Məhkəmə qərarları › İş №2(040)-524/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-524/2024

21.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-524/2024 21.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “atası X6 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, atası X6 10 sentyabr 1993-cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X10 anası X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Atası 10 sentyabr 1993-cü ildə Daşkəsən rayonunun Quytul kəndində vəfat etmişdir, onu Daşkəsən rayonunun Quşçu kəndində dəfn etmişlər. Hazırda atasının adına ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ölüm haqqında şəhadətnamə olmadığından atasının mülkiyyətində olan evin və digər sənədləşmə işlərinin uşaqları olaraq öz adlarına qeydə alınmasında çətinlik çəkirlər. Ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi müəyyən sənədlərin rəsmiləşdirilməsi və mərhum atası X6 ölüm sənədini əldə etmək üçün vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, atası X10 1926-cı ildə Kəlbəcər rayonunun Keşdək kəndində doğulmuş, 10 sentyabr 1993-cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində vəfat etmişdir. X7 Daşkəsən rayonunun Quşçu kənd qəbirstanlığında dəfn etmişlər. Hazırda atası Vəli Vəliyevə ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsinin 21 fevral 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum atası X6 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin atası X10 10 sentyabr 1993-cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində vəfat etmiş, Daşkəsən rayonunun Quşçu kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X6 10 sentyabr 1993-cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində vəfat etməsini və Daşkəsən rayonunun Quşçu kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X10 10 sentyabr 1993-cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində yaşadığı evdə vəfat etmişdir. O, qonşu olaraq mərhumun dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X6 10 sentyabr 1993-cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində vəfat etməsini və Daşkəəsn rayonunun Quşçu kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21 fevral 2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, X6 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Keşdək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 may 2024-cü il tarixdə verilmiş 21 nömrəli arayışdan görünür ki, 1926-cı ildə Kəlbəcər rayonunun Keşdək kəndində doğulmuş mərhum X2 rayonu 1993-cü ilin aprel ayında erməni silahlı birləşmələri tərəfindən işğal olunan zaman Keştək kəndindən məcburi köçkün düşdükdən sonra Daşkəsən rayonunun Quşçu kəndində vəfat etmişdir. İş materiallarında olan: X6 adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X6 1926-cı ildə doğulduğu və 1993-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 1926-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keştək kəndində doğulmuş X10 10 sentyabr 1993cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində vəfat etmiş, Daşkəsən rayonunun Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 1926-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keştək kəndində doğulmuş X6 10 sentyabr 1993-cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1926-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keştək kəndində doğulmuş X6 10 sentyabr 1993-cü il tarixdə Daşkəsən rayonunun Quytul kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X6 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar