Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1361/2024 09.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı – İddiaçı, Cavabdeh – Kəlbəcər rayon 46 nömrəli ümumi orta məktəbin direktoruna qarşı “işə bərpa edilmə” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdeh Kəlbəcər rayon 46 nömrəli ümumi orta məktəbin direktoruna qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon 46 nömrəli ümumi orta məktəbin direktoru X1 16 sentyabr 2024-cü il tarixli 381 nömrəli əmrinin etibarsız hesab edilməklə, 2020-ci ildə onlara məlum olmayan əmrin də etibarsız hesab edilərək müəllim kimi işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə cavabdeh düzgün seçilməmişdir. İddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur regional təhsil idarəsini göstərməli olduğu halda, Kəlbəcər rayon 46 nömrəli ümumi orta məktəbi cavabdeh qismində qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, 2(040)-1361/2024 saylı mülki iş üzrə cavabdeh və ərazi aidiyyəti düzgün seçilmədiyinə görə, iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Kəlbəcər rayon 46 nömrəli ümumi orta məktəbin direktoruna qarşı “işə bərpa edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılsın. Bu qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1361/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1361/2024
09.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver