Məhkəmə qərarları › İş №2(040)-1186/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1186/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1186/2025 22.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi “özünün doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun atasının X14 və anasının X18 olmaqla, xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunun Böyük Məzrə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunun Böyük Məzrə kəndində doğulmuşdur. Atası- X14, anası- X26 qizi olmuşdur. Atası- X14 Ermənistan Respublikasını Basarkeçər (Vardenis) rayonu Böyük Məzrə kəndində ölmüşdür; anası X18 11 fevral 2025-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Onların ailəsində ondan başqa böyük qardaşı Şahid1 xx xxxx 1962-ci ildə, kiçik qardaşı X7 1968-ci ildə və bacısı X8 27 iyun 1970-ci ildə Ermənistan Respublikasını Basarkeçər (Vardenis) rayonunun Böyük Məzrə kəndində doğulmuşlar. Lakin anasının, qardaşının və bacısının da sənədləri və eləcə də digər sənədləri Ermənistan Respublikasından qaçqın düşən zaman itmişdir. Bundan başqa, o, 23 noyabr 1983-cü il tarixdə Kəlbəcər rayonu Qamışlı kənd sakini 1961-ci ildə doğulmuş X4 ilə ailə qurmuş və 23 noyabr 1983-cü il tarixdə Kəlbəcər Rayon X2 Qeydiyyat Şöbəsində 03 nömrəli qeydlə nikahlarını qeyd etdirmişlər. Birgə nikahlarından 08 dekabr 1984-cü ildə X5, 08 iyul 1989-cu ildə X10, 24 iyul 1991-ci il tarixdə X9 və 25 mart 1993-cü ildə X15 doğulmuşlar. Ermənistanın hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində əri 1961-ci ildə doğulmuş X4 31 avqust 1992-ci il tarixdə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində, o, azyaşlı uşaqları ilə birlikdə Kəlbəcər rayonunun Qamışlı kəndindən məcburi köçkün düşmüşdür. Onlar məcburi köçkün düşən vaxt onun doğum haqqında şəhadətnaməsi və digər sənədləri Kəlbəcər rayonun Qamışlı kəndində yaşadıqları evdə qalmışdır. Doğum haqqında şəhadətnaməsinin verilməsi barədə, o, Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 13 avqust 2025-ci il tarixli 224 nömrəli məktubu ona ünvanlanmış və həmin məktubda Kəlbəcər Rayon Qeydiyat Şöbəsi tərəfindən onun, yəni xx xxx 1966-cı ildə doğulmuş Xəlilzadə (Əfəndiyeva) Səadət Ellər qızının doğum haqqında akt qeydinin bərpası baradə ərizəsinə baxıldığı və akt qeydinin Maraqlı şəxsndə və X2 qeydiyyat informasiya sistemində aşkar edilmədiyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəlara uyğun olaraq X2 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edildiyi, itmiş qeydlərin bərpası qeydiyyat orqanında tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edildiyi qeyd edilmiş, ona görədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bundan başqa o, xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonu Böyük Məzrə kəndində doğulmağı faktını hal şahidlər: qardaşı-xx xxxx 1962-ci ildə doğulmuş Şahid1 və gəlinlərixx xxxx 1956-cı ildə doğulmuş Şahid2 qizı təsdiq edə bilərlər. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 25 sentyabr 2025-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 22 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs- Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 (ərizəçinin qardaşı) ifadəsində bildirmişdir ki, ərizəçi xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində doğulmuş, ataları- X14, anaları- X11r; ataları Göyçədə olarkən, anaları bu il vəfat edib. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 (ərizəçinin qardaşı Ələddinin arvadı) ifadəsində bildirmişdir ki, 1984-cü ilin noyabr ayında ərizəçinin ailəsinə gəlin gəlmişdir- ərizəçinin qardaşı Ələddinlə ailə qurmuşdur. Ona məlumdur ki, ərizəçi xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində doğulub, atasının adı- X14, anası- X11r. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının “AA 2891776” seriyalı, xxxxxxx fərdi identifikasiyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1966-cı ildə doğulmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli 224 saylı məktubdan görünür ki, xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuş Xəlilzadə (Əfəndiyeva) Səadət Ellər qızının doğum haqqında akt qeydi Maraqlı şəxsndə və X2 qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 12 avqust 2025-ci il tarixli 3-16-5/8-15-2467 nömrəli məktubdan görünür ki, Ərizəçi Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmasını təsdiq edəcək sənədləri qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də ona xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilir. İş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 2(125)- 3159/2025 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi X3 “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsi, X3 atası X14, anası X18 olmaqla 06 avqust 1968-ci ildə Ermənistan Respublikası Vardenis (Basarkeçər) rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi fahtının müəyyən edilməsi, ərizənin verilməsi üçün ödənilməli olan 100 (yüz) manat pulun X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon X2 Dövlət Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2001-ci il tarixli İİ-AZ № 005363 saylı “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, 1961-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş X4 ilə 11 may 1699-cı ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində doğulmuş X12 arasında nikah 23 noyabr 1984-cü il tarixdə 03 nömrə ilə qeydə alınmışdır; nikah bağlanıldıqdan sonra ərə- “Xəlilov”, arvada- “Xəlilzadə” soyadları verilmişdir. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli AZ-İİ № 418568 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 11 fevral 2025-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 fevral 2025-ci il tarixdə 207 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ağciyər ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formalarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır; -166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də Ərizəçi atasının- X14 və anasının- X18 olmaqla, xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunun Böyük Məzrə kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi atasının- X14 və anasının- X18 olmaqla, xx xxx 1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunun Böyük Məzrə kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar