid olaraq, Ərizəçi arvadı İzauranın 27 sentyabr 2023-cü ildə Goranboy rayonunun Veyisli qəsəbəsində kişi cinsindən uşaq doğmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisinin qonşusudur. O həmin gün bibisigilə qonaq getmişdir. Onların uşağı evdə doğulmuşdur. Uşağa Hüseyn adı qoymuşlar. O, şahid olaraq, Ərizəçi arvadı İzauranın 27 sentyabr 2023-cü ildə Goranboy rayonunun Veyisli qəsəbəsində kişi cinsindən uşaq doğmasını təsdiq edir. İş materiallarında olan: AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 30 avqust 2001-ci ildə doğulmuşdur. İş materiallarında olan: MYİ seriyalı 0****** nömrəli “Azərbaycan Respublikasının Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsi”nin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı Derkunskaya İzauranın yaşayış yeri Goranboy rayonu, Veyisli qəsəbəsi, ev 405-dir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 08 oktyabr 2024-cü il tarixli 467 nömrəli məktubdan görünür ki, Ərizəçi 27 sentyabr 2023-cü ildə doğulmuş oğluna doğum haqqında akt qeydi tərtib edilməsi üçün doğum haqqında tibbi arayış və ya doğum faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin olması, doğum haqqında tibbi arayış olmadığına görə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 oktyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi ilə X1 nikahı 07 dekabr 2023-cü ildə 65 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “İsalı”, arvada “Derkunskaya” soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: “Konstitusiya”) 17-cı maddəsinin 6-cı hissəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. -46-3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadı əvəzinə ananın soyadı yazılır, uşağın atasının və babasının adı uşağın anasının göstərişi ilə yazılır. -53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -166.2-ci maddəsinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. -166.3-cü maddəsinə əsasən, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. -167-ci maddəsinə əsasən, doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. -168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -168.2-ci maddəsinə əsasən, atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: -1.1-ci bəndinə əsasən, bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. -2.1-ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. -2.2-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. -2.5-ci bəndinin müddəalarından görünür ki, doğumun qeydə alınması üçün müvafiq sənədlər təqdim edilməlidir. -2.6-cı bəndinin müddəalarından görünür ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də Ərizəçi ilə maraqlı şəxs Derkunskaya İzauranın (Derkunskaıa İzaura) birgə qeyri-rəsmi nikahından 27 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində kişi cinsindən bir uşağın doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi - 30 avqust 2001-ci ildə Azərbaycan Respublikasında doğulmuş Ərizəçi ilə maraqlı şəxs- xx xxxxxxxx 1990-cı ildə Rusiya Federasiyasında doğulmuş Derkunskaya İzauranın (Derkunskaıa İzaura) birgə qeyri-rəsmi nikahından 27 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində kişi cinsindən bir uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1142/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1142/2024
05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver