Məhkəmə qərarları › İş №2(040)-1395/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1395/2025

08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1395/2025 08.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi- Şahid1 nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirakı ilə, Ərizəçi Şahid1 “özünün doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Şahid1 xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun xx xxxx 1966-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1966-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulmuşdur. X4 ilə 1986-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, aralarında olan narazılığa görə nikahları pozulmuşdur. Onların birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Ona Azərbaycan Respublikasının “AA*******” seriyalı şəxsiyyət vəsiqəsi verilmişdir. Onun doğum haqqında şəhadətnaməsi bəzi sənədləşmə işləri aparmaq üçün lazım olmuş, sənədi tapa bilmədikdə doğum akt qeydləri kitabından doğum haqqında şəhadətnaməni yenidən əldə etmək üçün yaşadığı ərazi olaraq Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciat etmiş, lakin ona bildirmişlər ki, onun X2 Qeydiyyatİ informasiya sistemində doğum akt qeydi aşkar edilməmiş, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd edir ki, Ağdərə rayonunun arxivi Dağlıq Qarabağ hadisələri ilə əlaqədar Ermənistanla müharibə şəraitində olduqları dövrdə bütün arxiv orada qalmışdır. Odur ki, mecbur olub hazırki ərize ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktı məhkəmə iclasına gətirəcəyi şahidlər də təsdiq ede bilərlər. Ərizəçi Şahid1 nümayəndəsi (yaxın qohumu) Nümayəndə 17 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şahid1 xx xxxx 1966-cı il tarixdə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Şahid1 məhkəmə iclasına gəlməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Maraqlı şəxs- Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi Şahid1 nümayəndəsi (yaxın qohumu) Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizədə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, ərizəçi Şahid1 xx xxxx 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulmuş, atası- X12, anası- X6r. Hal-hazırda ərizəçinin şəxsiyyət vəsiqəsi olsa da, doğum aktı qeydi və doğum haqqında şəhadətnaməsi yoxdur. Odur ki, ərizəçinin doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, O, ərizəçi Şahid1 tanıyır. Ona məlumdur ki, ərizəçi Şahid1 18 iyul1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulub, atası- X12, anası- X6r. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 (ərizəçinin bacısı, doğum tarixi: xx.xx.1960) ifadəsində bildirmişdir ki, ərizəçi ilə doğma bacıdırlar; ailədə on üç uşaq olublar. Bacısı- ərizəçi Şahid1 ilə adları, soyadları və ata adları eynidir; ailə daxilində onu “Nina”, bacısı Kifayəti isə “Nəzmiyyə” deyə çağırırlar. Bacısı Kifayət xx xxxx 1966-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulmuş, ataları- X12, anaları- X6r. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid3 (ərizəçinin qohumu) ifadəsində bildirmişdir ki, ərizəçi Şahid1 1966-cı il tarixdə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulub, atası- X12, anası- X6r. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş fotosurətindən görünür ki, ərizəçi Şahid1 xx xxxx 1966-cı ildə doğulmuşdur. İş materiallarında olan: ərizəçi Şahid1 barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş elektron məlumatlardan görünür ki: xx xxxx 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulmuşdur; Ağdərə rayonunun Kərəmli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır; boyu 170 santimetrdir; 29 aprel 2022-ci ildə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilib. İş materiallarında olan: Şahid1 barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş elektron məlumatlardan görünür ki: xx xxxxxx 1960-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuşdur; Kəlbəcər rayonunun Çərəkdar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır; boyu 150 santimetrdir; 23 mart 2023-cü ildə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilib. İş materiallarında olan: Mirbəşir (indiki Tərtər) Rayon X2 Qeydiyyatı Şöbəsi tərəfindən 30 aprel 1958-ci il tarixdə verilmiş İ-ИЕ № 565174 nömrəli “Doğum haqqında şəhadətnamə”nin fotosurətindən görünür ki, X9 (ərizəçinin bacısı) 05 mart 1956-cı ildə Azərbaycan Respublikasının Mirbəşir (indiki Tərtər) rayonunda doğulmuş, atası- X12, anası- X6r. İş materiallarında olan: Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 dekabr 2012-ci il tarixdə verilmiş AZ-İ №145750 nömrəli “Nikahın pozulması haqqında şəhadənamə”nin təsdiqlənmiş surətindən görünür ki, X1 X5 ilə olan nikahı ləğv edilmişdir; bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 dekabr 1999-cu il tarixdə 40 nömrə ilə qeyd edilmişdir; nikah ləğv olunandan sonra kişiyə “Mustafayev”, qadına “Misirova” soyadları verilmişdir. İş materiallarında olan: Mirbəşir (indiki Tərtər) Rayon X2 Qeydiyyatı şöbəsi tərəfindən 28 sentyabr 1988-ci il tarixdə verilmiş Xİİİ-ЖГ № 362198 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, Nümayəndə xx xxxxx 1987-ci ildə Azərbaycan Respublikasının Mirbəşir (indiki Tərtər) rayonunda doğulmuş, atası- X4, anası- X3r. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır; -166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də ərizəçi Şahid1 (FİN: xxxxxxx) xx xxxx 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının- X12 və anasının- X8 olmaları faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi Şahid1 (FİN: xxxxxxx) xx xxxx 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının- X12 və anasının- X8 olmaları faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar