Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-684/2024 17.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Akif qızının Cavabdeh2 qarşı “Cavabdeh2 ilə iddiaçının mərhum əri X5 arasında Bakı şəhəri Binəqədi Rayon VVAQ Şöbəsində rəsmiləşdirilmiş 10 sentyabr 1983-cü il tarixli 692 nömrəli nikah aktı qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X5 ilə cavabdeh Rüstəmova (Quluyeva) Nailə Əmircan qızı arasında 10 sentyabr 1983-cü il tarixdə Bakı şəhəri Cavabdeh1ndə bağlanmış 692 nömrəli nikah akt qeydinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, mərhum əri X5 ilə 01 oktyabr 1968-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından üç övladları doğulmuşdur. Vilayət Rüstəmov birinci Qarabağ döyüşlərində iştirak etmiş və 27 mart 1993-cü il tarixdə Kəlbəcər rayonunun Çərəktar kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qeyd olunan vaxtdan, o, şəhid ailəsi üçün verilən Prezident təqaüdünü almışdır. 2023-cü ildən ona verilən təqaüd dayandırılmış, səbəb kimi də mərhum ərinin Quluyeva (Rüstəmova) Nailə Əmircan qızı adlı şəxslə 10 sentyabr 1983-cü il tarixdə Bakı şəhəri Cavabdeh1ndə nikaha daxil olduğu və həmin nikahın ləğv olunmadığı göstərilmişdir. Göründüyü kimi, o, mərhum Vilayət Rüstəmovla 01 oktyabr 1968-ci il tarixdə rəsmi nikaha daxil olduğu halda və həmin nikah ləğv olunmadığı halda Nailə Quliyeva 10 sentyabr 1983-cü ildə qanunsuz olaraq Vilayət Rüstəmovla nikaha daxil olmuşdur. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə baxış iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə baxış iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, əslində iddiaçının mərhum ərinin cavabdehlə nikahda olmasından xəbəri olmuş, iddiaçı ilə cavabdeh bir-birini tanımışlar. Həmin dövrün qanunvericiliyinə uyğun olaraq Cavabdeh2 mərhum X5 ilə 10 sentyabr 1983-cü ildə rəsmi nikaha daxil olmuşdur. Belə olan halda həmin nikahın etibarsız sayılması qanunsuzdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Azərbaycan SSR Kəlbəcər rayonunun Lev sovetliyi tərəfindən 01 oktyabr 1968-ci il tarixdə verilmiş “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 ilə X1 arasında nikah 01 oktyabr 1968-ci il tarixdə 10 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra kişiyə- “Rüstəmov”, arvada- “Rüstəmova” soyadları verilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2024-cü il tarixdə verilmiş 16 nömrəli çıxarışdan görünür ki, X5 ilə Qənbərova (Rüstəmova) Mehrəngiz Süleyman qızının nikah haqqında akt qeydi 01 oktyabr 1968-ci il tarixdə nikahları bağlanmış və nikah haqqında akt qeydi 09 fevral 2023-cü ildə 01 nömrə ilə bərpa edilmişdir. Nikahın qeydə alındığı yer: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi. Nikah bağlandıqdan sonra ərə “Rüstəmov”, arvada “Rüstəmova” soyadları verilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 iyun 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid 27 mart 1993-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. “Rüstəmova” soyadını qəbul edərək X5 ilə 09 fevral 2023-cü ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 1 nömrə ilə nikah bağlanmışdır. Vilayət Rüstəmov 27 mart 1993-cü ildə ölümü ilə (29 mart 1993-cü ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 4 nömrə ilə ölümü dövlət qeydiyyatına alınmışdır) nikaha xitam verilmişdir. İş materiallarında olan: Bakı şəhəri Cavabdeh1 tərəfindən 18 aprel 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X5 ilə X3 nikahı haqqında Cavabdeh1ndə 10 sentyabr 1983-cü il tarixdə 692 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə- “Rüstəmov”, arvada- “Rüstəmova” soyadı verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 07 avqust 2024-cü il tarixli 367 nömrəli məktubdan görünür ki, Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 09 fevral 2023-cü ildə 01 saylı aktla X5 ilə Rüstəmova (Qənbərova) Mehrəngiz Süleyman qızının nikahı bərpa edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Cavabdeh1 tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 06 avqust 2024-cü il tarixli 3-16-5xx-xx-1314/2024 nömrəli məktubdan görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair 2(040)-684/2024 saylı 29 iyul 2024-cü il tarixli iş üzrə bildirişə cavab olaraq iddiaçının iddiasına etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. - 8.1-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən 04 iyul 1928-ci il tarixdə təsdiq edilmiş və 01 aprel 1970-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR “Nikah, Ailə və Qəyyumluq və Vətəndaşlıq vəziyyəti aktları haqqında Qanunlar Məcəlləsi”nin 6-cı maddəsində nikah yaşı qadınlar üçün 16 yaşdan, kişilər üçün 18 yaşdan az olmayaraq müəyyən olunmuşdur. Azərbaycan SSR-in 26 dekabr 1969-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 aprel 1970-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsində qeyd edilmişdir ki, ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 48-ci maddəsində qeyd edilmişdir ki, nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X5 İddiaçı ilə nikahda olmasına baxmayaraq, Cavabdeh2 ilə Azərbaycan SSR-in 26 dekabr 1969-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 aprel 1970-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinin tələbinə zidd olaraq 10 sentyabr 1983-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Vətəndaşlıq X2 Şöbəsində yenidən nikaha daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 ilə mərhum X5 arasında Bakı şəhəri Binəqədi Rayon Vətəndaşlıq X2 Şöbəsində rəsmiləşdirilmiş 10 sentyabr 1983-cü il tarixli 692 nömrəli nikah aktı qeydi rəsmiləşdiyi andan etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 ilə X5 arasında Bakı şəhəri Binəqədi Rayon Vətəndaşlıq X2 Şöbəsində rəsmiləşdirilmiş 10 sentyabr 1983-cü il tarixli 692 nömrəli nikah aktı qeydi rəsmiləşdiyi andan etibarsız hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-684/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-684/2024
17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver