Məhkəmə qərarları › İş №2(040)-924/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-924/2025

29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-924/2025 29.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə onun arasında 20 dekabr 1993-cü il tarixdə Bərdə rayon Yeni Əyricə icra nümayəndəliyində qeydə alınmış 66 nömrəli nikah akt qeydinin etibarsız hesab edilməsi və 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 1993-cü ildə onunla ailə qurmaq niyyəti ilə onu qaçırmış, lakin onun razılığı olmadığına görə, o, buna qarşı çıxmış və cavabdehlə ailə qurmaq istəmədiyini bildirərək bu evlilikdən imtina etmişdir. Bundan sonra o, 2001-ci ildə X7 ilə faktiki nikahla ailə qurmuş və bu faktiki nikahlarından 17 avqust 2003cü ildə X6 və 18 yanvar 2009-cu ildə X8 adlı iki övladı doğulmuşdur. O, sonradan faktiki ailə qursa da, rəsmi olaraq nikaha daxil olmamışdır. O, 2025-ci ildə şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə vəsiqəsini dəyişən zaman “ASAN xidmət”in əməkdaşı bildirmişdir ki, onun rəsmi nikahı olduğuna görə soyadı “İsmayılova” deyil, “Şirinova” qeyd ediləcəkdir. O, bunun mümkün olmadığını, onun heç kimlə rəsmi nikahının olmadığını bildirsə də, həmin vaxt ona Cavabdeh ilə rəsmi nikahının olduğunu bildirmişlər. Onun bu saxta nikahdan ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, 30 ildən sonra ona məlum olmuşdur ki, belə bir saxta nikah mövcuddur. Onun rəsmi nikahı olsa idi, sonradan ailə qurduğu nikahdan doğulan uşaqlarının soyadı Şirinova və ata adı isə Rasim qeyd edilərdi. Lakin göründüyü kimi belə bir hal olmamışdır. Bu hal təsdiq edir ki, onun belə bir nikahdan həqiqətən xəbəri olmamışdır. Onun razılığı və məlumatı olmadan cavabdeh saxta yolla belə bir nikahı rəsmiləşdirmişdir. Bununla bağlı Kəlbəcar Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, oradan ona mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, ilkin prosedur olaraq mediasiya təşkilatına da müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı məhkəmə baxış iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 1993-cü ildə cavabdeh onu ailə qurmaq niyyəti ilə “qaçırmış”, onun istəyi olmadan cavabdehlə məcburən doqquz ay birlikdə yaşamışlar. Ona pasport alınması adı ilə sənədlərə qol çəkdirmişlər; cavabdehlə aralarında rəsmi nikahın bağlanmasından onun xəbəri olmamışdır. 2025-ci ilin aprel ayında “ASAN xidmət”dən şəxsiyyət vəsiqəsi alarkən ona caabdehlə evli olduğunu bildirmişlər. O, cavabdehlə aralarında 20 dekabr 1993-cü il tarixdə Bərdə Rayon İcxra Hakimiyyəti başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış 66 nömrəli nikah akt qeydini etibarsız hesab edir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul edərək izahatında bildirmişdir ki, 1993-cü ildə Fəridəni ailə qurmaq niyyəti ilə “qaçırmış”, iddiaçı ilə doqquz ay birlikdə yaşamışlar. Sonra İddiaçı evdən çıxıb getmiş, geri qayıtmamışdır. O, 1998-ci ildə başqa xanımla ailə qurmuşdur. Odur ki, İddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına razıdır. X2 ilə evlidir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2025-ci il tarixdə verilmiş 115 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə Şirinova (İsmayılova) Fəridə Nurməmməd qızı arasında nikah Bərdə rayon Yeni Əyricə icra nümayəndəliyində 20 dekabr 1993-cü il tarixdə 66 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra kişiyə- “Şirinov”, arvada- “Şirinova” soyadları verilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 27 may 2025-ci il tarixli 182 nömrəli məktubdan görünür ki, onun Cavabdeh ilə 20 dekabr 1993-cü il tarixdə Bərdə rayon Yeni Əyricə icra nümayəndəliyində qeyd olunan nikahlarının etibarsız hesab olunması ilə bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X13 tərəfindən verilmiş 27 may 2025-ci il tarixli MŞG/1/MT007/2025-00826 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X4 arxivi tərəfindən məhkəməyə göndərilmiş 11 avqust 2025-ci il tarixli 3-16-5/2-65098/2025 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh ilə Şirinova (İsmayılova) Fəridə Nurməmməd qızının nikahının 20 dekabr 1993-cü ildə Bərdə rayonunun Yeni Əyricə icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. İnformasiya sistemində adıçəkilən şəxslərin nikahının pozulması haqqında məlumat aşkar edilməmişdir. Cavabdeh Şirinova (Salmanova) Şəfiqə Saleh qızı ilə 09 dekabr 1998-ci ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş nikahının pozulması 20 avqust 2002-ci ildə həmin şöbədə qeydə alınmışdır. Cavabdeh Şirinova (Salmanova) Şəfiqə Saleh qızı ilə növbəti nikahı 05 yanvar 2006-cı ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsində aparıcı mütəxəssis-arxivçi vəzifəsində çalışan X16 tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli arxiv arayışından görünür ki, məhkəmənin arxivində və arxiv jurnallarında 1994-2025-ci illər üzrə müvafiq araşdırma aparılmış və Şirinova (İsmayılova) Fəridə Nurməmməd qızı ilə Cavabdeh arasında 20 dekabr 1993-cü il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması və ya etibarsız hesab edilməsinə dair işlərlə bağlı arxiv işi aşkar edilməmişdir. İş materiallarında olan: Goranboy Rayon X4 Dövlət Qeydiyyatı Şöbəsi tərəfindən 23 avqust 2003-cü il tarixdə verilmiş AZ-İ № 378229 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 avqust 2003-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası- X7, anası- X1r. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 fevral 2009cu il tarixdə verilmiş AZ-İİ № 242967 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 yanvar 2009-cu ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası- X7, anası- X1r. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 17 sentyabr 2025-ci il tarixli 3-13-85/2-8350/2025 saylı məktubdan və həmin məktuba əlavə edilmiş fərdi uçot kartoçkasından görünür ki, X5 xx xxxx 1974-cü ildə Kəlbəcər rayonu Lev kəndində doğulmuşdur, subaydır. İş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 15 avqust 2025-ci il tarixli 225 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş akt qeydlərindən görünür ki, Cavabdeh (xxxxxxx) ilə İddiaçı Nurməmmad qızı (xxxxxxx) barələrində Bərdə rayonu Yeni Əyricə icra nümayəndəliyində 20 dekabr 1993-cü il tarixli 66 nömrəli nikah haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçı (xxxxxxx) barəsində digər şəxslə nikaha daxil olması və nikahın pozulması barədə məlumat Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "X3 Reyestr Xidməti"nin avtomatlaşdırılmış qeydiyyat infornmasiya sistemində aşkar edilməmişdir. Cavabdeh (xxxxxxx) ilə Şirinova (Salmanova) Şəfiqə Saleh qızı (4DBFMQE) barələrində Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 09 dekabr 1998-ci il tarixli 163 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Cavabdeh (xxxxxxx) ilə Şirinova (Salmanova) Şəfiqə Saleh qızı (4DBFMQE) baralərində ar-arvadın birgə ərizəsinə əsasən Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 20 avqust 2002-ci il tarixli 11 nömrəli nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. Cavabdeh (xxxxxxx) ilə Şirinova (Salmanova) Şafiqə Saleh qızı (4DBFMQE) barələrində Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 05 yanvar 2006-cı il tarixli 06 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Cavabdeh (xxxxxxx) başqa hər hansı şəxslə nikaha daxil olması və boşanması barədə məlumat Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "X4 Reyestr Xidməti"nin avtomatlaşdırlmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur; -11.1-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir; -11.2. bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. -12.0-cı maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. -13.7-ci maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. -25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. -25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. -25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. -25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. -26.1-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə nikah bağlanarsa - yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa - yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü - 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı Şirinova (İsmayılova) Fəridə Nurməmməd qızı ilə 20 dekabr 1993-cü il tarixdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şirinova (Salmanova) Şəfiqə Saleh qızı ilə 09 dekabr 1998-ci ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur; hal-hazırda hər iki nikah qüvvədədir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 20 dekabr 1993-cü il tarixdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 66 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə Cavabdeh İddiaçı xeyrinə 50 (əlli) manat pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 dekabr 1993-cü il tarixdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 66 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə Cavabdeh İddiaçı xeyrinə 50 (əlli) manat pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar