Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-76/2025 07.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (yaxın qohumu) Nümayəndə2, Maraqlı şəxs- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 iştirakları ilə, Ərizəçi “əmək stajı faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun 1985-ci ildən 1993-cü ilin aprel ayınadək olan müddət ərzində Kəlbəcər rayonundakı “Azərbaycan” kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası 04 dekabr 2024-cü il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 07 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizəni müdafiə etmiş və izahat verərək bildirmişdir ki, nümayəndəsi olduğu qardaşı Ərizəçi xx xxxxxx 1970-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, 1985-ci ildən 1993-cü ilin aprel ayınadək olan müddət ərzində (müddətli həqiqi hərbi xidmətdə olduğu dövr çıxılmaqla) Kəlbəcər rayonundakı “Azərbaycan” kolxozunda kolxozçu işləmiş, 1988-1990cı illərdə keçmiş sovet ordusu sıralarında Kamçatka yarmadasında müddətli həqiqi hərbi xidmətdə olmuşdur, həqiqi hərbi xidmət dövrü də əmək stajına hesablanır. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, Ərizəçi hal-hazırda pensiya yaşına çatmamış və heç bir əsasla pensiya hüququ qazanmamışdır, odur ki, hazırki halda hüquqi fakt hüquqi nəticə yaratmadığından, ərizəyə baxıla bilməz. Əlavə olaraq bildirmişdir ki, həm ərizədə, həm ərizəçinin nümayəndəsinin izahatında, həm də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində uyğunsuzluqlar vardır. Şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid1 İmran oğlu ifadəsində bildirmişdir ki, o, 1982-1984-cü illərdə və 17 avqust 1989-cu il tarixdən 15 noyabr 1991-ci il tarixədək Kəlbəcər rayonundakı “Azərbaycan” kolxozunda kolxozçu, 15 noyabr 1991-ci il tarixdən 20 dekabr 1992-ci il tarixədək Kəlbəcər rayonu 39 nömrəli Yol Təsərrüfatı İdarəsində mexanik işləmiş, 06 may 1993-cü il tarixdən 27 avqust 2014-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon polis şöbəsində polis nəfəri olaraq xidmət keçmişdir. O, Ərizəçi şəxsən tanıyır, ərizəçinin 1989-1991-ci illərdə Kəlbəcər rayonundakı “Azərbaycan” kolxozunda kolxozçu işləməsini təsdiq edir. Şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, xx xxxxxxxx 1964-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, 1981- 1981-cü illərdə Kəlbəcər rayonundakı “Azərbaycan” kolxozunda kolxozçu işləmiş, 1983- 1985-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 30 iyun 1985-ci ildən 07 aprel 1993cü il tarixədək “Azərbaycan” kolxozunda sürücü və 01 noyabr 1993-cü il tarixdən 01 aprel 1994-cü il tarixədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin Abdullauşağı kənd mədəniyyət evində metodist işləmiş, sonralar 16 may 1994-cü il tarixdən 02 sentyabr 2014-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon polis şöbəsində polis nəfəri olaraq xidmət keçmişdir. O, Ərizəçi şəxsən tanıyır, ərizəçinin hərbi xidmətdən qayıtdıqdan sonra (həmin tarixi xatırlamır) 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayonundakı “Azərbaycan” kolxozunda kolxozçu işləməsini təsdiq edir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, X1 Qurultayının 1969-cu il 27 noyabr tarixli qərarı ilə təsdiq edilmiş və 20 mart 1980-ci ildə edilmiş əlavə və dəyişikliklərlə 1988-ci ilədək qüvvədə olmuş “Kolxozun nümunəvi nizamnaməsi”nin 3-cü bəndindən görünür ki, yalnız 16 yaşına çatmış vətəndaşlar kolxoza üzv qəbul oluna bilərlər. Ərizəçi 16 yaşı ərizədə göstərdiyi 1985-ci ildə deyil, 07 yanvar 1986-cı ildə tamam olmuşdur. Bundan başqa, ərizəçi müddətli həqiqi hərbi xidmətini əks etdirən müvafiq sənədi də məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki ərizə üzrə hüquq haqqında mübahisə yarandığından, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “iş stajı faktının müəyyən edilməsinə dair” ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən-hüquq haqqında mübahisə olması müəyyən edildiyinə görə baxılmamış saxlanılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-76/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-76/2025
07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver