Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-630/2024 10.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “X3nun ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, X3nun 11 mart 2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 10 fevral 1961-ci ildə Kəlbəcər rayonunun Comərd kəndində doğulmuşdur. Onlar 24 yanvar 1989-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 46, ev 10-da məskunlaşmışlar. X3 fəhləliklə məşğul olurdu və 11 mart 2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda fəhlə işlədiyi ərazidə iş zamanı miokard infarktı keçirmiş və ölmüşdür. Bununla bağlı ölüm haqqında tibbi şəhadətnamə verilmiş, lakin savadsızlıqdan və başı dəfn işlərinə qarışdığından müddət ötdüyünə görə qeydiyyat şöbəsinə müraciət etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X3nun ölüm sənədini əldə etmək üçün vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, X3 10 fevral 1961-ci ildə Kəlbəcər rayonunun Comərd kəndində doğulmuş, 11 mart 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. X6 Bakı şəhərində Hövsan qəbirstanlığında dəfn edilmiş, müvafiq yas mərasimləri də keçirilmişdir. Hazırda əri Tofiq İsmayılova ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X3nun ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. Ərizəçinin X3 11 mart 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Hövsan qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X5 11 mart 2004-cü il tarixdə Bakı şəhərində vəfat etməsini və Hövsan qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. X6 11 mart 2004-cü il tarixdə Bakı şəhərində işdə olduğu vaxt vəfat etmişdir. O, qohum olaraq mərhumun dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X5 11 mart 2004-cü il tarixdə Bakı şəhərində vəfat etməsini və Hövsan qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 15 fevral 2024-cü il tarixli 51 nömrəli məktubdan görünür ki, X5 ölümü Maraqlı şəxsndə qeyd edilməmiş, ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında akt qeydi Maraqlı şəxsndə və Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ölümün qeydiyyatı ölüm haqqında tibbi şəhadətnamə və məhkəmə qərarı əsasında aparıldığına görə ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Azərbaycan SSR, Bakı şəhər Kirov rayon VVAQ şöbəsi tərəfindən 24 yanvar 1989-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənməmiş fotosurətindən görünür ki, X6 ilə Ərizəçi arasında nikah 24 yanvar 1989-cu il tarixdə 52 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə - İsmayılov, arvada – Bərxudarova soyadları verilmişdir. İş materiallarında olan: X5 adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X5 10 fevral 1961-ci ildə doğulduğu və xx.xx.2024-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Comərd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 fevral 2024-cü il tarixdə verilmiş 32 nömrəli arayışdan görünür ki, Ərizəçi Kəlbəcər rayon Comərd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Comərd kənd sakinidir. 24 yanvar 1989-cu ildən birgə nikahda olduğu mərhum həyat yoldaşı X2 övladı olması barədə nümayəndəlikdə hər hansı bir məlumat yoxdur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 10 fevral 1961-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kəndində doğulmuş X6 11 mart 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Bakı şəhərində yerləşən Hövsan qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 10 fevral 1961-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kəndində doğulmuş X5 11 mart 2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 10 fevral 1961-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kəndində doğulmuş X5 11 mart 2004-cü il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X5 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-630/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-630/2024
10.07.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver