Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-689/2023 11.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı – “Azəriqaz” X2 rayon Qaz İstismar İdarəsinin, Cavabdeh – Cavabdeh qarşı “Borc tələbinə" dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d im: İddiaçı “Azəriqaz” X2 rayon Qaz İstismar İdarəsi cavabdeh (abonent kodu: **********03940) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 550,89 manat borcun və 30,40 dövlət rüsumunun tutularaq “Azəriqaz” İstehsalat Birliyi ABB Tərtər filialı, AZ64İBAZ******************** saylı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin Tərtər rayonu üzrə xidmət sahəsində abonent kodu “**********03940” olmaqla 31 mart 2023-cü il tarixli XS-59-00377/22 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. İddiaçı tərəfindən Cavabdehnın mənzilində **********08 nömrəli məişət qaz sayğacı quraşdırılmış və abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə borcu 2021-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbil qaza görə abonentin 550,89 manat borcu yaranmışdır. Dəfələrlə abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsədə, borclu həmin məbləği ödəməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. İş materiallarından görünür ki, “Azəriqaz” X1 X3 İdarəsi Tərtər xidmət sahəsi ilə Cavabdeh arasında 31 mart 2023-cü il tarixdə XS-59-00377/22 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan: 25 aprel 2023-cü il tarixdə iddiaçı tərəfindən tərtib edilmiş “Abonentin saldosu”ndan görünür ki, abonent (№ **********03940) Cavabdeh 2023-cü ilin mart ayının sonuna qazdan istifadəyə görə 550,89 manat (beş yüz əlli manat 89 qəpik) borcu yaranmışdır. İş materiallarında olan:“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cavabdeh göndərilmiş 06 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə olan borcu barədə məlumat verilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinin müddəalarından görünür ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasənbir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətləri etməkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləsinin müddəalarına uyğun olaraq iddiaçı cavabdehə istifadə etdiyi qaza görə hesab təqdim edilmiş buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək borcun ödənilməsini təmin etməmişdir. Ona görə iddiaçı cavabdehdən qazın istifadəsinə görə yaranmış 550,89 manat (beş yüz əlli manat 89 qəpik) borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumununpul əvəzi də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d im: İddia təmin edilsin. 550,89 manat (beş yüz əlli manat 89 qəpik) debitor borc və məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 30,40 manat (otuz manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi Cavabdeh (abonent kodu **********03940) tutulub iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin ABB Tərtər filialı, AZ64İBAZ******************** nömrəli bank hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аymüddətində Kəlbəcər RаyonMəhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınaapellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-689/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-689/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver