Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-608/2024 25.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, Ərizəçi “övladı X2 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladı 19 iyun 1991-ci ildə doğulmuş X2 10 iyun 2008-ci ildə yaşadıqları Goranboy rayonunun Börü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 ilə 1979-cu ildə ailə qurmuş və bu nikahdan onların yeddi uşağı doğulmuşdur. 10 iyun 2008-ci ildə yaşadıqları Goranboy rayonunun Börü kəndində onlarla birlikdə yaşayan oğlu – 19 iyun 1991-ci il təvəllüdlü X6 evdə elektriklə işləyən zaman ehtiyatsızlıqdan onu cərəyan vurmuşdur.Həmin vaxt onu xəstəxanaya aparsalar da xəstəxanada oğlunun artıq öldüyünü bildirmişlər və bununla bağlı onlara heç bir sənəd təqdim etməmişlər. Sonra onlar ailəlikcə hadisədən çox təsirləndiklərindən və başları yas mərasiminə qarışdığından həmin vaxt ölüm haqqında sənədi almaq üçün hara müraciət etməli olduğunu bilməmişlər. Ölüm haqqında həkim arayışı olmadığından ölüm haqqında sənədi ala bilməmişlər. Ölüm haqqında tibbi arayış olmadığından və müddət keçdiyindən Maraqlı şəxs1 ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum oğlu X2 ölüm sənədini əldə etmək üçün vacibdir. Məhkəmə iclasına gətirəcəyi şahidlər də oğlu Qoşqarın 10 iyun 2008-ci ildə yaşadığı Goranboy rayonunun Börü kəndində evdə ölməsini təsdiq edə bilərlər. Oğlunun qəbir daşında adı texniki səhv olaraq “X4” yazılmışdır. Belə ki, uşaqlıqdan oğlunu “Gəncəli” adı ilə çağırmışlar, qəbir daşı sifariş verərkən də adını səhv olaraq “Gəncəli” kimi qeyd etdirmişlər, onların da başı qarışıq olduğundan həmin vaxt fikir verməmişlər. Qeyd etdikləri Kəlbəcər RİHB-nin Zəylik kənd İƏDÜN-nin arayışında da təsdiq edilmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs1 isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxslərin və ya onların nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə məhkəmə iclasında verdiyi izahatında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, onun qardaşı X6 10 iyun 2008-ci ildə Goranboy rayonunun Börü kəndində yaşadıqları evdə elektrik vurması nəticəsində vəfat etmişdir. X3 Goranboy rayonunun Börü kənd qəbirstanlığında dəfn etmişlər. Qardaşının adı Qoşqar olsa da uşaqlıqdan onu Gəncəli adı ilə çağırmışlar. X8 ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsələr də, qeydiyyat şöbəsinin 26 yanvar 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından və müddəti ötürdüklərindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X2 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X9 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. Ərizəçinin oğlu X6 10 iyun 2008-ci il tarixdə Goranboy rayonunun Börü kəndində yaşadığı evdə elektrik vurması nəticəsində vəfat etmiş, Goranboy rayonunun Börü kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X2 10 iyun 2008-ci il tarixdə Goranboy rayonunun Börü kəndində vəfat etməsini təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X7 digər şahid X5 ifadəsinə uyğun ifadə verərək, X2 10 iyun 2008-ci il tarixdə Goranboy rayonunun Börü kəndində vəfat etməsini təsdiq etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 26 yanvar 2024-cü il tarixli 23 nömrəli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi Maraqlı şəxs1ndə və vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ölümün qeydiyyatı ölüm haqqında tibbi şəhadətnamə və məhkəmə qərarı əsasında aparıldığından ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən 02 mart 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X6 19 iyun 1991-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur. Bu barədə 24 iyun 1991-ci ildə Maraqlı şəxs1ndə 183 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Zəylik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 aprel 2024-cü il tarixdə verilmiş 73 nömrəli arayışdan görünür ki, Ərizəçi oğlu mərhum X6 10 iyun 2008-ci il tarixdə Goranboy rayonunun Börü kəndində vəfat etmiş və onun qəbir daşında adı texniki səhv olaraq X4 yazılmışdır. İş materiallarında olan: Goranboy Rayon Prokurorluğu tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 12 iyul 2024-cü il tarixli 384xid/285Ş-24 nömrəli məktubdan görünür ki, Kəlbəcər rayonunun Zəylik kəndində daimi qeydiyyatda olmaqla Goranboy rayonunun Börü kəndində məcburi köçkün qismində məskunlaşmış X2 elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı 10 iyun 2008-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılmış və qeyd olunan material üzrə cinayət işinin başlanması 27 iyun 2008-ci il tarixli qərarla rədd edilmişdir. Bundan başqa, X2 elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğunda toplanmış 29C-2008 nömrəli material, rayon prokurorluğunda tərtib edilmiş 26 may 2021-ci il tarixli “Saxlanılmalı olmayan sənədlərin və işlərin məhv edilməsi üçün ayrılması barədə Akt”a əsasən məhv edilmişdir. İş materiallarında olan: X1 (əslində isə X2) adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X2 1991-ci ildə doğulduğu və 2008-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 1991-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş X6 10 iyun 2008-ci il tarixdə Goranboy rayonunun Börü kəndində vəfat etmiş, Goranboy rayonunun Börü kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 1991-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş X2 10 iyun 2008-ci il tarixdə Goranboy rayonunun Börü kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 19 iyun 1991-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş X2 10 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Börü kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-608/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-608/2024
25.07.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver