Məhkəmə qərarları › İş №2(040)-407/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-407/2024

16.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-407/2024 16.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “üç övladının ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladları – 15 avqust 1996-cı il təvəllüdlü X19, 19 noyabr 2003-cü il təvəllüdlü X14 və 19 noyabr 2003-cü il təvəllüdlü X15 Daşkəsən rayonunun Quşçu kəndində vəfat etməsi, ölməsinə dair faktın müəyyən edilməsi və bu barədə ölüm qeydinin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X13 ilə birgə nikahından 6 övladı olmuş, həmin övladlarından üçü vəfat etmişdir. Vəfat edən övladları aşağıdakılardır: 1. 15 avqust 1996-cı il təvəllüdlü X19 13 sentyabr 1996-cı ildə vəfat etmişdir, 19 noyabr 2003-cü il təvəllüdlü X14 28 dekabr 2003-cü ildə vəfat etmişdir, 19 mart 2005-ci il təvəllüdlü X22 02 may 2005ci ildə vəfat etmişdir. Övladları 1 aylıq, 2 aylıq, 3 aylıq vəfat etdiyinə görə kənddə dəfn etmişlər və uşaqlara baş daşı qoyulmadığına görə, həm də gələcəkdə bu barədə hər hansı problem olmayacağına görə uşaqlarına ölüm haqqında şəhadətnamə almamış və onların ölüm aktı qeydiyyata alınmamışdır. O, uşaqların doğum haqqında şəhadətnaməsinin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, oradan bildirmişlər ki, uşaqların doğum qeydində olan tarixlərə görə uşaqlar yetkinlik yaşına çatmış hesab olunurlar və ölüm qeydləri də olmadığına görə uşaqların doğum sənədlərinin surətlərinin verilməsi mümkün deyildir. Qeydiyyat şöbəsindən sənəd ala bilmədiyinə görə hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi, övladları –X19, X14 və X15 ölüm faktının müəyyən olunması və bu barədə qeydin aparılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, digər maraqlı şəxs X13 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi 13 may 2024-cü il tarixdə ərizəsinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, övladları – 15 avqust 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində doğulmuş X11 13 sentyabr 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində ölməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsi, 19 noyabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X6 28 dekabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində ölməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsi və 19 mart 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X15 02 may 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində vəfat etməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsinə dair faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, X13 ilə birgə nikahından 6 övladı olmuş, həmin övladlarından üçü vəfat etmişdir. Vəfat edən övladları aşağıdakılardır: 1. 15 avqust 1996-cı il təvəllüdlü X19 13 sentyabr 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində vəfat etmiş və və Daşkəsən rayonunun Quytul kənd qəbirstanlığında dəfn edilmişdir, 19 noyabr 2003-cü il təvəllüdlü X14 28 dekabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində vəfat etmişdir, 19 mart 2005-ci il təvəllüdlü X22 02 may 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində vəfat etmişdir. Övladları 1 aylıq, 2 aylıq, 3 aylıq vəfat etdiyinə görə kənddə dəfn etmişlər və uşaqlara baş daşı qoyulmadığına görə, həm də gələcəkdə bu barədə hər hansı problem olmayacağına görə uşaqlarına ölüm haqqında şəhadətnamə almamış və onların ölüm aktı qeydiyyata alınmamışdır. O, uşaqların doğum haqqında şəhadətnaməsinin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, oradan bildirmişlər ki, uşaqların doğum qeydində olan tarixlərə görə uşaqlar yetkinlik yaşına çatmış hesab olunurlar və ölüm qeydləri də olmadığına görə uşaqların doğum sənədlərinin surətlərinin verilməsi mümkün deyildir. Maraqlı şəxs1 ölümün qeydə alınmasından imtina etmişdir. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladlarının ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs2 iştirak etdiyi 02 may 2024-cü il tarixli məhkəmə baxış iclasında izahatında bildirmişdir ki, onun Ərizəçi ilə birgə nikahından 6 övladı olmuş, həmin övladlarından üçü vəfat etmişdir. Vəfat edən övladları aşağıdakılardır: 1. 15 avqust 1996-cı il təvəllüdlü X2 rayonunun Quytul kəndində doğulmuş və 13 sentyabr 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində vəfat etmiş və Daşkəsən rayonunun Quytul kənd qəbirstanlığında dəfn edilmişdir, 19 noyabr 2003-cü il təvəllüdlü X1 rayonunun Quşçu kəndində doğulmuş və 28 dekabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində vəfat etmişdir, 19 mart 2005-ci il təvəllüdlü X3 rayonunun Quşçu kəndində doğulmuş və 02 may 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində vəfat etmişdir. Vəfat edən övladlarına ölüm haqqında şəhadətnamə almamışlar. Şahid qismində məhkəmə iclasında ifadə verən X16 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. Ərizəçinin X13 ilə birgə nikahından 6 övladı olmuş, həmin övladlarından üçü vəfat etmişdir. Belə ki, ərizəçi əvvəlcə Daşkəsən rayonunun Quytul kəndində yaşamışdır. Orada onun 1996-cı ildə bir övladı olmuş və vəfat etmişdir. Sonra Daşkəsən rayonunun Quşçu kəndinə köçmüşlər. Quşçu kəndində isə 2003-cü və 2005-ci ildə övladı olmuş, lakin çox yaşamadan vəfat etmişlər. Şahid olaraq, ərizəçinin övladları – 15 avqust 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində doğulmuş X11 13 sentyabr 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində ölməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsi, 19 noyabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X6 28 dekabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində ölməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsi və 19 mart 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X15 02 may 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində vəfat etməsini və həmin kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X7 digər şahid X8 ifadəsinə uyğun ifadə verərək, ərizəçinin övladları – 15 avqust 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində doğulmuş X11 13 sentyabr 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində ölməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsi, 19 noyabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X6 28 dekabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində ölməsi və həmin kənd qəbirstanlığında dəfn edilməsi və 19 mart 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X15 02 may 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində vəfat etməsini və həmin kənd qəbirstanlığında dəfn olunmasını təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 15 dekabr 2023-cü il tarixli 407 nömrəli məktubdan görünür ki, övladları X11, X6 və X15 ölüm haqqında akt qeydi Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Övladlarının ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Maraqlı şəxs1 tərəfindən 02 may 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X19 15 avqust 1996-cı ildə Gəncə şəhəri Nizami rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxs2 qeyd edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, X14 19 noyabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxs2 qeyd edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, X22 19 mart 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxs2 qeyd edilmişdir. İş materiallarında olan: Maraqlı şəxs1 tərəfindən 15 dekabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasında nikahın pozulması haqqında 13 noyabr 2021-ci il tarixdə 68 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Yellicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 may 2024-cü il tarixdə verilmiş 106 nömrəli arayışdan görünür ki, Ağayev X10 Rayon İcra Hakimiyyəti başçısının Yellicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Həsənlər kəndində daimi qeydiyyatdadır, məcburi köçkündür. Vətəndaş Maraqlı şəxs2 ilə birgə nikahdan 3 övladları vardır və yaşayırlar, adları aşağıdakı kimidir: 1. X5-(xx.xx.1997), oğlu X17 (xx.xx.2001). və oğlu X27 (xx.xx.2004). Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, Ərizəçi ilə X4 birgə nikahından 6 övladı olmuş, həmin övladlarından üçü vəfat etmişdir. Vəfat edən övladları - 15 avqust 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində doğulmuş X19 13 sentyabr 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində ölmüş və həmin kənd qəbirstanlığında dəfn edilmiş, 19 noyabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X14 28 dekabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində ölmüş və həmin kənd qəbirstanlığında dəfn edilmiş və 19 mart 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X22 02 may 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində ölmüş və Daşkəsən rayonunun Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə X4 birgə nikahından 15 avqust 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində doğulmuş X11 13 sentyabr 1996-cı ildə Daşkəsən rayonunun Quytul kəndində, 19 noyabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X6 28 dekabr 2003-cü ildə Daşkəsən rayonunun Quşçu kəndində və 19 mart 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində doğulmuş X15 02 may 2005-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi X13 ilə rəsmi nikahından 15 avqust 1996-cı ildə doğulmuş X11 13 sentyabr 1996-cı ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Quytul kəndində ölməsi faktı müəyyən edilsin. Ərizəçi X13 ilə rəsmi nikahından 19 noyabr 2003-cü ildə doğulmuş X6 28 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Ərizəçi X13 ilə rəsmi nikahından 19 mart 2005-ci ildə doğulmuş X15 02 may 2005-ci ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X11, X6 və X15 ölümlərinin aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar