Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-248/2025 13.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi (vəkil) Vəkil, Maraqlı şəxs- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri üzrə iş üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Ərizəçi “əmək stajı faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun 01 avqust 1967-ci ildən 15 sentyabr 1978-ci ilə qədər Kəlbəcər rayon Başlıbel kənd mədəniyyət evində klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilə qədər Başlıbel kənd mədəniyyət evində xadimə işləməsinə dair faktların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonundan məcburi köçkün düşməklə Bakı şəhərində yataqxanada məskunlaşmışdır. Əmək fəaliyyətinə 16 yaşından başlamışdır. Belə ki, 01 avqust 1967-ci ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər rayonu Başlıbel kənd mədəniyyət evində klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Başlıbel kənd mədəniyyət evində xadimə işləmişdir. Kəlbəcər rayonunda işlədiyi illər əmək stajına daxil edilməmiş, bunun üçün Kəlbəcər rayonunda işləməsini təsdiq edən sənədlər tələb olunmuş, o isə həmin sənədləri təqdim edə bilməmişdir, belə ki, onun Kəlbəcər rayonunda işləməsinə dair müvafiq sənədləri Kəlbəcər rayonunda qalmışdır. Bununla bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kəlbəcər rayon dövlət arxivinə müraciət etmiş, orada da 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayonunun idarə, müəssisə, təşkilatlarında, eləcə də kolxoz və sovxozlarında işləməklə bağlı heç bir sənədin olmaması səbəbindən ona işləməsini təsdiq edən hüquqi sənədin verilməsi mümkün olmamışdır. Belə olan halda, o, Kəlbəcər rayonunda işləməsinə dair iş stajı faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun Kəlbəcər rayonunda işləməsini təsdiq edən və onunla birlikdə vaxtilə işləmiş şahidləri vardır. Maraqlı şəxs- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının nümayəndələri Arzu Səfərova və Faiqə Məmmədovanın ərizəçinin ərizəsinə etiraz olaraq məhkəməyə birgə qaydada imzaladıqları 13 fevral 2025-ci il tarixli 3-17-1/2-33076/2025 saylı məktubda etiraz göndərmişlər. Həmin etirazda ərizənin təmin edilməsinin mümkünsüzlüyü bildirilir. Etiraz aşağıdakılarla əsaslandırılır: 1) Ərizəçi işləmə faktının təsdiqlənməsi onunla eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. İş materiallarına əlavə edilmiş Şahid3 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 26 iyun 1983-cü il tarixdən 01 noyabr 2016-cı il tarixədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsində işləmişdir; ərizəçinin işlədiyi müəssisə ilə Şahid3 işlədiyi müəssisə fərqli müəssisələrdir. Həmçinin şahidin işlədiyi dövrlər iddia ərizəsində təsdilənməsi tələb olunan dövrlərlə üst-üstə düşmür. 2) iş materiallarına əlavə edilmiş: Şahid4 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 01 avqust 1984cü il tarixdən 27 avqust 2012-ci il tarixədək Kəlbəcər rayon Mədəniyyət Şöbəsində işləmişdir. Bildirilir ki, ərizəçinin işlədiyi müəssisə ilə Şahid4 işlədiyi müəssisə fərqli müəssisələrdir. Həmçinin şahidin işlədiyi dövrlər iddia ərizəsində təsdilənməsi tələb olunan dövrlərlə üst-üstə düşmür. 3) iş materiallarına əlavə edilmiş: Şahid2 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 01 sentyabr 1966-cı il tarixdən Kəlbəcər rayonundakı Xanlar adına kolxozda kolxozçu işləmişdir. Bildirilir ki, ərizəçinin işlədiyi müəssisə ilə Şahid2 işlədiyi müəssisə fərqli müəssisələrdir. Həmçinin şahidin işlədiyi dövrlər iddia ərizəsində təsdilənməsi tələb olunan dövrlərlə üst-üstə düşmür. 4) iş materiallarına əlavə edilmiş Şahid1 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 05 iyul 1988-ci il tarixdən 30 dekabr 2015-ci il tarixədək Kəlbəcər rayon Başlıbel kənd Mədəniyyət Evində direktor işləmişdir. Bildirilir ki, şahidin işlədiyi dövrlər iddia ərizəsində təsdilənməsi tələb olunan dövrlərlə üst-üstə düşmür. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi, Ərizəçi iş stajının hüquqi əhəmiyyətli fakt qismində təsdiq edilməsi üçün eyni müəssisədə birgə işlədiyi və əmək kitabçası olan iki şahid olmalıdır. Lakin ərizəçi tərəfindən iş stajının tam şəkildə üst-üstə düşdüyü iki şahidin əmək kitabçası məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 27 yanvar 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 13 fevral 2025-ci il tarixə təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsində göstərdiklərini dəqiqləşdirərək bildirmişdir ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla halhazırda Bakı şəhərində məskunlaşmışdır. Əmək fəaliyyətinə on altı yaşından, o zaman mərhum anası X1 (1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində erməni silahlıları tərəfindən qətlə yetirilmişdir) müdiri olduğu Başlıbel kənd klubunda başlamış, 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə işləmiş, bundan sonra anası X2 yerli kənd sovetinə sədr seçildikdən sonra anasının yerinə klub müdiri təyin edilmiş, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilə kimi Başlıbel kənd klubunda klub müdiri işləmiş, 15 sentyabr 1978-ci ildə onun müdiri olduğu Başlıbel kənd klubu mədənyyət evinə çevrildiyindən həmin müəssisəyə ali təhsilli mütəxəssis olan Şahid1 müdir təyin olunmuş, o da öz ərizəsi ilə klub müdiri vəzifəsindən azad edilərək həmin müəssisədə xadimə vəzifəsinə keçmiş, 15 sentyabr 1978-ci ildən 2 aprel 1993-cü ilədək Başlıbel kənd mədəniyyət evində xadimə işləmişdir. Kəlbəcər rayonunda əmək fəaliyyətini əks etdirən bütün sənədləri o zaman işğal olunan ərazidə qalmışdır. Bununla bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon Dövlət Arxivinə müraciət etmiş, orada da 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayonunun idarə, müəssisə, təşkilatlarında, eləcə də kolxoz və sovxozlarında işləməklə bağlı heç bir sənədin olmaması səbəbindən ona işləməsini təsdiq edən hüquqi sənədin verilməsi mümkün olmamışdır. Ərizənin təmin edilməsini, onun 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi faktının müəyyən edilməsi xahiş edir. Ərizəçi nümayəndəsi (vəkil) Vəkil məhkəmə baxış iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçinin anası X2 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində erməni silahlıları tərəfindən qətlə yetirilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri üzrə iş üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə3 məhkəmə baxış iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndələri Arzu Səfərova və Faiqə Məmmədovanın ərizəçinin ərizəsinə etiraz olaraq məhkəməyə birgə qaydada imzaladıqları 13 fevral 2025-ci il tarixli 3-17-1/2-33076/2025 saylı etiraza uyğun olaraq bildirmişdir ki, qanunvericilik normalarından da göründüyü kimi, Ərizəçi iş stajının hüquqi əhəmiyyətli fakt qismində təsdiq edilməsi üçün eyni müəssisədə birgə işlədiyi və əmək kitabçası olan ən azı iki şahid olmalıdır. Lakin ərizəçi tərəfindən əmək fəaliyyətlərinin tam şəkildə üst-üstə düşdüyü iki şahidin əmək kitabçası məhkəməyə təqdim edilməmişdir. Ona görə də ərizənin təmin edilməməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 bildirmişdir ki, o özü 1954-cü ildə Kəlbəcər rayonu Xallanlı kəndində doğulmuş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin məzunudur. 1978-ci ildə ailə qurması ilə əlaqədar yaşamaq üçün Kəlbəcər rayonunun Başlıbel kəndinə köçmüş, 25 iyul 1978-ci ildən 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayonu Başlıbel kənd mədəniyyət evində direktor vəzifəsində işləmiş, məcburi köçkün olduqdan sonra direktoru olduğu mədəniyyət evi 05 oktyabr 1993-cü ildən öz fəaliyyətini Bərdə rayonunun Türkmən kəndində davam etdirmiş və o, 30 dekabr 2015ci ilədək- pensiya yaşına çatanadək həmin vəzifədə işləmişdir. Onun doğulduğu Xallanlı kəndi ilə Başlıbel kəndi qonşu kəndlər olaraq o zamanlar da eyni inzibati ərazi dairəsinə (sovetliyə) daxil olduğundan ona yaxşı məlumdur ki, ərizəçi o zaman mərhum anası X1 müdiri olduğu Başlıbel kənd klubunda başlamış, 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə işləmiş, bundan sonra ərizəçinin anası X2 yerli kənd sovetinə sədr seçildikdən sonra Ərizəçi anasının yerinə klub müdiri təyin edilmiş, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilə kimi Başlıbel kənd klubunda klub müdiri işləmiş, 15 sentyabr 1978-ci ildə Başlıbel kənd klubu mədəniyyət evinə çevrildiyindən həmin müəssisəyə o özü (Şahid1) müdir təyin olunmuş, Ərizəçi da öz ərizəsi ilə klub müdiri vəzifəsindən azad edilərək həmin müəssisədə xadimə vəzifəsinə keçmiş, 15 sentyabr 1978-ci ildən 2 aprel 1993-cü ilədək Başlıbel kənd mədəniyyət evində xadimə işləmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 bildirmişdir ki, o özü 1948-ci ildə Kəlbəcər rayonu Başlıbel kəndində doğulmuş və 01 sentyabr 1966-cı ildən 1967-ci ilin avqust ayınadək yerli Xanlar adına kolxozda kolxozçu işləmiş, 1967-ci ilin avqust ayında Azərbaycan Pedaqoji İnstitunun əyani şöbəsinə daxil olmuş və sonradan təhsilini qiyabi şöbədə davam etdirmiş, 01 sentyabr 1969-cu ildən 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayonunun Başlıbel kənd orta məktəbində Coğrafiya müəllimi vəzifəsində işləmişdir. Başlıbel kəndinin sakini olaraq hələ məktəbli olduğu vaxtlardan ona məlumdur ki, Ərizəçi mərhum anası X2 əvvəllər Başlıbel kəndində klub müdiri olmuş, kəndin kitabxanası ilə klubu eyni binada yerləşdiyindən ona məlumdur ki, Şökət 1967-ci ildən öz anasının müdir olduğu klubda xadimə kimi çalışmış, 1969-cu ildə Şökətin anası Çiçək xanım yerli sovetə sədr təyin olundu, Ərizəçi da elə həmin ildən- 1969-cu ildən 1978-ci ilədək Başlıbel kəndində klub müdiri işləmiş, 1978-ci ildə kənddə mədəniyyət evi yarandı və Ərizəçi 1978ci ildən 1993-cü ilin aprel ayınadək kənd mədəniyyət evində xadimə işlədi. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid3 bildirmişdir ki, o, 1962-ci ildə Kəlbəcər rayonunda doğulmuş, 26 iyun 1983-cü ildən indiyədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsində işləyir: 26 iyun 1983-cü ildən başlayaraq əvvəlcə mədəni çadır müdiri, ardınca avtoklub müdir, daha sonra isə anbardar işləmişdir. Ərizəçi 1983-cü ildən tanıyır. Ona məlumdur ki, Ərizəçi 1978-ci ildən 1993-cü ilin aprel ayınadək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Bşlıbel kənd mədəniyyət evində xadimə işləmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid4 bildirmişdir ki, o, xx xxxx 1964-cü ildə Kəlbəcər şəhərində doğulmuş, 01 avqust 1984-cü ildən 06 aprel 1987-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Kəlbəcər rayon Mədəniyyət evində avtoklub müdiri vəzifəsində işləmiş, 06 aprel 1987-ci ildən 08 dekabr 1987-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Kəlbəcər rayon Mədəniyyət evində metodist işləmiş, 08 dekabr 1987-ci ildən Kəlbəcər rayon Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə dəyişdirilmiş və 01 sentyabr 1988-ci ilədək bədii rəhbər vəzifəsində işləmişdir. 01 sentyabr 1988-ci ildən 1993-cü ilin aprel ayınadək (Kəlbəcər rayonunun işğalınadək) Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Kəlbəcər rayon İncəsənət məktəbində müəllim işləmişdir. Yuxarıda qeyd olunan illər ərzində işi ilə əlaqədar Kəlbəcər rayonunun bütün kəndlərində, o cümlədən Başlıbel kəndində olmuş, Ərizəçi Kəlbəcər rayon Başlıbel kənd Mədəniyyət evində xadimə işlədiyini görmüşdür. Ərizəçi 1984-cü ildən tanıyır və Ərizəçi 1978-ci ildən 1993-cü ilədək Kəlbəcər rayon Başlıbel kənd Mədəniyyət evində xadimə işlədiyini təsdiq edir. İş materiallarında olan: AZE № 0******* saylı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin təsdiqlənmiş surətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması müəyyən edilmişdir) görünür ki, Ərizəçi xx xxxx 1951-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kəndində doğulmuş, Kəlbəcər rayonunun Başlıbel kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan: Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon Dövlət Arxivinin müdirinin Ərizəçi ünvanlanmış 09 dekabr 2024-cü il tarixli 79 nömrəli məktubundan görünür ki, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 02-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyinə görə, Kəlbəcər rayon idarə, müəssisə, təşkilatlarının, eləcə də kolxoz və sovxozların bütün sənədləri işğal zonasında qalmışdır. Ərizəçinin işləməsi barədə Kəlbəcər Rayon Dövlət Arxivində heç bir sənəd olmadığından bu barədə hər hansı bir hüquqi sənəd verilməsi imkan xaricindədir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən 12 dekabr 2024-cü il tarixdə verilmiş 3-17-7/2-A-51462/2024 nömrəli arayışdan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 220 manat (iki yüz iyirmi) məbləğində sosial müavinət alır. İş materiallarında olan: Şahid3 adına olan ИТ-İ № ******* sayli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, 1983-cü ildə Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlamış, o cümlədən 26 iyun 1983-cü ildə Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəni çadıra müdir təyin edilmiş, 01 sentyabr 1983-cü ildə Kəlbəcər rayonu Mədəniyyət evində avtokluba müdir təyin edilmiş, 01 mart 1984-cü ildə Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Mərkəzləşdirilmiş kitabxana sisteminə anbardar vəzifəsinə keçmiş, bundan sonra əmək kitabçasında hər hansı qeyd aparılmamış, 04 sentyabr 1993-cü ildə MKS-nin anbardarı vəzifəsinə bərpa edilmişdir. İş materiallarında olan: Şahid4 adına olan ИТ-İ № ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, 01 avqust 1984-cü ildən 06 aprel 1987-ci ilədək Kəlbəcər rayonu Mədəniyyət evinə avtoklubun müdiri vəzifəsində işləmiş, 06 aprel 1987-ci ildə Kəlbəcər Rayon Mədəniyyət evində metodist vəzifəsinə təyin edilmiş və 08 dekabr 1987-ci ilədək həmin vəzifədə işləmiş, 08 dekabr 1987-ci ildə Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Kəlbəcər rayon Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə təyin edilmiş, 01 sentyabr 1988-ci ildə Kəlbəcər rayon İncəsənət məktəbində qarmon müəllimi vəzifəsinə təyin edilmiş və 27 avqust 2012-ci ilədək həmin vəzifədə işləmişdir. İş materiallarında olan: Şahid2 adına olan АЗЕ № ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, 01 noyabr 1966-cı ildən 02 avqust 1967-ci ilə kimi Kəlbəcər rayon Xanlar kolxozunda kolxoz üzvü kimi işləmiş, 01 oktyabr 1969-cu ildən Kəlbəcər rayon Başlıbel kəndində müəllim vəzifəsinə təyin edilmiş və 01 sentyabr 1993-cü ilədək əmək kitabçasında əlavə qeydlər aparılmamışdır. İş materiallarında olan: Şahid1 adına olan № ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, 25 iyul 1978-ci ildən 30 dekabr 2015-ci ilədək Kəlbəcər rayonu Başlıbel kənd Mədəniyyət evinə direktor vəzifəsində işləmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin verdiyi 03 fevral 2025-ci il tarixli 5-55/3- 3-204/2025 saylı arayəşdan görünür ki, Kəlbəcər rayonunun Başlıbel kənd sakini Ərizəçi anası X2 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində Erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilmişdir; X1 adı Kəlbəcər Rayon İcra Hakimiyyətində “Mülki şəhidlər” siyahısında qeydiyyatdadır. Tətbiq edilməli hüquq normaları: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 və 4.1.1ci bəndlərindən görünür ki, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı o cümlədən aşağıdakılara əsasən müəyyən edilir: 1) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2) seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 17-ci bəndindən görünür ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən (iş stajı barədə sənədləri hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda) səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Mülki işin hallarından və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının məhkəməyə göndərdiyi yazılı etirazlardan da görünür ki, Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi ilə bağlı əmək stajının məhkəmədənkənar həll edilməsi yolu hazırki halda mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının: -1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə görə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. -13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bundan başqa, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun məhkəməyə göndərdiyi yazılı etirazlardan o da görünür ki, həmin etirazlarda hazırki ərizənin Mülki Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələrində nəzərdə tutulmuş qaydada baxılmamış saxlanılması üçün əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən-Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi faktlarının müəyyən edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi ilə bağlı hüquqi faktlar məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizə qalan hissədə- Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə işlədiyi halda ərizədə həmin müddətdə klub müdiri işləməsi faktının müəyyən edilməsi hissəsində əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki mülki iş üzrə maraqlı şəxs- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri üzrə iş üzrə mərkəzi filialının ərizəyə qarşı verdiyi etirazı Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsində nəzərdə tutulmuş hüquq haqqında etirazın olması ilə (xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir-hakimin qeydi) eyniləşdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-248/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-248/2025
13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver