Məhkəmə qərarları › İş №2(040)-753/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-753/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-753/2025 14.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi- Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi “özünün doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun 02 avqust 1950-ci il tarixdə Kəlbəcər rayon Təzəkənd kəndində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 02 avqust 1950-ci il tarixdə Kəlbəcər rayon Təzəkənd kəndində doğulmuşdur. O doğularkən Maraqlı şəxs tərəfindən barəsində doğum haqqında şəhadətnamə tərtib edilərək verilmişdir. O, Kəlbəcər rayon Zivel kəndində daimi qeydiyyatdadır. Kəlbəcər rayonu işğal edilənədək digər ailə üzvləri ilə birlikdə həmin rayonun Zivel kəndində yaşamışdır. Dağlıq Qarabağda baş verən məlum hadisələrlə bağlı 1993-cü ildə Kəlbəcər rayon Zivel kəndindən məcburi köçkün kimi Oğuz rayonu Şirvanlı kəndinə köçmüşdür. Həmin müddətdə yaranmış vəziyyətlə əlaqədar bəzi sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi itmişdir. Sonradan onun doğum haqqında akt qeydini bərpa etdirmək mümkün olmamışdır. 1993-cü ildən keçən müddət ərzində Azərbaycan Respublikası Oğuz rayonu Qumlaq İnzibati Ərazi Dairəsinin Şirvanlı kəndində məskunlaşmışdır. Hazırda da Oğuz rayonu Şirvanlı kəndində yaşayır. O, 06 noyabr 1984cü il tarixdə Rusiya Federasiyasının Novosibirsk vilayəti Zaelpovsk rayon XDS-nin X3 Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə 1962-ci il təvəllüdlü X4 ilə evlənmişdir. X1 1910-cu ildə Kəlbəcər rayon Zivel kəndində doğulmuşdur, milliyyətcə azərbaycanlıdır. Anası Vəliyeva (Rzayeva) Moruq Əliş qızı 1917-ci ildə Kəlbəcər rayon Zivel kəndində doğulmuşdur, milliyyətcə azərbaycanlıdır. O, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək ona doğum haqqında şəhadətnamə tərtib edilməsini xahiş etmişdir. Maraqlı şəxsndən verilən 23 aprel 2025-ci il tarixli 156 saylı cavab məktubu ilə onun 02 avqust 1950-ci il tarixdə Kəlbəcər rayon Təzəkənd kəndində doğulmağı barədə Maraqlı şəxsndə və Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində informasiya aşkar edilmədiyi bildirilmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi nümayəndəsi (vəkil) Vəkil 04 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında onun adından məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizəçinin 02 avqust 1950-ci il tarixdə Kəlbəcər rayonunun Təzəkənd kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Maraqlı şəxs- Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizədə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Ərizəçi 02 avqust 1950-ci il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təzəkənd kəndində doğulmuş, atası- X7, anası- X5r. Hal-hazırda ərizəçinin şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnaməsi yoxdur. Odur ki, doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən X8 ifadəsində bildirmişdir ki, o, Ərizəçi tanıyır; ərizəçi ilə Kəlbəcər rayonunda həmkəndlidirlər; eyni məktəbdə ərizəçi ondan iki sinif yuxarı oxuyub. Ona məlumdur ki, ərizəçi 02 avqust 1950-ci ildə Kəlbəcər rayonunun Təzəkənd kəndində doğulub, atası- X7, anası- X5r. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, O, Ərizəçi bacısıdır. Ona məlumdur ki, onun qardaşı olan Ərizəçi 02 avqust 1950-ci il tarixdə Kəlbəcər rayonunun Təzəkənd kəndində doğulub doğulub; Qəmbər ondan yaşca on yaş böyükdür-məktəbi bitirəndə, o, məktəbə getmişdir. Ataları- X6, anaları- X5r. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının “AZE № 0*******” seriyalı şəxsiyyət vəsiqəsinin fotosurətindən (əsli ilə düzdür) görünür ki, Ərizəçi 02 avqust 1950-ci il tarixdə Kəlbəcər rayon Təzəkənd kəndində doğulmuş, yaşayış yeri Kəlbəcər rayonunun Zivel kəndidir. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli 156 saylı məktubdan görünür ki, 02 avqust 1950-ci il tarixdə Kəlbəcər rayon Təzəkənd kəndində doğulmuş Ərizəçi doğum haqqında akt qeydi Maraqlı şəxsndə və Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan: “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Ərizəçi 02 avqust 1950-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təzəkənd kəndində doğulmuş, Kəlbəcər rayonunun Zivel kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan: 27 iyul 1979-cu il tarixdə Kəlbəcər rayonu Şurtan kənd sovetliyi tərəfindən təkrar verilmiş Vİ-ЖГ № 375838 nömrəli doğum haqqında şəhadətnamənin fotosurətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düzdür) görünür ki, X2 xx xxxxxxx 1960-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zivel kəndində doğulmuş, atası- X7, anası- X5r. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır; -166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də Ərizəçi 02 avqust 1950-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təzəkənd kəndində doğulması; atasının- X7, anasının- X9 olmaları faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 02 avqust 1950-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təzəkənd kəndində doğulması; atasının- X7, anasının- X9 olmaları faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniye

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar