Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-742/2024 29.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 1509,87 manat (min beş yüz doqquz manat 87 qəpik) borcunun abonentin **********00030 saylı koduna və 35 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Tərtər X9 İdarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsində abonent kodu “**********00030” olmaqla 16 fevral 2024-cü il tarixli XS-45-00158/24 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir (müqavilənin ərizəyə əlavə edildiyi göstərilir). İddiaçı Tərtər X9 idarəsinin Mingəçevir xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində 10288260 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə hazırki borcu 2022-ci ildən yaranmağa başlamışdır; hazırda istifadə etdiyi təbii qaza görə abonentin 1509,87 manat borcu yaranmışdır (abonent saldosunun əlavə edildiyi göstərilir). Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2(040)-742/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borc tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. İddiaçı nümayəndəsi X6 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qismən - 500 (beş yüz) manat borc hissəsində qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı 1509,87 manat borc tələbinə dair iddiası reallığı əks etdirmədiyindən əsassızdır. Belə ki, cavabdehin yaşadığı ünvana quraşdırılmış əvvəlki sayğac X10 əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən onun və ya digər şəxslərin iştirakı olmadan dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğacın hansı səbəbdən dəyişdirilməsi barədə onlara hər hansı bir məlumat verilməmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra onlara 1509,87 manat borclarının olduğu bildirilmişdir. Halbuki, həmin vaxta qədər onlara borcun olması ilə bağlı hər hansı bildiriş göndərilməmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra birdən-birə bu qədər borcun olması real görünmür. İddiaçı istifadə edilən qaza görə borcun 2022-ci ildən bəri yarandığını qeyd edir, lakin iddiaçı əvvəlki illərin borcunu da onlardan tələb edir. Əslində isə 2021-ci ilin iyun ayınadək iddia müddəti ötürülmüşdür və həmin hissədə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Əslinə qaldıqda isə iddiaçı 2022-ci ildən bəri yaranmış borcla bağlı onlara hər ay bildiriş göndərməli idi ki, onların da məlumatı olsun. Lakin belə bildiriş və ya xəbərdarlıq onların ünvanına göndərilməmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra onların 400 (dörd yüz) manat borcu yaranmışdır, hazırkı vaxta qədər isə borcun məbləği 500 (beş yüz) manata qədər ola bilər. Ona görə də İddiaçınə 500 (beş yüz) manat ödəməyə razıdır. İddianın qismən təmin edilməsini xahiş edir (bu məzmunda yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: müqavilədən görünür ki, İddiaçı Tərtər X9 İdarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsi ilə Cavabdeh arasında 16 fevral 2024-cü il tarixdə XS45-00158/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər. İş materiallarında olan: 03 may 2024-cü il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş “Abonentin saldosu”ndan görünür ki, abonent (№**********00030) X2 2022-ci ilin yanvar ayına 732,80 manat, 2023-cü ilin yanvar ayına 1055,27 manat, 2024-cü ilin yanvar ayına 1370,07 manat, 2024-cü ilin mart ayına 1509,87 manat borcunun yarandığı qeyd edilmişdir. (həmin borcun 732,80 manatı 2021-ci ilin dekabr ayınadək hesablanmış borcdur-hakimin qeydi). İş materiallarında olan: İddiaçı X1 xidmət sahəsi tərəfindən Cavabdeh göndərilmiş 17 aprel 2024-cü il tarixli 11 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanan 16 fevral 2024-cü il tarixli XS45-00158/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus yaşayış sahəsi təbii qazla təchiz olunmuşdur (abonent kodu **********00030). Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən 31 mart 2024-cü il tarixə 1509,83 manat debitor borc yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən-təbii qazdan istifadəyə görə yaranmış 500 (beş yüz) manat borc tələbi və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tələbinə dair hissədə əsaslıdır. Belə ki, İddiaçı cavabdehin (abonentin) borcunun 2022-ci ildən yarandığını bildirsə də, iddiaçının özünün təqdim etdiyi “Abonentin saldosu”nda abonent (№**********00030) X2 2022-ci ilin yanvar ayına olan borcu 732,80 manat qeyd edilmişdir. Əslində isə həmin 732,80 manat debitor borc 2021-ci ilin dekabr ayınadək hesablanmış borcdur. Belə olan halda, 2022-ci ilin yanvar ayından 2024-cü ilin mart ayınadək X2 1509,87 manat debitor borcunun yaranması iddiaçı tərəfindən sübutlarla əsaslandırılmalı olduğu halda, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmiş və iddiasını əsaslandıra bilməmişdir. İddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməsə də, cavabdeh İddiaçınə 500 (beş yüz) manat debitor borcunun olduğunu etiraf etmişdir, belə olan halda, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh **********00030 saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə yaranmış 500 (beş yüz) manat borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin və 40 qəpik bank xərcinin pul əvəzi, cəmi 530,40 AZN (beş yüz otuz manat-40 qəpik) məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulsun.. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-742/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-742/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver