Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-150/2025 08.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi ilə X4 rəsmi nikahından doğulmuş X3 03 noyabr 1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində doğulması faktının müəyyən edilməsinə və doğum haqqında akt qeydinin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 19 sentyabr 1955-ci il təvəllüdlü X7 ilə ailə qurmuş, nikahları 06 dekabr 1980-ci ildə Mardakert rayonunun Çərəktar xalq sovetində 3 nömrə ilə qeyd edilmişdir.Onların birgə nikahından 3 uşaqları doğulmuşdur: 03 noyabr 1982-ci il təvəllüdlü X5, xx xxxxxx 1983-cü il təvəllüdlü Şahid3 və 19 fevral 1986-cı il təvəllüdlü X8. X2 08 fevral 2017-ci ildə kəskin qaraciyər çatışmazlığı, xroniki hepatit xəstəliyi nəticəsində ölmüşdür. Onun doğum haqqında şəhadətnaməsi ona bəzi sənədləşmə işləri aparmaq üçün lazım olmuş, sənədi tapa bilmədikdə doğum akt qeydləri kitabından oğlunun doğumu haqqında sənədin ona verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirmişlər ki, X3 Maraqlı şəxsndə və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində doğum akt qeydi aşkar edilməmiş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Çərəktar kəndinin arxivi Dağlıq Qarabağ hadisələri ilə əlaqədar Ermənistanla müharibə şəraitində olan dövrdə bütün arxiv orada qalmışdır. Doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, o, 06 dekabr 1980ci ildə X7 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 03 noyabr 1982-ci ildə X5, xx xxxxxx 1983-cü ildə Şahid3 və 19 fevral 1986-cı ildə X8 adlı üç uşaqları doğulmuşdur. X2 08 fevral 2017-ci ildə kəskin qaraciyər çatışmazlığı, xroniki hepatit xəstəliyi nəticəsində ölmüşdür. Onun doğum haqqında şəhadətnaməsi ona bəzi sənədləşmə işləri aparmaq üçün lazım olmuş, sənədi tapa bilmədikdə doğum akt qeydləri kitabından oğlunun doğumu haqqında sənədin ona verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirmişlər ki, X3 Maraqlı şəxsndə və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində doğum akt qeydi aşkar edilməmiş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X1 doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, ərizəsinin təmin olunması, Maraqlı şəxs tərəfindən 25 fevral 2017-ci il tarixdə verilmiş AZ-İ № 861879 nömrəli ölüm haqqında şəhadətnamədə 25 fevral 2017-ci il tarixdə öldüyü göstərilmiş X3 03 noyabr 1982-ci il tarixdə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulması, anasının-xx xxxxx 1961-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş Ərizəçi, atasının- Maraqlı şəxs tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə adı göstərilmiş X6 olması faktlarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən- Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi böyük oğlu Mənsuru tanıyırdı. Mənsur 03 noyabr 1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş, 08 fevral 2017-ci ildə Gəncə şəhərində vəfat etmişdir, atası- X6 (vəfat edib), anası- Ərizəçi olmuşdur. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi böyük oğlu Mənsuru tanıyırdı. Mənsur 03 noyabr 1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş, 08 fevral 2017-ci ildə Gəncə şəhərində vəfat etmişdir, atası- X6 (vəfat edib), anası- Ərizəçi olmuşdur. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, Ərizəçi oğludur. Onun qardaşı Mənsur 03 noyabr 1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş, 08 fevral 2017-ci ildə xəstəlikdən Gəncə şəhərində vəfat etmişdir, atası- X6 (vəfat edib), anası- Ərizəçi olmuşdur. İş materiallarında olan: 27 may 2009-cu ildə Göygöl Rayon Polis Şöbəsi tərəfindən verilmiş “AZE seriyalı 06625198” nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 03 noyabr 1982-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş, Kəlbəcər rayonunun Çərəktar kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən 25 fevral 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 861879 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X5 08 fevral 2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 fevral 2017-ci il tarixdə 41 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 311312 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X6 21 noyabr 2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 fevral 2009-cu il tarixdə qeyd edilmişdir. İş materiallarında olan: 22 iyun 2012-ci ildə Göygöl Rayon Polis Şöbəsi tərəfindən verilmiş “AZE seriyalı 0*******” nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, Ərizəçi xx xxxxx 1961-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş, Kəlbəcər rayonunun Çərəktar kəndində qeydiyyatdadır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 27 noyabr 2024-cü il tarixli 536 nömrəli məktubdan görünür ki, 03 noyabr 1982-ci ildə doğulmuş, 08 fevral 2017-ci ildə Gəncə şəhərində vəfat etmiş X3 doğum haqqında akt qeydi Maraqlı şəxsndə və “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat informasiya sistemi”ndə aşkar edilmədiyindən, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən 25 fevral 2017-ci il tarixdə verilmiş AZ-İ № 861879 nömrəli ölüm haqqında şəhadətnamədə 25 fevral 2017-ci il tarixdə öldüyü göstərilmiş X3 03 noyabr 1982-ci il tarixdə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulması, anasının-xx xxxxx 1961-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş Ərizəçi, atasının- Maraqlı şəxs tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə adı göstərilmiş X6 olması faktları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən 25 fevral 2017ci il tarixdə verilmiş AZ-İ № 861879 nömrəli ölüm haqqında şəhadətnamədə 25 fevral 2017-ci il tarixdə öldüyü göstərilmiş X3 03 noyabr 1982-ci il tarixdə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulması, anasının-xx xxxxx 1961-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş Ərizəçi, atasının- Maraqlı şəxs tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə adı göstərilmiş X6 olması faktları müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-150/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-150/2025
08.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver